Ünvan: Bakı, Murtuza Muxtarov, 194 (III korpus, otaq 429) e-mail: [email protected] |
Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının 159 №-li Qərarı və UNEC rektorunun 1005/3/2018 №-li əmrinə əsasən yaranmışdır. Laboratoriyanın 6 dekabr 2021-cil tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar tərəfindən açılışı olmuşdur.
Missiyamız: Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriyamız mühəndislik və tətbiqi elmlər kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar, bitki və heyvan mənşəli qida məhsullarının müvafiq keyfiyyət standartlarına görə texniki kimyəvi nəzarəti eləcə də, təhlükəsizliyi araşdırılır. Bu analizlər aşağıdakı qaydada sadalanmışdır:
Yaxın zamanlarda qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaqdır. Həmçinin magistraturant və doktorant namizədlər üçün nəzərdə tutulan tədqiqat mərkəzinin yaradılmasına dair tədbirlər görülür.
Burada qida keyfiyyətinin təhlili üçün ən son texnoloji avadanlıqlarla təchiz olunmuş cihazlar və reaktivlər mövcuddur.
– dos. Santa Robert – Macarıstanın Dunaújváros Universitetinin Mühəndislik Elmləri İnstitutunun direktoru (Dunaújváros/Macarıstan)
– Hacıyeva Sona Üzeyir – İtaliyanın Bolonya Universitetinin Qida biotexnologiyası və qida elmləri ixtisası üzrə doktorantı (Bolonya/İtaliya)
Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının illik hesabatı dinlənilib (19.01.2023)