Kafedra haqqında

UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli iclasının qərarına əsasən ,,Biznesin idarə edilməsi” kafedrasının adı dəyişdirilələrk “Biznes və logistika” kafedrası adlandırılmışdır.

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Ticarət və gömrük işinin təşkili” və “Menecment” kafedraları ləğv edilsin və “Biznesin idarə edilməsi” kafedrasına birləşdirilmişdir. 

Azərbaycan Dövlət İqtisad Universitetində 2001-ci ildə yeni ixtisas – “Biznesin təşkili” və  “İdarəetmənin təşkili” kafedraları yaradılmışdır. 2008-ci ildə həmin kafedralar birləşdirilərək “Biznes inzibatçılığı” kafedrası adlandırılmışdır.  Yarandığı vaxtdan 2008-ci ilədək “Biznesin təşkili” kafedrasına i.e.d., professor AR-nın əməkdar müəllimi Alıcan Abbasov, “İdarəetmənin təşkili” kafedrasına isə i.e.n.prof. AR-nın əməkdar iqtisadçısı Rəhim Rəhimov rəhbərlik etmişdir.  2008-2011 ci illərdə “Biznesin inzibatçılığı” kafedrasına rektorun müvafiq əmri ilə i.e.d., professor Alıcan Abbasov rəhbərlik etmişdir.

2011-ci ilin noyabr ayından etibarən  kafedra “Biznesin idarə edilməsi” adı altında fəaliyyət göstərib.

11 noyabr 2011-ci il tarixindən etibarən “Biznesin idarə edilməsi”  kafedrasının  müdiri vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent, AR-nın əməkdar müəllimi Məhəmməd Ələkbər oğlu Əliyev seçilmişdir. Hazırda kafedra “Biznes və logistika” adlanır.

Universitetdə Tədris prosesinin təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar UNEC-in Elmi Şurasının 29.06.2018-ci il tarixli iclasının qərarının icrasını təmin etmək məqsədilə “Marketinq” kafedrası 10.07.2018-ci il tarixdən ləğv edilmişdir. Ləğv edilmiş “Marketinq” kafedrasının əməkdaşları “Biznesin idarə edilməsi” kafedrasının ştat cədvəlinə daxil edilmişdir.

“Biznesin idarə edilməsi ”kafedrasının böyük elmi potensialı vardır.

Belə ki, hal-hazırda kafedrada 2 iqtisad elmlər doktoru: Abbasov Alıcan Bayramalı oğlu (məsləhətçi professor), Muradov Rəşad Şahbaz oğlu (professor)

15 nəfər iqtisad üzrə fəlsəfə doktoru: Əliyev Məhəmməd Ələkbər oğlu; Əhmədov Mirağa Məhərrəm oğlu; Həsənov Niyazi Əlikram oğlu; Xeyirxəbərov İsmayıl Mahmud oğlu; Aşurov Alı Sarı oğlu; Novruzova Sevinc Əzim qızı; Ağarzayev Azər Hüseyn oğlu; Şükürova Aygün Səfər qızı; Hüseynova Nigar Lətif qızı; Təhməzova Ayibə Əyyub qızı; Aslanova Afaq Fərhad qızı; Muradova Hicran Rafiq qızı, Rüstəmova Samirə Rasim qızı, Mahmudova Vəfa Oruc qızı, Məmmədova Simuzər Sultan qızı

Bunlardan 9 nəfər dosent: Əliyev Məhəmməd Ələkbər oğlu; Əhmədov Mirağa Məhərrəm oğlu; Həsənov Niyazi Əlikram oğlu; Xeyirxəbərov İsmayıl Mahmud oğlu; Aşurov Alı Sarı oğlu; Novruzova Sevinc Əzim qızı; Ağarzayev Azər Hüseyn oğlu; Şükürova Aygün Səfər qızı, Muradova Hicran Rafiq qızı.

7 nəfər elmi dərəcəsi olmayan müəllim: Qasımov Əlislam İsrail oğlu; Əkbərov Elbrus Həsən oğlu; Bədirov Murad Rəşid oğlu; Mustafazadə Teyyub Tofiq oğlu; Quliyeva Kifayət Nazim qızı; Abdullayeva Aygün Valeh qızı; Cabbarov Ramil Şahin oğlu.

4 nəfər köməkçi heyət faəliyyət göstərir.

Son 10 ildə “Biznesin idarə edilməsi” kafedrası üzrə 10 iqtisad üzrə fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiya işi müdafiə olunmuşdur.

Kafedranın elmi istiqamətini Azərbaycanda biznes fəaliyyətinin təşkili və idarə edilməsinin aktual problemlərinin tədqiqi təşkil edir.

Hal-hazırda kafedraya təhkim olunmuş 19 doktorant və dissertant ölkə iqtisadiyyatına töhvə verəcək müxtəlif  səpkili müasir mövzular üzərində tədiqaqat işləri aparırlar.

Kafedra “Biznesin idarə edilməsi” və “Marketinq ”ixtisasları üzrə bakalavr  pillələrində yüksək ixtisaslı iqtisadçı kadr­ların hazırlanması ilə məşğul olur.

Müasir bazar iqtisadiyyatı sisteminin müəyyən prinsip və qanunauyğunluqları vardır ki,  bunlardan ən əsası rəqabətdir. Hazırda biznes vahidləri həcmindən, fəaliyyət sahəsindən, hüquqi formasından asılı olmayaraq rəqabət mühitində fəaliyyət göstərirlər. Belə bir şəraitdə onların nəinki uğur qazanmaları, ümumiyyətlə həyatda qalmaları və fəaliyyətlərini davam etdirmələri rəqabətqabiliyyətinə, rəqabət aparmaq güclərinə bağlıdır. Bu da yalnız biznesin idarə edilməsi üzrə müasir tələblərə uyğun yetişmiş ixtisaslı kadrların işə cəlb edilməsi ilə mümkündür.

“Biznesin idarə edilməsi” kafedrasının əsas məqsədi, müasir dövrün tələblərinə uyğun biznesi səmərəli, məhsuldar və mənfəətli həm təşkil, həm də idarə edəcək qabiliyyətlərə sahib kadrların yetişdirilməsidir.

“Biznesin idarə edilməsi” kafedrası respublikamızda “Biznesin idarə edilməsi” və “Marketinq” ixtisası üzrə bakalavr, magistratura və dok­torantura pillələrində yüksək ixtisaslı iqtisadçı kadr­ların hazırlanması ilə məşğul olan yeganə kafedradır. Azərbaycan Respublikasında Sahibkarlıq Ordusunun yaranmasında kafedranın əməyi böyükdür.

Kafedranın hədəflərinə, hər iki ixtisas üzrə praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını aşılamaqla yanaşı yüksək idarəetmə qabliyyətinə malik biznesmenlər, həmçinin əsasən rəqiblər, vasitəçilər əlaqə­lən­diricilər, KİV və dövlət sek­to­runda məhsul, xidmət, paylama, reklam və qiy­mət­­ləndirmə üzrə tələbin təmin edil­məsi yollarını göstərirən  mar­ketoloqların hazırlanması daxildir. 

Kafedranın əsas məqsədi qloballaşmanın yalnız yerli çərçivədə deyil, həm də beynəlxalq ölçüdə nəzərə alınması yolu ilə getdikcə rəqabət mühitinə uyğunlaşa biləcək tələbələrə təhsil verməkdir.

“Biznesin idarə edilməsi” ixtisasının tədrisində əsas məqsəd iqtisadçı bakalavrlara biznes fəaliyyətinin təşkili və idarə edilməsinin nəzəri və praktiki məsələlərini, sahibkarlığın öncül sahələrinin inkişaf istiqamətlərini, biznes-layihələrini işlənib hazırlanması və reallaşdırılması mexanizmini, biznes-planın mahiyyəti və strukturunu, istehsal planını, investisiyanın planlaşdırılmasını, menecer qrupunun formalaşmasını, idarəetmə stilinin seçilməsini, biznesdə insan resurslarının idarə edilməsini, strateji idarəetmə və digər məsələləri öyrətməkdir.

Tələbə bu ixtisası bitirdikdən sonra biznesin növləri, onların məzmunu, biznes konsepsiyasının işlənib hazırlanması və fəaliyyət strategiyasının seçilməsini, qərb ölkələrində biznesin təşkili və idarə edilməsi sahəsində təcrübəni öyrənmə, Azərbaycanda biznes infrastrukturunu təşkil edən sərbəst bazarların formalaşması və inkişafının müasir vəziyyətini qiymətləndirmə imkanı əldə edəcək.

“Marketinq“ ixtisası tələbələrə şirkətlərin/müəssisələrin  öz məhsul və xidmətlərini kimlərə, harda, hansı formada satmağı öyrədir. Marketinq bazarın araşdırlmasını özündə ehtiva edir, bu araşdırmalar nəticəsində bazara alıcıların tələbatına uyğun və digər bazar subyektləri ilə rəqabətdə davam gətirə biləcək məhsul/xidmətlərin təklif olunmasını öyrənir. Məhsulun və ya xidmətin satılacağı hədər qruplarının müəyyən edilməsi, reklam olunması bu peşə sahiblərinin üzərinə düşür.

Müəssisələrdə dəyər yaratma fəaliyyətini həyata keçirərkən, istehlakçıların ehtiyaclarına uyğun istehsal etmək üçün onlara qulaq asmaq lazımdır. İstədiyində istədikləri məhsulları istədikləri ölkələrə təqdim etmək üçün bu sahədə çalışacaq ixtisaslı insanlara ehtiyac var.

Bu ixtisasdan məzun olan tələbələr reklam idarəçiliyi, ictimai əlaqələr, özəl sektorda satış sektoru və hökumət sektoru, məhsul idarəçiliyindən müştəri əlaqələrinə, logistikadan marketinq araşdırmalarına qədər müxtəlif peşəkar qruplarda işləyə bilər. Bundan əlavə, rəqəmsal marketinq, e-ticarət, yeni və qloballaşan dünya ehtiyacları və peşə sərhədlərinin itməsi konsepsiyası sərhədləri kimi yönəldilə bilər.

Hər iki ixtisasın tədris proqramları xarici universitetlərin təcrübələrinə əsasən hazırlanmışdır.

“Biznesin idarə edilməsi” kafedrasında təhsil alan tələbələrə təhsil prosesində iş həyatına hazırlıqla bağlı master klas, seminar, görüşlər kimi bir sıra tədbirlər həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi istehsalat təcrübələridir. Təcrübələr bir qayda olaraq, ölkənin aparıcı müəssisələrində həyata keçirilir.

Kafedrada tədris olunan fənlər:

  • Biznesin əsasları
  • Beynəlxalq biznes
  • Biznesdə innovasiyaların idarə edilməsi,
  • Biznesin etikası
  • Reklam işi
  • Biznesin təhlükəsizliyi
  • Biznes strategiyası
  • Sahibkarlıq fəaliyyəti və biznesə giriş
  • Sosial sahibkarlıq
  • Kiçik və orta sahibkarlıq subyektlərinin idarəedilməsi
  • Biznesin idarəedilməsində proqram təminatı
  • Proseslərin idarə edilməsi
  • Marketinq
  • Marketinq tədqiqatları
  • Beynəlxalq marketinq
  • Marketinqin kommunikasiya sistemi
  • İstehsal sahələrinin marketinqi
  • Xidmət sahələrinin marketinqi
  • İstehlakçı davranışları
  • Pərakəndə ticarət marketinqi
  • Strateji marketinq
  • Satışın idarə edilməsi
  • Rəqəmsal marketinq

 

Professor-müəllim heyəti:

  1. i.e.n., dosent Əliyev Məhəmməd Ələkbər (kafedra müdiri)
  2. i.e.d., professor Muradov Rəşad Şahbaz
  3. i.e.d., prof. Quliyeva Şəfa Tofik
  4. i.e.d., prof.Quliyev Müşviq Yelmar (ixtisas rəhbəri)
  5. i.e.n., dos. Həsənov Niyazi Əlikram
  6. i.e.n., dos. Xeyirxəbərov İsmayıl Mahmud
  7. i.e.n., dos. Novruzova Sevinc Əzim
  8. i.e.n., dos. Məmmədov Məmməd Hümbət (ixtisas rəhbəri)
  9. i.e.n., dos. Ələskərova Aygün Ağasəlim
  10. i.e.n., dos. Mirzəyev Zakir İlyas
  11. i.e.n., dos. Nəsibov Vüqar Nizami 
  12. i.e.n., dos. Quliyeva Nərmin Tofiq
  13. i.e.n., dos. Səfərova Validə Topu
  14. i.e.n., dos. Əkbərov Məhərrəm Qənbər
  15. i.e.n., dos. Əzizova Gülnarə Əsəbəli
  16. i.e.n.,dos. Xudiyeva Pikəxanım Tahir (İctimai əsaslarla kafed. müdir müavini)
  17. i.e.n., dos. Vəliyeva İradə Hətəm
  18. i.e.n., dos. Şəkərəliyeva Zibeydə Arif
  19. i.e.n, dos. İsmayılov İsmayıl Elman
  20. i.f.d., dos. Musayeva Sevil Nizami
  21. i.e.n., dos. Şükürova Aygün Səfər
  22. i.e.n., dos. Ağarzayev Azər Hüseyn
  23. i.f.d., dos. Muradova Hicran Rafiq (ixtisas rəhbəri)
  24. i.e.n, dos. Aslanova Müslümə Maqsud
  25. i.f.d., dos. Balabəyova Nərminə Şıxəmməddin
  26. i.f.d., dos. Dadaşova Mətanət İdris
  27. i.e.n., dos. Məmmədova İntizar İbrahim
  28. i.e.n., dos. Əhmədov Mirağa Məhərrəm (0.5) (BM fak. dekanı)
  29. i.f.d., dos.Muradov Rəşad Hüseyn (Daxili audit şöbəsinin müdiri)
  30. i.f.d., b/m. Əkbərov Elbrus Həsən (BM fak. dekan müavini)
  31. i.f.d. b/m. Hüseynova Nigar Lətif (dekan müavini)
  32. i.f.d.b/m. Aslanova  Afaq Fərhad
  33. i.f.d., b/m. Təhməzova Ayibə Əyyub
  34. i.f.d., b/m. Rüstəmov Pərviz Hacı
  35. b/m. Qasımov Əlislam İsrail
  36. b/müəl. Abdullayeva Aygün Valeh 
  37. b/m. Zeynalova Aynur Teymur
  38. b/m. Məmmədova Dilfara Fərrux (UNEC-in fəxri dosenti)
  39. b/m. Sadıqova Zülfiyyə Əkbər
  40. b/m. Abdullayeva Gülnarə Akif
  41. b/m. Talıblı Məmməd Səfər
  42. i.f.d., b/m. Hacıyeva Aytac Müzəffər
  43. i.f.d., b/m. Hüseynova Səkinə Yaqub
  44. i.f.d., b/m. Fərzəliyeva Süsən Vaqif
  45. i.f.d. Hüseynova Lamiyə Mavəddin
  46. i.f.d. Abdullayeva İradə Vaqif
  47. i.f.d. Mahmudova Vəfa Oruc
  48. i.f.d. Rüstəmova Samirə Rasim (ixtisas rəhbəri)
  49. i.f.d. Məmmədova Simuzər Sultan
  50. müəl. Məmmədova Aytəkin Oqtay
  51. müəl. Tağıyev Ayaz Rəhim
  52. müəl. İsmayılova Gülarə Köçəri
  53. müəl. Cəfərova Ülviyyə Yusif (0.5)
  54. müəl. Nəbiyeva İradə Mirislavovna

 

Məsləhətçi-professor

i.e.d., prof. Abbasov Alıcan Bayraməli

*

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏR

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlərin təcrübə toplaması üçün onların kafedranın təcrübəli, qabaqcıl müəllimlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır. Bundan başqa kafedra əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq mübadilə proqramlarında və xarici universitetlərin müəllimləri ilə təşkil edilən təlimlərdə iştirak edərək daim öz potensialların artıraraq müxtəlif nüfuzlu universetlərin tətbiq etdiyi tədris metodlarını tələbələrimizə aşılayırlar.

Kafedranın əməkdaşlığı:

  • AMEA ilə elmi əməkdaşlıq

Kafedranın bəzi əməkdaşları AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş, orada fəaliyyət göstərən “AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Əsərlər” toplusunda məqalələrini çap etdirirlər.

Kafedranın nazirliklər, təşkilatlar və biznes strukturları ilə sıx qarşılıqlı əlaqələri vardır. Belə ki, kafedra Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazırliyinin Bakı Biznes Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının dövri mətbu orqanı olan “Biznes Həyatı” jurnalının gələcəkdə təkmilləşdirilməsi üçün  xüsusi təkliflərlə çıxış etmişdir:

Beləki, İqtisadi potensialdan  səmərəli istifadə sahəsində dövlət-xüsusi biznes tərəfdaşlığının idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi;

  • Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır;
  • Biznes subyektlərinə investisiya qoyuluşu imkanları;
  • Dövlət hakimiyyəti  və yerli özünüidarəetmə orqanları ilə sahibkarlıq əlaqələrinin  yaxşılaşdırılması;
  • Tərəfdaşlar ilə (təchizatçılar, alıcılar, istehlakçılar və s.) üfiqi əlaqələrin genişləndirilməsi;
  • Sahibkarların hüquqlarının, əmlak və digər qanuni mənafelərin dövlət tərəfindən qorunması;
  • UNEC rəhbərliyinin razılığı ilə “Biznesin idarə edilməsi” kafedrasının əməkdaşlarının “Biznes Həyatı” jurnalının elmi-məqalələrlə təminatında iştirakının təmin edilməsi və s.

 

Xarici ölkələrlə elmi əməkdaşlıq:

 “Biznesin idarə edilməsi” kafedrası Türkiyə Cumhuriyyətinin Ankara Hacıtəpə Universitetinin “İqtisad və idarəetmə” fakültəsi ilə əməkdaşlıq edir.

  • Dövlət Proqramları və AR Prezidentinin sərəncamları ilə təsdiq edilmiş digər sənədlərin icrası:

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq kafedra:

  • Biznes planın hazırlanması və reallaşdırılması ilə bağlı sahibkarlara treninqlər keçmiş;
  • Sahibkarlara kömək üçün “Stolüstü kitab”ını və “Risklərin sığortalanması” metodiki göstərişini hazırlayaraq elektron formada AR Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasına təhvil vermişdir.

Kafedranın əməkdaşları təhsildə göstərdikləri fəaliyyətlərinə görə mütəmadi olaraq AR Prezidenti,  AR Təhsil Naziriyi, UNEC-ın rektoru və müxtəlif hökümət və qeyri hökümət təşkilatları tərəfindən mükafatlandırırlar.

  • Elmi tədbirlər

Türkiyənin İstanbul Universiteti, Sakarya Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında TEC konfranslarının kecirilməsində, elmi məqalə və tezislərin nəşr edilməsində əməkdaşlıq edilir.

Universitetin təşkilatçılığı ilə birgə olan yerli və beynəlxalq konfranslarda: “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli”

https://news.unec.edu.az/images/news/2021/konfrans
https://news.unec.edu.az/xeber/104-unec-kiv-de/7539-nizami-ili-nin-konfransi
https://news.unec.edu.az/elan/86-konfrans/7760

“Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda Respublika elmi konfransı davamlı olaraq hər il

“İqtisadi və Sosial İnkişaf” adlı 37-ci Beynəlxalq Elmi Konfransı
“İqtisadi və Sosial İnkişaf” adlı 55-ci Beynəlxalq Elmi Konfransı
“İqtisadi və Sosial İnkişaf” adlı 70-ci Beynəlxalq Elmi Konfransı öz elmi məruzələri ilə iştirak edirlər. 

  •  Elmi-tədqiqat

Kafedranın elmi istiqamətini Azərbaycanda biznes fəaliyyətinin təşkili və idarə edilməsinin aktual problemlərinin tədqiqi təşkil edir. 2020-ci ildə kafedranın professor-müəllim heyəti tərəfindən “Dövlət – xüsusi biznes institutunun formalaşması və inkişaf problemləri” mövzularında büdcə təyinatlı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Elmi-tədqiqat işlərində əldə olunan nəticələr, təklif və tövsiyələr “AMV Consulting” şirkətində istifadə olunmaq üçün göndərilmişdir.

PROBLEM MÖVZU: “DÖVLƏT – XÜSUSI BIZNES TƏRƏFDAŞLIĞININ INKIŞAF PROBLEMLƏRI”

Eyni zamanda kafedra əməkdaşları yerli və xarici  nəşrlərdə, o cümlədən impakt faktorlu jurnallarda, Beynəlxalq konfranslarda  mütəmadi olaraq elmi əsərlərlə çıxışlar edirlər.Kafedra əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə yazılmış büdcə təyinatlı işlərinin nəticələri mühüm əhəmiyyət kəsb edir.

Kafedranın əməkdaşları tərəfindən son illər 250-dan çox elmi məqalə müxtəlif jurnallarda, o cümlədən 40 məqalə xarici ölkələrin nüfuzlu jurnallarında nəşr edilmişdir.

Kafedrada aşağıda adları qeyd edilən dərslik, dərs vəsaitləri, monoqrafiyalar AR Təhsil Nazırliyinin qrifi ilə nəşr olunmuşdur.

-Biznesin əsasları
-Biznesin təşkili və idarə edilməsi
-Korporativ idarəetmə
-Biznesdə insan resurslarının idarə edilməsi
-Maliyyə biznesi
-Biznes əlaqələri
-Biznes plan
-Biznesin təhlükəsizliyi
-Biznesin etikası
-Kiçik və orta sahibkarlıq subyektlərinin idarəedilməsi
-Xidmət sahələrinin marketinqi
-İstehlakçı davranışının idarə edilməsi
-Marketinq tədqiqatları

  •   Nəşrlər

https://ojs.excelingtech.co.uk/index.php/IJSCM/article/view/5177
https://www.esdconference.com/upload/book_of_proceedings/-
Book_of_Proceedings_esdBaku2020_Vol1_Online.pdf
https://www.esdconference.com/upload/book_of_proceedings/-
Book_of_Proceedings_esdBaku2020_Vol1_Online.pdf
http://ekolojidergisi.com/volume-28/issue-107
http://ekolojidergisi.com/download/study-of-human-capital-development-economic-indicators-and-environmental-quality-5614.pdf
http://217.64.17.124:8080/xmlui/bitstream/handle/123456789/1120/AZ%c6%8f
-RBAYCAN%20D%c4%b0LL%c6%8fR%20UN%c4%b0VERS%c4%b0TET1-Photo.pdf?sequence=1&isAllowed=y
https://esd-conference.com/upload/book_of_abstracts/Book_of_Abstracts_esdBaku2021_Online.pdf
https://esd-conference.com/upload/book_of_proceedings/Book_of_Proceedings_esdBaku2021_Online.pdf
http://clrvt.ru/certificates/2021-04/iQee4YN4iL.pdf
http://clrvt.ru/certificates/2021-04/sm0n8gSthY.pdf
ttp://clrvt.ru/certificates/2021-04/sm0n8gSthY.pdf

  •  İstehsalat Təcrübəsi

Kafedrada istehsalat təcrübəsinə rəhbərlik etmək üçün  sahə üzrə təcrübəli müəllimlər seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı sənədin (gündəliyin) tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.

  •  İş həyatına  hazırlıq

“Biznesin idarə edilməsi” və “Marketinq ”ixtisaslarında təhsil alan tələbələr ixtisaslarına uyğun müəssisə və şirkətlərdə istehsalat təcrübəsi keçir və gələcək karyeraları üçün bilik və bacarıqlarını artırırlar. Karyera planlaması zamanı “Karyera nədir”, “Peşə və maraq nədir?”, “Bacarıq anlayışı nədir?” və “Karyera quruculuğuna nə zaman başlamalı?” kimi məsələləri dərindən öyrənirlər.  

  • NÜMUNƏVİ DƏRS: müəl.M.R.Bədirov

https://zoom.us/rec/share/jl5-ikSdj51L5enNx3nLucKzOdYO m3ABAPGVsUk-oSQjI3UztMqNIBvD4ggpBqu2.QVWJFU0H6ox8Ro89

biznes2 biznes7 biznes8 biznes9 biznes10 biznes11 biznes12 biznes13

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

- tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis - gizli hesap görme