Mərkəzin rəhbəri: 

Ünvan: UNEC-in II tədris korpusu
Əlaqə tel: +(994) 012
e-mail: sigortamektebi@unec.edu.az

204 1

HAQQIMIZDA:

Unec Sığorta Məktəbi  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 29 iyun 2018-ci il tarixli iclasının  160 №-li Qərarı və UNEC rektorunun 587/3/2018 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 837/3/201№-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik h.f.d. Abbasbəyli Mustafa Aslan oğluna həvalə edilmişdir.

MƏQSƏDİMİZ:

  • İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək;
  • Tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək

*

“Postpandemiya dönəmində məşğulluq siyasəti: təcrübə, islahatlar və perspektivlər” (22.05.2020)

 

 

VƏZİFƏLƏRİMİZ:

- Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;

- Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;

- Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;

-  Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;

- Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;

-  Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək ;

- Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;

-  Məktəbin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;

- Məktəb tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;

KOMANDAMIZ:

Məktəbin rəhbəri – h.f.d. Abbasbəyli Mustafa Aslan oğlu, UNEC İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi

Üzvlər:

– Həsənov Orxan Qara oğlu –  “AVAND Sığorta brokeri” şirkətinin Direktorlar Şurasının sədri

– Bayramlı Kamil Mirzə oğlu – AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin məsləhətçisi