200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralmasında UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək dünyada 225-ci yerə yüksəlib.
uniRank-in regional reytinq göstəricisi olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralmasında isə UNEC 167 pillə irəliləyərk qitənin 27-ci ən yaxşı universiteti seçilib. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda Universiteti), Çinin (Shenzen Universiteti, Pekin Normal Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, İstanbul Universiteti) və regionun bir sıra digər məşhur universitetlərini qabaqlayıb.
Adıçəkilən reytinqdə UNEC Azərbaycan birincisi olub.
Qeyd edək ki, 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.
Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.