UNEC today

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti
Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir.
UNEC-də 13 fakültə fəaliyyət göstərir,
25 bakalavr proqramı, 94 magistr proqramı, 14 doktorantura proqramı ixtisas üzrə 21 mindən çox təhsilalan var.

UNEC-də 738 professor-müəllim heyəti çalışır.

UNEC-də dünyanın müxtəlif ölkələrindən olan
450-dən çox əcnəbi tələbə, magistr və doktorant təhsil alır.

Awards won

2006

Beynəlxalq Reytinq texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) tərəfindən «Qızıl Fortuna» XXI əsrin keyfiyyət planı

2006

Elmin inkişafına və milli kadrların hazırlanmasında töhfəsinə görə "UĞUR" Milli mükafatı

2007

Avropanın tanınmış universitetləri arasında aparılan sorğu nəticəsində Avropa Biznes Assambleyası, Avropa universitetləri, Avropa Rektorlar Klubu və Oksford Universiteti tərəfindən təsis olunmuş "Avropa Keyfiyyəti" mükafatı

2007

«İlin Universiteti» Milli mükafatı

2007

«İNTELLEKT-2007» ilin layihəsi mükafatı (İnformasiya-kitabxana mərkəzi layihəsi)

2008

«Türk dünyasına və türk mədəniyyətinə xidmət» mükafatı

2009

Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) Qızıl medalı

2009

Azərbaycanın iqtisadi və sosial inkişafına göstərdiyi xidmətlərinə görə «Vətən övladı» və «Dədə Qorqud» medalı (Dədə Qorqud Fondunun Ali Şurası tərəfındən)

2010

Peşəkar fəaliyyətdə qabaqcıl və müasir təhsil texnologiyalarının hazırlanması və səmərəli istifadə edilməsinə, təhsildə innovasiyaların sürətlə və çevik tətbiq edilməsinə görə «XXI yüzilliyin lideri» Beynəlxalq imic Proqramının «Minilliyin mükafatı» diplomu, kuboku və ordeni

2015

9-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində ən yaxşı təqdimata görə “Best Performance” sertifikatına layiq görülüb. Dünyanın 16 ölkəsindən 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə “Best Performance” sertifikatına layiq görülən yeganə universitetdir

2015

Respublikada ilk dəfə olaraq UNEC-in Biznes Məktəbi EFMD (European Foundation for Management Development (Busines School Accreditation) təşkilatının tam hüquqlu üzvü qəbul edilib

2015

Azərbaycan tarixində ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkə - Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr hazırlığını həyata keçirir

2015

Tədrisin təşkilini interaktiv və müasir texnologiyalar əsasında həyata keçirən Elektron Universitet Platforması ölkədə ilk dəfə UNEC-də gerçəkləşdirilib

2016

Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” açıqladığı son siyahıya görə UNEC Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir

2017

Dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2017-ci ilin son nəticələrinə görə UNEC ölkə birincisi olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.

2019

Beynəlxalq reytinq agentliyi Webometrics-in cari ilin yanvar ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub.

2020

QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib. Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

2020

Dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 22 apreldə 2020-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlib. UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub.

2021

Avropa Birliyinin Erasmus+ proqramı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fənlər üzrə reytinq cədvəlini açıqlayıb. U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. U-Multirank təşkilatının İqtisadiyyat fənni (subject ranking) üzrə reytinqındə UNEC 302 ən yaxşı universitet arasında 259-cu sırada qərarlaşıb.

2021

QS Reytinq agentliyi 2022-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq” sıralamasını açıqlayıb. Builki reytinq sıralamasında 93 ölkədən 6415 ən yaxşı universitet iştirak edib. Onlar arasında 1300 universitet yüksək nəticə əldə edərək, “QS Dünya Universitetlərinın Reytinq” sıralamasına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq, bu il “QS Dünya Universitetləri Reytinqi”nə daxil olaraq, 1001-1200-ci yerlərdə qərarlaşıb. Dünya universitetlərinin reytinqi 5 indiqator əsasında müəyyən edilir. Bu indiqator arasında ək yüksək çəki “Akademik Reputasiya” indiqatoruna aiddir. Həmin indiqator üzrə UNEC dünyanın ən yaxşı 501+ universiteti sırasında qərarlaşıb.

2021

QS Reytinq Agentliyinin 2022-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinqi açıqlanıb. Reytinqdə UNEC 221-230-cu yerlərdə qərarlaşıb. Builki reytinqə regiondan 450 universitet daxil olub. Azərbaycandan isə 7 ali təhsil müəssisəsi bu reytinqə daxil ola bilib. Reytinq sıralamasında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” (20% çəkiyə malikdir) indikatoru üzrə olub. Belə ki, region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

2023

SCimago (Scimago Institutions Rankings) reytinq agentliyi 2023-cü il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb. İlk dəfə 2022-ci ildə SCimago reytinqində yer alan UNEC bu il ölkəmizdə birinci olub. UNEC reytinqdə dünyanın 8433 universiteti arasında “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 691-ci, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 33-cü, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 69-cü yerə yüksəldi.

2023

QS Dünya Universitetlər Reytinqi 2024 (QS World University Rankings 2024) açıqlanıb. Reytinq sıralamasında UNEC ölkə üzrə birinci olub. UNEC dünya universitetləri sırasında əvvəlki mövqeyini daha da möhkəmləndirərək, dünyanın ən yaxşı 1001+ universiteti sırasında yer alıb.

2024

Webometrics Reytinq Agentliyinin bu gün açıqladığı dünya universitetlərinin reytinqinə əsasən, UNEC Azərbaycanın ən yaxşı universitetidir, birinci yerdədir! UNEC dünyanın 31606 universiteti arasında 2960-cı pilləyə yüksəlib. Ötən ilin iyul ayı ilə müqayisədə UNEC dünyada 684 pillə, yanvarla müqayisədə isə 38 pillə irəliləyib. Beləliklə, UNEC dünyanın ən yaxşı 10 faiz universitetləri sırasına daxil olub. Eləcə də, UNEC Avropanın 5985 univetsiteti arasında 972-ci, Mərkəzi Şərqi Avropanın 2692 universiteti arasında isə 206-cı yerə yüksəlib.

2024

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən “Möhtəşəm akademik performans” mükafatına layiq görülüb. IAAR Avrasiya Universitetləri Reytinqi (IAAR-EUR) metodologiyası rəqəmsal platforma əsasında hazırlanıb. Reytinq universitetlərin fəaliyyətləri barədə təqdim etdikləri məlumatlar, eyni zamanda ekspert rəyləri əsasında müəyyən edilir. Reytinqdə akademik göstəricilər 70%, beynəlxalq ekspertlər tərəfindən ali təhsil müəssisələrinin reputasiyasının və işəgötürənlərin rəylərinin qiymətləndirilməsi 30% təşkil edir.

2024

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqi açıqlanıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) reytinqdə ölkə üzrə TOP 3-lükdə, dünyada isə TOP 1000-də yer alıb. “Dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.

History of UNEC

Ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.

16 noyabr, 1920

Azərbaycan SSR Xalq Komissarları Şurasının qərarına əsasən o zamankı Azərbaycan Dövlət Universitetinin ayrı-ayrı institutlara bölünməsi və onun tərkibindəki İqtisad bölməsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutunun yaradılması ilə bugünkü Azərbaycan Dövlət İqtisad Universitetinin təməli qoyulmuşdur.

19 iyun, 1930

Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında əvvəllər müxtəlif nazirlik və idarələrin tabeliyində fəaliyyət göstərən Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə, Plan-iqtisad kimi kiçik institutları da özündə birləşdirən və güclü potensiala malik Azərbaycan Sosial İqtisad İnstitutu yaradılmışdır.

yanvar, 1933

Böyük Vətən müharibəsinin başlanması ilə bir sıra institutlar, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu da Azərbaycan Dövlət Universitetinə birləşdirilmiş, 1945-1959-cu illər arasında isə müstəqil fəaliyyətini davam etdirmişdir.

1941

SSRİ Nazirlər Sovetinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti növbəti dəfə dayandırılmış və aparıcı iqtisad yönümlü ixtisaslar Azərbaycan Dövlət Universitetində cəmləşdirilmişdir.

14 mart 1959

Müstəqil fəaliyyəti bərpa olunan Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ildə yenidən bağlanmış və onun əvəzinə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradılmışdır.

29 dekabr 1966

SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır.

İyul 1990

Azərbaycan Respublikası Prezidentinin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb -Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitetimiz kiçik bir fakültədən bu gün Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur. Bizim məqsədimiz gələcəkdə universitetimizi dünya təhsil məkanına inteqrasiya olunan müasir elektron universitetə çevirməkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.

13 iyun 2000

Universitetdə son zamanlar aparılan köklü keyfiyyət dəyişikliklərə ən yüksək qiymət 75 illik yubiley ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmişdir. Prezidentin sərəncamı ilə 8 əməkdaşımız "Tərəqqi" medalı ilə təltif edilmiş, 14 nəfərə isə "Əməkdar müəllim"adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev İqtisad Universitetinin yeni korpusunun açılış mərasimində iştirak etdi və proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev İqtisad Universitetində keçirilən islahatlara çox yüksək qiymət vermiş, kollektivə ən xoş arzularını yetirmiş, işçilərə uğurlar arzulamışdır. Prezident İlham Əliyev demişdir: «Mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdır. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməli və öz peşəkarlığını göstərməlidirlər. Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır... Mən arzu edirəm ki, Azərbaycanın bütün ali məktəbləri bu səviyyədə olsun».

8 oktyabr 2007

UNEC-in Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

3 sentyabr 2020
Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - omegle -

Venusbet

-

Loodgieter Den Haag

- tiktok takipçi satın al -

onwin

-

gizli hesap görme

- grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - gizli hesap görme - ip stresser - vip transfer antalya - matadorbet - onwin