evez_elekberov_foto2“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri i.e.d., prof. Ələkbərov Əvəz Əkbər oğlu

e-mail: avaz.alakbarov@unec.edu.az

1952-ci il iyulun 23-də Ermənistanın (Qərbi Azərbaycanın Göyçə mahalı) Krasnoselski rayonunun Cil kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası almışdır. İnstitutu bitirdikdən sonra Bakı Baş tikinti idarəsində mühasib-hesabdar işləmişdir.

1973-cü ilin noyabrından bir il müddətində Belarusiyanın Brest vilayətində hərbi xidmətdə qulluq etmişdir.

1975-ci ilin iyunundan 1981-ci ilin oktyabrına kimi Azərbaycan Kənd Tikinti Nazirliyinin “Azərkəndquraşdırmatikinti” trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.

1981-ci ilin oktyabr ayından 1984-cü ilin may ayına kimi Azərbaycan SSR Nazirlər Soveti plan-maliyyə orqanları şöbəsində böyük referent olmuş, may 1984-cü ildən yanvar 1991-ci ilə kimi Azərbaycan SSR Nazirlər Sovetinin iqtisad şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.

1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olmuş, dekabr 1991-ci ildən oktyabr 1992-ci ilə kimi Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləmişdir. Oktyabr 1992-ci ildən iyul 1999-cu ilə kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir. İlk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir.

İyul 1999-cu ildən 2006-cı ilin aprelinə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə naziri vəzifəsində çalışmışdır.

Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyanın həmsədri, Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur.

DSC_9238DSC_9363Diplomevez89854_nevez_9285

Elmi fəaliyyəti

4 monoqrafiyanın və 45-dən çox elmi məqalənin müəllifidir.

2003-cü ildə Bakı şəhərində “Azərbaycan Respublikasında sosial sığortanın inkişafı problemləri” mövzusunda elmlər namizədi dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

2008-ci ilin yanvarında “Sosial-iqtisadi inkişafın maliyyə-budcə tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.

2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının üzvü, 2005-ci ildə isə həqiqi üzvü seçilmişdir.

2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiridir.

13 12 11 3IMG_0859???????????????????????????????

“Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” – UNEC-in kafedra müdiri (01.05.2017)
UNEC professoru BMT-nin mükafatına layiq görülüb
 (30.03.2017)

Tələbə və magistrlər “Azərbaycan Sənaye Sığorta”-nın mükafatını qazandı
 (15.03.2017)
Çingiz Abdullayev: “UNEC-də açıq söhbət, səmimi münasibət gördüm”
 (14.02.2017)
Əvəz Ələkbərov Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçilib (26.12.2016)
Eks-maliyyə naziri: “Vəziyyət sadə deyil” – MÜSAHİBƏ (Modern.az – 07.12.2016)

UNEC alimləri fiskal siyasət üzrə ekspert qrupu ilə görüşüb (11.11.2016)
UNEC regionun elmi müzakirə mərkəzinə çevrilib
 (29.09.2016)
Elmi nəaliyyətləri inkişaf etdirmək bizim amalımızdır – MÜSAHİBƏ (Modern.az – 27.05.2016)
Əvəz Ələkbərov yeni yaradılan klubun Rəyasət Heyətinin sədri oldu (19.05.2016)
UNEC-in kafedra müdiri mükafata layiq görülüb (15.04.2016)
Əvəz Ələkbərov: “Təhsil sahəsində aktiv işlər getməkdədir, bu hamının gözü gabağındadır”- MÜSAHİBƏ (09.03.2016)

DSC_1271DSC_1272DSC_1273DSC_1277

 

2109 4