Kafedra müdiri: fil.e.d., prof. Əbdülhəsənli Tofiq Əbdüləziz oğluÜnvan: Bakı, A.Səhhət küçəsi, 45 (IV korpus)
|
Azərbaycan dili fənni «Xarici dil» və «Rus dili» kimi «Dillər» kafedrasının tərkibində hələ 30-cu illərdən tədris olunmağa başlamışdır. 1966-cı ildən rus, Azərbaycan dilləri xarici dillərdən ayrılaraq, ayrıca kafedrada birləşdi. Həmin vaxtlar «Rus dili və Azərbaycan dili» kafedrasına dos. Cəlil İbrahimov (1966-1968), dos. Aişə Kazımova (1969-1972) rəhbərlik etmişlər. 1972-ci ildən müstəqil «Azərbaycan dili» kafedrası yaradılmışdır. 1972-1982-ci illərdə fil.e.n., dosent Vəli Məmmədov yeni yaranmış kafedranın müdiri işləmişdir.
Sonralar kafedraya dos. Məmməd Əliyev (1983-1987), prof.Tofiq Əhmədov (1990-1999), prof. Həbib Zərbəliyev (2000-2005) başçılıq etmişlər. Müxtəlif vaxtlarda dos. Elmira Cahangirova (1982-1983), prof. Maarifə Hacıyeva (1987- 1990), Vəli Məmmədov (1998-2000) kafedranın müdir əvəzi işləmişlər. 2006-cı ilin mart ayından “Azərbaycan dili” kafedrasına filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Tofiq Əbdülhəsənli rəhbərlik edir.
“Azərbaycan dili” kafedrası tərəfindən elmi-tədqiqat işləri günün tələbləri səviyyəsində davam etdirilir. Kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərində Azərbaycan dilinin fonetik, morfoloji, leksikoloji və sintaktik özünəməxsusluqları geniş şəkildə tədqiq olunur, işlərə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hər il rəy verilir. Tədqiqatlar zamanı Azərbaycan dilinin öyrədilməsinin təşkili, dərs prosesinin keyfiyyətinin yüksəldilməsi yolları, tədrisin təşkilinə sistemli yanaşma metodologiyasının işlənib hazırlanmasına nail olunmuşdur; Azərbaycan və türk dillərinin, habelə klassik və müasir ədəbiyyatımızın paralel öyrənilməsinin səviyyəsinin artırılması məqsədilə müxtəlif dərs vəsaitləri, yanaşma metodları, interaktiv sistemlər işlənib hazırlanmışdır; Rus qruplarında Dövlət dili tədrisində müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində elmi araşdırmalar aparılmış, maraqlı elmi nəticələrə nail olunmuşdur.
Kafedra tədqiqat işlərini müxtəlif elmi istiqamətlərdə – Azərbaycan dilinin qrammatik qanunauyğunluqları və üslubi istiqamətləri; İqtisadçı kadrların hazırlanmasında Azərbaycan dilinin qrammatikasının tədrisi problemləri; Azərbaycan dilinin sintaksisi, müasir yanaşmalar, elmi mülahizələr davam etdirilir.
Kafedranın müəllimlərindən f.e.d. T.Əbdülhəsənli, S.Hüsynova və A.Rzainin “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi, f.e.d. T.Əbdülhəsənlinin və dos. A.Hüseynovanın “İşgüzar yazışmalar” dərslikləri, F.Kazımova və A.Həsənovanın «Azərbaycan dili» dərs vəsaiti, prof. M.Hacıyeva və S.Hüseynovanın «Azərbaycan dilindən praktikum» əsərləri, prof. H.Zərbəliyevin «Sayların və say konstruksiyalarının tipologiyası» monoqrafiyası, baş müəllim A.Rzainin «Nitq mədəniyyəti və üslubiyyat» adlı dərs vəsaiti, «Alınma məişət leksikası», bunlardan dos. T.Əbdülhəsənli, dos. F.Kazımova və b/müəl. İ.Sultanovanın «Azərbaycan dili», dos. T.Əbdülhəsənli və fil.e.n., müəl. A.Hüseynovanın «İşgüzar Azərbaycan dili», prof. M.Hacıyevanın «Azərbaycan dili (fonetika)», «Ədəbi çeşmə», dos. S.Hüseynovanın «Azərbaycan dili», fil.e.n., dos. A.Rzainin «Azərbaycan dilində söz yaradıcılığı», fil.e.n., dos.K.Quliyeva və müəl. S.Əhmədovanın «Tərcümə mətnləri», baş müəl. H.Qarayevin «Azərbaycan epik folklorunda faciəvilik», «Nitq mətnləri və üslubiyyat», fil.e.n., dos. M.Mahmudovanın «Azərbaycan dilində felin tədrisi» və s. işləri nəşr olunmuşdur.
*
Azərb. dili və nitq mədəniyyəti. MÜHAZİRƏ mətnləri (2018-2019)
Az.dili və nitq mədəniyyəti. PREZENTASİYALAR
İŞGÜZAR YAZIŞMALAR – PREZENTASİYALAR və Mühazirə mətnləri (2018-2019)
*
Kafedrada tədris olunan fənlər:
– Azərbaycan dili və nitq mədəniyyəti
– İşgüzar yazışmalar
– Azərbaycan dili
– Nitqin inkişafı
– Nitqin elmi üslubu
Son illərdə “Azərbaycan dili” kafedrası tərəfindən elmi-tədqiqat işləri də uğurla davam etdirilmişdir. Azərbaycan dilinin fonetik, morfoloji, leksikoloji və sintaktik özünəməxsusluqları geniş şəkildə tədqiq olunmuş, kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən rəy verilmiş və kafedra əməkdaşlarının tədqiqatları yüksək qiymətləndirilmişdir.
*
Məsləhətçi
Hacıyeva Marifə Hüseyn – f.e.d. prof. (professor-məsləhətçi)