Mərkəzin rəhbəri: prof. Məmmədov Zahid Fərruh oğlu

ÜNVAN: UNEC-in I tədris korpusu (Bakı, İstiqlaliyyət küçəsi 6)
Əlaqə tel: +(994) 12 492-72-98

257 1

image_islam_logoHAQQIMIZDA:

UNEC İslam Maliyyə Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 9 oktyabr 2019-cu il tarixli iclasının 167№-li Qərarı və UNEC rektorunun 1020/3/2019 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 1033/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin direktoru, professor Məmmədov Zahid Fərruh oğluna həvalə edilmişdir.

 

MƏQSƏDİMİZ:

İqtisadi və sosial-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq etmək; professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olacaq, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirmək

 

VƏZİFƏLƏRİMİZ:

  • Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
  • Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
  • Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
  • Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
  • Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər   və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
  • Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
  • Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
  • Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək.

KOMANDAMIZ:

TM rəhbəri – professor Məmmədov Zahid Fərruh oğlu

Üzvlər:

- Musayev Əfqan Əbülfəz oğlu – AMEA Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb” şöbəsinin  əməkdaşı, UNEC doktorantı

- Cəbiyeva Türkay Əjdər qızı – Kapital bankın Komplays Departamentinin baş mütəxəssisi, UNEC Maliyyə və maliyyə institutları kafedrasının doktorantı

- Lətifov Kamil Fuad oğlu — Kapital bankın Komplayns Departamentinin şöbə müdiri, UNEC Maliyyə və maliyyə institutları kafedrasının doktorantı

*

prof. Zahid Məmmədov

İslam maliyyəsi movzusunda məqalələri

*

COVİD-19 pandemiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadiyyatına təsiri: təhlil və qiymətləndirmə (04.05.2020)