Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, ADİU dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
Hazırda universitetimiz Almaniyanın Ziqen Universiteti (Siegen University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), İtaliyanın Boloniya Universiteti (University of Bologna), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and International Studies), İspaniyanın Malaqa Universiteti (University of Malaga), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge International School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya Universitetləri ilə aktiv əməkdaşlıq edir.
Hazırda ADİU tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. yni zamanda, həyata keçirilən müəllim mübadiləsi ADİU-da tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son dövrlərdə Türkiyə Palatalar və Birjalar Birliyinin İqtisadiyyat və Texnologiyalar Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti, Çinin Şanxay Universiteti, Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Hindistanın Menecment Texnologiyaları İnstitutu, Macarıstanın Dunayvaros Universiteti, Birləşmiş Ərəb Əmirliyindəki Paris Sorbon Universiteti və digər universitetlərlə yeni əməkdaşlıq əlaqələri yaradılmışdır.
ADİU dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılmış ilk uğurlu addım kimi, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramının yaradılması xüsusi vurğulanmalıdır.
Eyni zamanda, ADİU Dünya Bankı, ÜTT, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. ADİU-da “Dünya Bankının İctimai-İnformasiya Mərkəzi” və “ÜTT İstinad Mərkəzi” fəaliyyət göstərir. Universitetimiz UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.
Bundan əlavə, ADİU Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU), Avropa Universitetlər Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin (CUA) və digər bu kimi beynəlxalq universitet birliklərinin üzvüdür.
2013/2014-cü tədris ilinin sonuna olan məlumata əsasən, ADİU-da dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrimiz arasında Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr üstünlük təşkil edir. Hazırda Türk dünyası işlətmə, Beynəlxalq iqtisadi münasibətlər, İnformatika və idarəetmə, Kommersiya, Biznes inzibatçılığı və Maliyyə fakültələrində daha çox əcnəbi tələbə təhsil alır.
Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Belə ki, ADİU IV Mərhələ 6-cı çağırış TEMPUS proqramı çərçivəsində koordinator qismində 3 müxtəlif layihə hazırlayıb təqdim etmişdir. Sevindirici haldır ki, ADİU-nun “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS Layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 Avro məbləğində qrant ayrılmışdır. Bununla da, ADİU ilk dəfə olaraq TEMPUS proqramının qalibi olmuşdur. Eyni zamanda, hazırda ADİU “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda başqa bir TEMPUS layihəsində tərəfdaş qismində iştirak edir.
Tərəfdaş olduğumuz digər beynəlxalq proqram icrasına 2013/2014-cü tədris ilində başlanılmış Mevlanə Mübadilə Proqramıdır. Proqramın ilk ilində ADİU-nun 11 professor və müəllimi Türkiyənin Gazi, Hacettepe, Sakarya və Akdeniz Universitetlərində 2-6 həftə ərzində təcrübə keçmiş, müvafiq fənlər üzrə mühazirələr oxumuş və həmin universitetlərdə tətbiq olunan müasir tədris metodları ilə tanış olmuşdur. Eyni zamanda, bu proqram çərçivəsində 2013/2014-cü tədris ili ərzində Türkiyənin Sakarya, Süleyman Dəmirəl, Çukurova və Akdeniz Universitetlərinin 11 professor və müəllimi 1-2 həftə ərzində ADİU-da olmuş və tədris prosesində iştirak etmişdir. Bundan başqa, Mevlanə Mübadilə Proqramı çərçivəsində ADİU-nun 6 tələbəsi Türkiyənin Hacettepe və Sakarya Universitetlərində, eləcə də Türkiyənin Süleyman Dəmirəl Universitetinin tələbəsi ADİU-da 1 semestr təhsil almışdır.
ADİU-nun “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulması, tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirilir.
2014-2015-ci tədris ili üçün “Mevlanə Mübadilə Proqramı”na sənəd qəbulu başlanmışdır
Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış müqavilə əsasında həyata keçirilən “Mevlanə Mübadilə Proqramı” çərçivəsində 2014-2015-ci tədris ilində professor-müəllim mübadiləsi üçün sənəd qəbulu elan edilmişdir.
“Mevlanə Mübadilə Proqramı” ADİU professor-müəllim heyəti üçün Türkiyənin qabaqcıl universitetlərində təcrübə keçmək imkanı təqdim edir. Bir həftədən 3 aya qədər müddətdə həyata keçirilən mübadilə zamanı universitetimizin əməkdaşlarının tərəfdaş
universitetlərdə tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulmuşdur. Mübadilə ilə bağlı bütün xərclər YÖK təqaüdü hesabına ödəniləcəkdir. Proqramda ADİU-nun bütün kafedralarının professor və müəllimləri iştirak edə bilərlər.
Proqramda iştirak etmək istəyənlər doldurlmuş Müraciət Formasını 31 mart 2014-cü il tarixinə qədər Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər.
Dr.Raqif Qasımov, ADİU-nun “M. M. P.” üzrə koordinatoru,
Tel.: (050) 560 09 20
E-poçt: [email protected]
“Mevlanə Mübadilə Proqramı”na 2014-2015-ci tədris ili üçün sənəd qəbulu başlanmışdır
Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış müqavilə əsasında həyata keçirilən “Mevlanə Mübadilə Proqramı”na müraciətlər başlanmışdır. Proqram çərçivəsində 2014-2015-ci tədris ili üçün tələbə, magistrant və doktorantların mübadiləsi həyata keçiriləcəkdir.
Tələbə, magistrant və doktorantlar bir və ya iki semestr ərzində Türkiyənin qabaqcıl universitetlərində təhsil ala bilərlər.
Mübadilə ilə bağlı bütün xərclər YÖK təqaüdü hesabına ödəniləcəkdir. Proqramda ADİU-nun bütün fakultələrində təhsil alan tələbə, magistrant və doktorantlar iştirak edə bilərlər.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
Dr.Raqif Qasımov, ADİU-nun “M. M. P.” üzrə koordinatoru,
Tel.: (050) 560 09 20
E-poçt: [email protected]
Afət Ələkbərova, Beynəlxalq Əlaqlər Şöbəsinin əməkdaşı
Tel.: (012) 492 60 45
E-poçt: [email protected].
“Aİ-nın qonşuları” hesab olunan ölkələri əhatə edən TEMPUS proqramının əsas hədəfi ali təhsil sahəsində Aİ-nin aparıcı ölkələrinin müsbət təcrübəsinin tərəfdaş ölkələrə gətirilməsi və həmin ölkələrin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir.
Tempus proqramının IV Mərhələ 6-cı çağırışı çərçivəsində 2013-cü ildə ADİU ilk dəfə olaraq koordinator qismində “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” layihəsi ilə qalib olmuş və 653 908,71 Avro məbləğində qrant əldə etmişdir.
TEMPUS proqramı təsnifatına əsasən Struktur dəyişiklikləri/İdarəçilik islahatları layihəsi hesab olunan bu layihə milli təhsil sistemlərində müvafiq istiqamət üzrə idarəçilikdə təkmilləşmənin təmin olunmasında mühüm rol oynayacaqdır.
Avropa tərəfdaşları:
Azərbaycan tərəfdaşları:
Regional tərəfdaşlar:
Tərəfdaş dövlət qurumları (Təhsil Nazirlikləri):
Layihənin əsas məqsədləri:
Layihənin fəaliyyət planı:
Üç illik layihə çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: