Şöbə müdiri: fəls.f.d. Nəzirzadə Leyla Nəzir qızıƏlaqə tel: +(994) 12 441-65-31 e-mail: [email protected] |
UNEC tələbələri ixtisas təcrübəsində (18.04.2018)
UNEC tələbələri ölkənin nüfuzlu şirkətlərində təcrübələrini davam etdirirlər (16.04.2018)
UNEC tələbələri ölkənin nüfuzlu qida sektorlarında təcrübədə (10.04.2018)
UNEC tələbələri təcrübədə (09.04.2018)
UNEC tələbələrinin missiyası – paytaxtın beynəlxalq imicinin formalaşdırılması (13.03.2018)
UNEC-də istehsalat təcrübəsində yeni standartlar (28.09.2017)
UNEC tələbələri istehsalat təcrübəsində (17.05.2017)
Tələbələrin ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir.
UNEC-də təcrübə üçün ayrılmış kreditlər nəzərə alınmaqla, aşağıdakı ixtisas qrupları üzrə əyani təhsilalma formasında təhsilin IV ili, qiyabi təhsilalma formasında isə təhsilin V ilinin yaz semestrində olmaqla respublikadaxili və respublikadankənar müəssisə və təşkilatlarda istehsalat təcrübəsi təşkil edilir:
1. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 6 olan – “İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupunun “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, “Marketinq”, “Dövlət və bələdiyyə idrəetməsi”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə (6×30=180 akademik saat).
2. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 21 olan – “Texniki və texnoloji” ixtisaslar qrupunun “Materiallar mühəndisliyi”, “Qida mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasları, “Mədəniyyət və incəsənət” ixtisasları qrupunun “Dizayn” ixtisası, “Təbiət elmləri” ixtisaslar qrupunun “Ekologiya” ixtisası üzrə (21×30=630 akademik saat);
3. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 30 olan – “Təbiət elmləri” ixtisaslar qrupunun “Kompüter elmləri” ixtisası, “Texniki və texnoloji” ixtisaslar qrupunun “İnformasiya Texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları, “Səhiyyə, rifah və xidmət” ixtisasları qrupundan “Sosial iş” ixtisası üzrə; “Humanitar və sosial ixtisaslar” qrupunun Beynəlxalq münasibətlər ixtisası üzrə (30×30=900 akademik saat).
Tələbələrin təcrübə obyektində təcrübə keçmə qrafiki I növbə və ya II növbə olaraq müəyyənləşdirilir.
Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə təcrübədə iştirak etməli olduğu aktiv saatların miqdarı həftəlik 22,5 saat prinsipi gözlənilməklə (hər gün üçün 4,5 akademik saat və 1 akademik saat 45 dəqiqə olmaqla) ixtisas qrupları üzrə aşağıdakı kimi müəyyənləşdirilir:
Təcrübənin əsas məqsədi tələbələrin UNEC-də aldığı nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri ixtisasın xüsusiyyətlərindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi tədqiqatlarla və digər məsələlərlə tanış etmək, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və peşə vərdişləri aşılamaqdır.
Təcrübənin təşkili şöbəsi fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:
UNEC-də tələbələrin ixtisas təcrübələrinə nəzarət 15 sentyabr 2024-cü il tarixinədək “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnaməsi, “Təcrübənin təşkili şöbə”sinin Əsasnaməsi və “Təcrübənin təşkili qaydaları” ilə tənzimlənirdi.
15 sentyabr 2024-cü il tarixindən etibarən UNEC-də tələbələrin ixtisas təcrübələrinə nəzarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə QAYDASI”, “Təcrübənin təşkili şöbə”sinin Əsasnaməsi və “Təcrübənin təşkili qaydaları” ilə tənzimlənir.
2023-2024-cü tədris ilində UNEC rektorunun müvafiq əmrlərinə əsasən bakalavriat səviyyəsi üzrə 3436 tələbə istehsalat təcrübəsinə, magistratura səviyyəsi üzrə 876 magistrant elmi-pedaqoji, 878 magistrant elmi tədqiqat təcrübəsinə göndərilmişdir. İstehsalat təcrübəsinin təşkili məqsədi ilə istehsalat müəssisələri ilə 1692 müqavilə imzalanmışdır. İstehsalat təcrübəsinə UNEC-dən 283 müəllim rəhbərlik etmişdir.
Bakalavriat səviyyəsində istehsalat təcrübəsinə göndərilən tələbələrin 2992 nəfəri əyani, 444 nəfəri isə qiyabi təhsilalma formasında təhsil alan təhsilin sonuncu ili tələbələridir.
Magistratura səviyyəsində elmi-pedaqoji təcrübəyə göndərilən magistrantların 786 nəfəri BMDM, 90 nəfəri isə SABAH Mərkəzinin, o cümlədən elmi tədqiqat təcrübəsinə göndərilmiş magistrantların 788 nəfəri BMDM, 90 nəfəri isə SABAH Mərkəzinin payına düşür.
Qeyd etmək lazımdır ki, bakalavriat səviyyəsində cari tədris ilində ilk dəfə olaraq, tələbələrin təcrübəsi üç istiqamət üzrə təşkil olunmuşdur: 21 kreditlik – “Texniki və texnoloji” ixtisaslar qrupunun “Materiallar mühəndisliyi”, “Qida mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasları, “Mədəniyyət və incəsənət” ixtisasları qrupunun “Dizayn” ixtisası, “Təbiət elmləri” ixtisaslar qrupunun “Ekologiya” ixtisası üzrə; 30 kreditlik – “Təbiət elmləri” ixtisaslar qrupunun “Kompüter elmləri” ixtisası, “Texniki və texnoloji” ixtisaslar qrupunun “İnformasiya Texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” ixtisasları, “Səhiyyə, rifah və xidmət” ixtisasları qrupundan “Sosial iş” ixtisası üzrə istehsalat təcrübəsi; 6 kreditlik – “İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupunun “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, “Marketinq”, “Dövlət və bələdiyyə idrəetməsi”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə istehsalat təcrübəsi/layihə işi.
UNEC hər il olduğu kimi 2023-2024-cü tədris ilində də öz tələbələrindən əlavə aşağıda adları qeyd olunan yerli və xarici universitet tələbələri üçün təcrübə bazası qismində istehsalat təcrübəsi təşkil etmişdir:
1. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsi üzrə tədrisin IV ili tələbələri İbrahimov Fuad Vüqar oğlu, Abbasov Xəyal İsi oğlu, Allahverdiyeva Gilə Allahyar qızı, Həsənli Aydan Əkrəm qızı, Kərimova Elmira Həsənağa qızı 16.02.2024-cü il tarixindən 23.05.2024-cü il tarixinədək UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentində istehsalat təcrübəsi təşkil olunmuşdur.
2. “Naxçıvan” Universitetinin UNEC-in tələbələri sırasına mübadilə proqramı əsasında qəbul olunmuş, “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsilin IV ili tələbəsi Vəliyev Məlik Həsən oğlunun16.02.2024-cü il tarixindən 04.07.2024-cü il tarixinədək UNEC Extern tədris mərkəzində istehsalat təcrübəsi təşkil olunmuşdur.
3. Almaniya Federativ Respublikasının Fulda şəhərində yerləşən Fulda University of Applied Sciences (Fulda Tətbiqi Elmlər Universitetinin) “Qida texnologiyası” ixtisası üzrə təhsilin II ili tələbəsi Zahid Zeynalabdinovun 26.02.2024-cü il tarixindən 12.04.2024-cü il tarixinədək UNEC-in 3 saylı tədris binasında fəaliyyət göstərən Aziz Sancar adına “Qida təhlükəsizliyi” laboratoriyası, “Qida mikrobiologiyası” laboratoriyası, “Qida texnologiyaları” laboratoriyası və “Kompozit materiallar” Elmi-Tədqiqat Mərkəzində istehsalat təcrübəsi təşkil olunmuşdur.
4. Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində “İnformasiya texnologiyaları” ixtisasının qiyabi təhsilalma forması üzrə təhsil alan təhsilin V ili tələbəsi Əsədli Aida Fazil qızının 01.02.2024-cü il tarixindən 06.03.2024-cü il tarixinədək UNEC Extern tədris mərkəzində 5 (beş) həftəlik istehsalat təcrübəsi təşkil olunmuşdur.
5. Azərbaycan Kooperasiya Universitetinin Magistratura şöbəsinin “Biznesin təşkili və idarə edilməsi (Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri)” ixtisası üzrə təhsilin II ili magistrantı Həsənova Ellada Dilsuz qızının UNEC-in “Maliyyə və audit” kafedrasında 16 fevral 2024-cü il tarixindən 13 mart 2024-cü il tarixinədək elmi-tədqiqat və 16 mart 2024-cü il tarixindən 11 aprel 2024-cü il tarixinədək elmi-pedaqoji təcrübəsi təşkil olunmuşdur.
6. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisasının təhsilin IV ili tələbələri Alızadə Jalə Rövşən qızının, Əhədova Rəşidə Qafur qızının, Məmmədova Samirə Famil qızının, Növruzova Rəhiməxanım Bayram qızının, Piriyeva Ayişə Mehman qızının 16.02.2024-cü il tarixindən 05.07.2024-cü il tarixinədək UNEC-in Kitabxana-İnformasiya Mərkəzində istehsalat təcrübəsi təşkil olunmuşdur.
ƏMƏKDAŞLARIMIZ
Cəbrayilova Nailə Ələkbər qızı
Murtuzova Emiliya Əliqulu qızı
*
2023-2024-cü tədris ilində Təcrübənin təşkili şöbəsi aşağıdakı tədbirləri təşkil etmişdir:
1.“Norm” ASC-yə 22.12.2023-cü il tarixində 25 nəfər UNEC tələbəsinin sahə gəzintisini;
2.UNEC İmtahan Mərkəzi ilə birlikdə “Norm Yay Təcrübə proqramı” layihəsi çərçivəsində 718 nəfər tələbə üçün 18.05.2023 tarixində, saat 09:00 – dan 13:00-a kimi 4 saatlıq imtahan prossesini;
3.UNEC İmtahan Mərkəzi ilə birlikdə Bank Respublikada istehsalat təcrübəsi keçmək istəyən 132 nəfər UNEC tələbəsi üçün 28.12.2023-cü il tarixində test imtahanı;
4.AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Yay Təcrübə Proqramı” ilə bağlı DVX-nin Tədris Mərkəzinin təlimçisi Tural Abbasovun təqdimatında “Vergi məsuliyyəti nədir?” mövzusunda 09.04.2024-cü il və 17.04.2024-cü il tarixində təlimlər təşkil edilmişdir.
5.UNEC Rəqəmsal texnologiyalar departamentinin Tədbirlərin texniki təminatı bölməsinin dəstəyi ilə Paşa Holdinq şirkətlər qrupunun əməkdaşlarının “Əlaçı” təqaüd proqramının qalibləri ilə görüşləri yüksək səviyyədə təşkil edilmiş, hər görüşdən sonra şirkətdən təşəkkür maili daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, ümumilikdə nəzərdə tutulan görüşlərdən üçü mart ayında (03.03.2024, 17.03.2024 və 31.03.2024), biri aprel ayında (21.04.2024), üçü may ayında (05.05.2024, 19.05.2024, 26.05.2024) keçirilmişdir.
6.Karyera Mərkəzinin əməkdaşları ilə birlikdə 16.02.2024-cü il tarixində “Azərsun” Holdinqdə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar təşkil olunmuş “Xoş gəldin” tədbirində iştirak etmişik.
7.“Norm” ASC-nin istehsalat təcrübəsinin yekunu ilə əlaqədər 30.05.2024-cü il tarixində təşkil etdiyi tədbirdə iştirak etmişik.
8.“İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupuna daxil olan ixtisaslarda təhsil alan təhsilin sonuncu ili tələbələri, həmçinin onlara rəhbərlik edəcək profesor-müəllim heyəti, ixtisas kafedralarında təcrübəyə məsul şəxslər, ixtisas rəhbərləri və tyutorların iştirakı ilə dəfələrlə real və onlayn görüşlər keçirilmiş, tələbələrin təcrübənin növü ilə bağlı elektron seçimi təşkil edilmiş, tələbə kabinetlərinə, eyni zamanda tərəfdaş müəssisələrin elektron poçt ünvanlarına bütün ixtisaslar üzrə yenilənmiş təcrübə proqramları, təcrübə qaydalarını özündə ehtiva edən “Təcrübəçi tələbənin məlumat kitabçası”, “Tərəfdaş müəssisənin məlumat kitabçası”, layihə işinin yazılması üçün nümunə, təcrübə arayışı və müqavilə nümunəsi göndərilmişdir.
9.İxtisas qruplarının təcrübə kreditlərinə uyğun gündəliklər yenidən işlənmiş və nəşri təşkil olunmuşdur.
10.Müxtəlif şirkətlərdən daxil olan 36 təcrübə və vakansiya elanı UNEC-in saytında və tələbə kabinetlərində yerləşdirilməsi təmin edilmişdir.
11.1692 ədəd müqavilə elektronlaşdırılmışdır.
12.İstehsalat təcrübəsinin təşkili ilə əlaqədar 60 quruma UNEC rəhbərliyinin adından “Təşəbbüs məktubları” hazırlanaraq, göndərilmişdir.
13.İstehsalat təcrübəsinin təşkilində universitetimizə dəstək olmuş 59 təcrübə bazasına UNEC rəhbərliyinin təşəkkür məktubu göndərilmiş, 25 vəzifəli şəxs “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
14.Cari tədris ilindən ilk dəfə olaraq, Təcrübə arayışlarının Bir pəncərə sistemi ilə birlikdə təqdim olunmasına başlanılmış, onlarla tələbəyə təcrübə arayışları təqdim olunmuşdur.
UNEC-in tədris planına və Akademik təqvimə uyğun olaraq 2024-2025-ci tədris ilinin yaz semestrində əyani təhsilalma üzrə təhsilin IV ili, qiyabi təhsilalma üzrə təhsilin V ili tələbələri istehsalat təcrübəsinə göndərilməlidir. Hazırda bu istiqamətdə müvafiq işlər görülür, tələbələr və təcrübə rəhbərləri ilə maarifləndirici görüşlər keçirilir.
Tərəfdaşlarımız:
AR Maliyyə Nazirliyi
AR İqtisadiyyat Nazirliyi
AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi
AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
AR Ədliyyə Nazirliyi
AR Xarici İşlər Nazirliyi
AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti
SOCAR
AR Ticarət və Sənaye Palatası
AR Auditorlar Palatası
AR Hesablama Palatası
AR Dövlət Statistika Komitəsi
AR Fövqaladə Hallar Nazirliyi
AR Milli Elmlər Akademiyası
AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi
AR Kənd Təsərrüfatı Nazirliyi
AQTA
Azərsun Holdinq
Paşa Holdinq
NORM ASC
Avrora MMC
“Mars Overseas Baku Ltd” MMC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti
Kapitalbank ASC
Paşa Bank ASC
Muğanbank ASC
Yello Bank ASC
ABB BankASC
AFB
Yapı Kredi Bank QSC
Rabitəbank AS
Xalqbank ASC
Bank of Baku ASC
Bank Respublika ASC
Hilton Baku
Bakı Tikiş Evi ASC
Suraxanı Maşınqayırma Zavodu
Sumqayıt Gilan Holdinq
AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
AR Sahibkarlar (işəgötürələnlər) Təşkilatları Milli Konfederasiyası
“Azərpoçt” MMC,
“Azərsu” ASC,
“Nikoyl Bank”ASC,
Milli Depozit Mərkəzi,
“Azər işiq”ASC
Aqrarkredit”QSC
“Azərbaycan Dəmir Yolları”QSC
“Baku Design Academy”
İnnab Business School
Təcrübənin təşkili şöbəsi – GÖNDƏRİŞ
İstehsalat təcrübəsinin təşkili haqqında MÜQAVİLƏ
İstehsal təcrübəsinin təşkili haqqlnda MÜQAVİLƏ (pdf)
UNEC tələbələrinin ixtisas təcrübəsi üzrə qiymətləndirilməsi cədvəl-siyahısı
6 kreditlik ixtisaslar üçün layihə Protokolu_nümunə
6 kreditlik ixtisaslar üçün istehsalat təcrübəsinin Protokolu_nümunə
ƏMRLƏR:
Əyani
Qiyabi
Əmrdə qismən dəyişiklik edilməsi barədə (əyani)
Əmrdə qismən dəyişiklik edilməsi barədə (qiyabi)
Magistrantların elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçmələri barədə
əmr 148
əmr 140
əmr 128
əmr 126
əmr 102
Təcrubəçi tələbələrin vəzifələri
UNEC təcrubə rəhbərinin vəzifələri
Təcrübə obyekti tərəfindən təyin edilmiş təcrübə rəhbərinin vəzifələri
Təcrübə rəhbərlərinin təcrübə obyektində monitorinq QRAFİKİ
HESABATLAR
“İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupuna daxil olan ixtisaslarda istehsalat təcrübəsi/layihə işlərinin təşkili ilə bağlı yekun hesabat
2023-2024-cü tədris ilində tələbələrin istehsalat təcrübəsinin yekunu barədə hesabat