Mərkəzin rəhbəri: Elkhan Richard Sadik-ZadaÜNVAN: UNEC-in I tədris korpusu |
Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının EŞ-151№-li Qərarı və UNEC rektorunun 319/3/2017 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 271/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, Almaniya vətəndaşı Elkhan Richard Sadik-Zadaya həvalə edilmişdir.
İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək; tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
UNEC-də seminar: “Kriptovalyutaların maliyyə bazarlarına və qlobal ticarətə təsiri” (30.11.2022)
video link: https://fb.watch/h5Esj9T8_M/
“Kriptovalyutaların maliyyə bazarlarına və qlobal ticarətə təsiri” mövzusunda seminar keçiriləcək (29/11/2022)