DSC_7835

i.e.n. Ziyadov Həmzə Paşa oğlu

10 mart 1952-ci ildə anadan olmuşdur.

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.

1987-ci ildə  Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.

 

Əmək fəaliyyəti: 

1974-1975-ci illərdə hərbi xidmətdə olub.

1975-1979-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda işləyib.

1979-cu ilin sentyabrından Bakı Maliyyə-Kredit Texnikumunda müəllim, fənn Komissiyaların sədri və qiyabi şöbənin müdiri vəzifələrində çalışıb.

1990-1992-ci illər ərzində Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin  təftiş  müəssisələrinin  Dövlət İnspeksiyası, orta ixtisas təhsili şöbəsinin rəisi vəzifəsində işləyib.

1992-1999-cu illərdə H.Z.Tağıyev adına Azərbaycan Maliyyə İqtisad Kollecində tədris illəri üzrə direktor müavini olub.

1999-aprel,2017-ci illərdə Azərbaycan Maliyyə İqtisad Kollecinin direktoru vəzifəsində çalışıb.

Ailəlidir, iki övlad atasıdır.

IMG_0846DSC_7852hamza_0030

“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib (10.11.2016)
UNEC-in nəzdinə verilən Maliyyə-İqtisad Kollecində tədrisin təşkili müzakirə edilib (26.10.2016)

3285 1