Mərkəzin rəhbəri: Elkhan Richard Sadik-Zada 

ÜNVAN: UNEC-in I tədris korpusu
Əlaqə tel: +(994) 12 492-67-95
e-mail: aimerkezi@unec.edu.az

207 4

HAQQIMIZDA:

Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının  EŞ-151№-li Qərarı və UNEC rektorunun 319/3/2017 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 271/3/2019 №-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, Almaniya vətəndaşı Elkhan Richard Sadik-Zadaya həvalə edilmişdir.

MƏQSƏDİMİZ:

İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək; tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

VƏZİFƏLƏRİMİZ:

  • Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
  • Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
  • Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
  • Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
  • Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
  • Fəaliyyət  istiqamətləri  üzrə  daxil  olan  müraciətlərə  və  sorğulara qanunvericiliyə  uyğun olaraq  baxılmasını  təmin etmək ;
  • Səlahiyyətləri çərçivəsində  universitetin  inkişaf  konsepsiyasının həyata keçirilməsini təmin etmək;
  • Mərkəzin iş  planını və fəaliyyəti  ilə bağlı hesabatlar  hazırlamaq;
  • Mərkəz tərəfindən  fəaliyyət  prosesində  qanunvericiliyə  uyğun  olaraq  xidməti  məlumatların qorunmasını  təmin  etmək;
  • Fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericilkdə  nəzərdə tutulmuş  digər  vəzifələri yerinə yetırmək;

 

KOMANDAMIZ:

TM rəhbəri – Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, Elkhan Richard Sadik-Zada

Üzvlər:

Andrea Gatto — İngiltərənin Greenwich Universitetinin Təbii ehtiyatlar institutunun və Northeastern Universitetinin Yeni Humanitar Kollecinin tədqiqatçısı, İtaliyanın Naples Parthenope Universitetinin İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin prezidenti, ph.D.

–  ______________________________________

–   ______________________________________