AccessBank-dan UNEC tələbələrinin elmi-tədqiqatına dəstək

15 MART 2018 | VIEWS:

UNEC-də “İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib.

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova son illərdə tələbələrin elmi-tədqiqat işlərinə artan marağını vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işlərinin biznes strukturunun maliyyə vəsaiti hesabına çap edildiyini bildirib. Konfransda 70-dək tələbənin elmi-tədqiqat işlərinin təqdim olunacağını diqqətə çatdıran dekan, bu işlərin AccessBank-ın maliyyə dəstəyi ilə çap edildiyini qeyd edib. Tələbələrin elmi fəaliyyətinə göstərdiyi dəstək üçün AccessBank-a təşəkkür edən fakültə rəhbəri bu təşəbbüsün biznesin elmə yönəldiyinin bariz nümunəsi olduğunu vurğulayıb.

AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova bankın bu layihəyə məmnuniyyətlə qoşulduğunu bildirib: “Bank olaraq  Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Təhsil sahəsi bu il sosial layihələrimizin əsas prioritetlərindən biri olacaq. Çünki insan kapitalına qoyulan investisiya daha gözəl gələcəyə investisiya etməkdir”

UNEC-in “Əməyin təşkili və iqtisadiyyatı” kafedrasının müdiri, professor Tofiq Quliyev, “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev innovasiyalı iqtisadiyyatın perspektivlərindən bəhs ediblər.

Konfrans öz işini bölmələr üzrə davam etdirib. Tələbələr muasir şəraitdə iqtisadiyyatın davamlı inkişafında innovasiyanın rolu, dünyada dəyişən neft sənayesi, innovasiyaların sənaye müsəsisələrində rolu və digər aktual mövzularda maraqlı çıxışlar ediblər. Məruzələr qiymətləndirilib və hər bölmə üzrə qaliblər müəyyənləşdirilib.

AccessBank qaliblərə N.Qreqori Menkyunun “Ekonomiskin əsasları” kitabını təqdim edib. Eyni zamanda, AccessBank UNEC-in fiziki məhdudiyyətli tələbələrinə xüsusi hədiyyələr bağışlayıb.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna