Ünvan:  Bakı, Murtuza Muxtarov, 194 (III korpus, otaq 429)
e-mail: azizsanjarlab@unec.edu.az
1905 1

 IMG-20230203-WA0002HAQQIMIZDA:

Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının 159 №-li Qərarı və UNEC rektorunun 1005/3/2018 №-li əmrinə əsasən yaranmışdır. Laboratoriyanın 6 dekabr 2021-cil tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar tərəfindən açılışı olmuşdur.

Missiyamız: Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriyamız mühəndislik və tətbiqi elmlər kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar, bitki və heyvan mənşəli qida məhsullarının müvafiq keyfiyyət standartlarına görə texniki kimyəvi nəzarəti eləcə də, təhlükəsizliyi araşdırılır. Bu analizlər aşağıdakı qaydada sadalanmışdır:

  • Nəmlik analizləri
  • Müxtəlif maye və bərk məhsullarının sıxlığı
  • Aktiv turşuluğun təyini analizləri
  • Kül təyini analizləri
  • Kimyəvi analizlər
  • Fiziki analizlər
  • Vitamin analizləri
  • Zülalların təyini
  • Karbohidratların təyini
  • Amin turşularının təyini
  • Spektorfotometr analizləri
  • Saflaşdırma prosesləri
  • Mikrobioloji analizlər və s. kimi tələblərə uyğunluğunun qiymətləndirilməsi proresləri həyata keçirilir.

Hədəflərimiz:

Yaxın zamanlarda qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaqdır. Həmçinin magistraturant və doktorant namizədlər üçün nəzərdə tutulan tədqiqat mərkəzinin yaradılmasına dair tədbirlər görülür.

Laboratoriya təchizatı:

Burada qida keyfiyyətinin təhlili üçün ən son texnoloji  avadanlıqlarla təchiz olunmuş cihazlar və reaktivlər mövcuddur.

sancar11sancar112233sancar1122sancar112233456sancar11223345sancar1122334

Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının illik hesabatı dinlənilib (19.01.2023)