*
“Ekspertiza və standartlaşdırma” fakültəsinin “İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya“, “Qida məhsullarının texnologiyası”, “Texnoloji maşınlar və sahə avadanlıqları” və “Fizika və kimya” kafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.
Kafedra 1996-cı ilin sentyabr ayında Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun tərkibində yaradılmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əmtəəşünaslıq” fakültəsinin 2018-ci ildən isə “Ekspertiza və standartlaşdırma” fakültəsində fəaliyyət göstərir. 1996-2011-ci illərdə t.e.d.,prof.N.R.Məmmədov, 2011-ci ildən isə t.e.d,prof. Z.Y.Aslanov rəhbərlik edir. Kafedrada 12 nəfər professor-müəllim heyəti və bir nəfər professor-məsləhətçi fəaliyyət göstərir. Onlardan 2 nəfəri professor, 4 nəfəri dosent, 3 nəfəri baş müəllim, 3 nəfəri müəllimdir. Kafedrada həmçinin 4 nəfər böyük laborant çalışır. Hazırda kafedrada “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir. Magistr təhsil pilləsində iki ixtisaslaşma üzrə magistr hazırlanır: “Standartlaşdırma və sertifikasiya” və “Metrologiya və metroloji təminat”
Tədrisin vəziyyətini yaxşılaşdırmaq məqsədilə kafedranın professor-müəllim heyəti tərəfindən müasir tələblərə cavab verən bir sıra tədris-metodiki işlər və monoqrafoyalar hazırlanmışdır. Kafedranın əməkdaşları tərəfindən 2007-2019-cu illər ərzində 8 dərslik, 13 dərs vəsaiti, 9 metodiki göstərişlər, 9 monoqrafiya, 2 rus dilindən tərcümə olunmuş dərs vəsaiti və tədris olunan fənlərin tədris proqramları işlənib hazırlanmış və nəşr etdirilmişdir. Bu dövr ərzində kafedranın əməkdaşları tərəfindən çox sayda elmi məqalə və konfrans tezisləri hazırlanmış və nəşr edilmişdir.
Baloniya təhsil sisteminə keçməklə əlaqədar olaraq yuxarıda göstərilən hər iki ixtisas üzrə tədris planları yenidən işlənmişdir. Bu planlara əsasən “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində kafedrada 27 fənn, magistr təhsil pilləsində 15 fənn tədris olunur. Unversitetdə EDUMAN sisteminin tətbiqi ilə əlaqədar bütün fənlər üzrə azərbaycan və rus dillərində tədris materialları (mühazirə mətnləri, testlər, seminar materialları və digər materiallar) hazırlanmış və tədris prosesində istifadə edilir.
Tədris prosesinə uyğun olaraq kafedranın nəzdində “Ölçü texnikası” fənni üzrə laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada bir sıra cihazlar, alətlər və avadanlıqlar vardır. Burada tələbələr laboratoriya dərslərini kecirlər.
Kafedra 2015/2016-cı illərdə II yeri, 2016/2017-ci illərdə III yeri, 2017/2018-ci II yeri, 2018/2019-cu tədris ilinin nəticələrinə görə isə Universitet kafedralarının reytinq cədvəlində I yeri tutmuşdur. Həmin dövrlərdə xidməti fəaliyyətə görə kafedranın üç-dörd müəllimi ilk otuzluqda olmuşlar.
Kafedranın əməkdaşları elmi-tədqiqat işlərinin aparılmasında fəal iştirak edirlər. Kafedrada 2017-2019-cü illərdə “Yüngül sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsinin sertifikatlaşdırma təminatının tədqiqi” mövzusu üzrə dövlət büdcəli elmi-tədqiqat işi aparımışdır. Burada əsas məqsəd dövlət büdcəli elmi-tədqiqat işlərinin aparılmasında Respublikada istehsal olunan yüngül və yeyinti sənaye məhsullarının keyfiyyətini yüksəltmək, bu məhsulların keyfiyyətinin idarə edilməsində metrologiya, standartlaşdırma və sertifikatlaşdırma metodlarını təkmilləşdirməkdən ibarətdir.
Tədqiqat obyekti kimi parcaların xətti ölçülərinə təsir edən amillər, onların qiymətləndirilməsi metodları, yüngül sənaye məhsulları üçün sertifikatlaşdırma sistemləri, keyfiyyət sistemlərinin sertifikatlaşdırılması qəbul edilmişdir. Sertifikatlaşdırma sistemlərinin, keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasının, serifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının fəaliyyətinin, tekstil müəssisələrində məhsulların fiziki-mexaniki xassələrini qiymətləndirmə metodlarının tədqiqinə əsaslanaraq sertifikatlaşdırmanın üstünlüklərindən istifadə etməklə yüngül sənaye məhsullarının keyfiyyətinin yüksəltməkdir.
Kafedrada elmi-metodoloji seminarlar keçirilir. Hər il 2 müəllimin seminarlarda məruzələri dinlənilir. Bu məruzələr əsasən beynəlxalq və regional səviyyələrdə aparılan standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və metroloji təminat məsələlərinə həsr edilir. Bu seminarların kafedra əməkdaşlarının standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində tam formalaşması üçün böyük əhəmiyyəti vardır.
Kafedranın professor-müəllim heyəti Tələbə Elmi Cəmiyyəti xətti ilə ixtisas kurslarının tələbələrini elmi işlərə cəlb edirlər. Hər il 10-15 tələbə elmi işlərin aparılmasında iştirak edir. Onlar Universitetin müvafiq elmi konfranslarında məruzələrlə çıxışlar edir və öz məruzələrinin tezislərini konfransların materiallarında çap etdirirlər. Bu cür tələbələrin əksəriyyəti öz təhsillərini sonradan magistraturada davam etdirir.
Kafedra Azərbaycan Respubali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Onlardan Azərbaycan Dövlət Neft Akademiyasını, Azərbaycan Texniki Universitetini, Azərbaycan Texnologiya Universitetini, Azərbaycan Kooperasya Universitetini, Türkiyə Süleyman Dəmirəl Universitetini, Rusiya Dövlət Kostroma Texnologiya Universitetini, Rusiya Dövlət Kostroma Texnologiya Universitetini, Gürcüstan Respublikasının Telavi Dövlət Universitetini, Moskva Dövlət Universitetini (MQDU), Daşkənd Toxuculuq və Yüngülikasının Anti inhisar və istehlk Bazarına Nəzarət Dövlət Agentliyi, “Bakı Tikiş evi” Açıq Tipli Səhmdar Cəmiyyəti, “Sarar” ASC, “Şirin” ASC və “Barama” ASC, “Standartlaşdırma İnstitutu”, “Metrologiya İnstitiutu” ilə əlaqələr yaratmışdır. Kafedra həmçinin Respublikanın və xarici dövlətlərin bir sıra l Sənaye Universitetini göstərmək olar. Kafedranın əməkdaşları bu ali məktəblərin müvafiq kafedraları ilə əməkdaşlıq edirlər. Onlar birgə elmi məqalələr, tədris proqramları, metodiki göstərişlər hazırlamışlar.
*
“Standartlaşdırma və sertifikasiya” kafedrasında seminar (16.03.2017)
UNEC-də “Sağlamlıq ayı” çərçivəsində tədbir keçirilib (02.11.2016)