TƏCRÜBƏNIN TƏŞKİLİ şöbəsi haqqında

Tələbələrin  ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir.

Təcrübənin əsas məqsədi tələbələrin UNEC-də aldığı nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri ixtisasın xüsusiyyətlərindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi tədqiqatlarla və digər məsələlərlə tanış etmək, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və peşə vərdişləri aşılamaqdır.

Təcrübənin təşkili şöbəsi fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

  • tələbələrin ixtisas təcrübələrinin təşkili, təcrübənin təşkili və gedişinin təkmiləşdirilməsi və təcrübəyə nəzarət etmək;
  • təcrübənin təşkili və gedişinə metodiki, əməli rəhbərliyi həyata keçirmək, təcrübənin yekunsənədlərinin hazırlanmasını təşkil etmək;
  • Təcrübənin təşkili sahəsində təcrübə rəhbərləri, ixtisas kafedraları tərəfindən müəyyən edilmiş müəssisələrlə müqavilələrin bağlanmasını təşkil etmək, təcrübə proqramlarını təcrübə obyektləri ilə razılaşdırmaq;
  • təcrübə keçirilən müəssisə tərəfindən təyin olunmuş təcrübə rəhbərlərini, təcrübə proqramı və müvafiq təcrübə sənədləri ilə təmin etmək.

UNEC (!) (3)UNEC (!) (4)UNEC (!) (9)UNEC (!) (18)UNEC (!) (19)

*

UNEC-də tələbələrin ixtisas təcrübələrinə nəzarət “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnaməsi, “Təcrübənin təşkili şöbə”sinin Əsasnaməsi və “Təcrübənin təşkili qaydaları” ilə tənzimlənir.

UNEC-də bakalavr pilləsi üzrə ixtisas təcrübəsinin təşkili və keçirilməsi QAYDALARI

2017/18-ci tədris ilində tələbələrin istehsalat təçrübəsi keçirilməsi nəzərdə tutulan təcrubə obyektləri

1