Direktor: Davud Rasim oğlu DavudovTelefon: (+994 12) 493-17-83 ; 493-24-00
|
UNEC nəzdində MALİYYƏ-İQTİSAD KOLLECİ 2022/2023-cü tədris ili üzrə TƏLƏBƏ QƏBULUNUN QEYDİYYATI
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində soyqırımı qurbanları anılıb (30.03.2018)
Azərbaycan Maliyyə-İqtisad Kollecində Novruz şənliyi (16.03.2018)
UNEC nəzdində Maliyyə-İqtisad Kollecində Xocalı anılıb (26.02.2018)
Maliyyə İqtisad Kollecində qış imtahan sessiyası (11.01.2018)
Maliyyə-İqtisad Kollecində Dövlət Bayrağı və Konstitusiya Günü (10.11.2017)
“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib (06.11.2017)
Maliyyə-İqtisad Kollecində “Bilik Günü” (15.09.2017)
“Milli dövlətçilik və müasirlik” (26.05.2017)
Heydər Əliyev və milli təhsil konsepsiyası (10.05.2017)
Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Maliyyə-İqtisad Kollecində (16.03.2017)
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşları imtahanlara nəzarət etdilər (12.01.2017)
Maliyyə-İqtisad Kollecində imtahanlar ilk dəfə olaraq test üsulu ilə keçirilir (11.01.2017)
Maliyyə-İqtisad Kollecində imtahanlar yeni qaydalarla keçirilir (09.01.2017)
“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib (10.11.2016)
UNEC-in nəzdinə verilən Maliyyə-İqtisad Kollecində tədrisin təşkili müzakirə edilib (26.10.2016)
Tarixi
1934-cü ildə Xalq Təsərrüfatı Uçotu məktəbinin əsası qoyulmuşdur. 1934-1936-cı illərdə Bakı Xalq Təsərrüfatı Uçotu məktəbi, 1936-cı ildən Bakı Xalq Təsərrüfatı uçotu texnikumu adı ilə fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə müharibə dövrü ilə əlaqədar olaraq texnikumun fəaliyyəti müvəqqəti dayandırılmışdır. 1946-cı ildə Mərkəzi statistika idarəsi nəzdində Bakı statistika texnikumu adı ilə yenidən fəaliyyətə başlamışdır.
1966-cı ilin iyul ayından adı dəyişdirilərək Maliyyə-Kredit texnikumu, 1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetiniun 3 mart 1992-ci il tarixli 119 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır. Respublikada orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan bu tədris müəssisəsi respublikada ilk kollecdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır.
Kollecin direktorları: Saleh Səmədov (1934-1951), Soltan Ələkbərov (1951-1958), Səid Ağamirzəyev (1959-1966), Samid Adıgözəlov (1966-1969), Cəmşid Əmirov (1969-1972), Əhməd Məcidov (1972-1978), Almaz Adıgözəlova (1978-1983), Mais Bağirov (1983-1988), Mirdamət Sadıqov (1988-1999), Həmzə Ziyadov (1999-aprel, 2017), h.f.d. Oruc Məmmədov (2018-2024) rəhbərlik edib.
3 iyun 2024-cü il tarixindən UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə Davud Rasim oğlu Davudov direktor təyin edilib.
Maddi texniki baza
Əsas korpus
Ünvan: Y.Məmmədəliyev küçəsi, 8
Dörd mərtəbəli bina, ümumi sahəsi 2073.2 kv.m. (55 kabinet)
II korpus
Ünvan: A.Cəlilov küçəsi, 22
Dörd mərtəbəli bina, geniş həyətyanı sahəsi, ümumi sahəsi 1752 kv.m. (23 kabinet)
Kollecdə 3 şöbə (əyani təhsil) fəaliyyət göstərir:
*
Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir: