Dekan:
i.e.n., dos. Hacıyev Hafis Əhməd oğlu

Əlaqə telefonu:
+(994) 12 492-60-68
+(994) 12 492-59-03 (12-05)

 

Dekan müavini:
i.e.n., dos., Qarayev Azər  İslam oğlu

Əlaqə telefonu:
+(994) 12 492-77-31

Dekan müavini:

Əlaqə telefonu:
+(994) 12 492-77-31

*
Fakültənin KATİBİ – Kəmalə Rəfael qızı Həmidova
+(994) 12 492-57-38

Katibliyin strukturu

arpa_9479 arpa_94801-DSC_3155 arpa_9486 arpa_9489  DSC_4272

Maliyyə və Mühasibat fakültəsinin xərləri UNEC NEWS-da

Maliyyə və Mühasibat fakültəsinin xəbərləri (2016 – 2018)

20 Yanvar faciəsində həlak olmuş şəhidin abidəsi ziyarət edilib (01.2024)

unec (8)DSC_6321DSC_6316malIMG-20160409-WA0013DSC_2162

83658 3


Fakültə haqqında

Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabrında 2 fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır.

Maliyyə fakültəsi 1930-cu ildən Azərbaycan Ticarət-Kooperativ İnstitutunun strukturunda fəaliyyətə başlamış, müxtəlif illərdə Maliyyə-kredit, Maliyyə-iqtisad, Maliyyə-statistika adlandırılmışdır. 1932-ci ildə həmin fakültənin bazasında qısa vaxtda fəaliyyət göstərmiş Maliyyə İnstitutu yaradılmışdır. Lakin 1933-cü ilin yanvarında bir sıra kiçik institutlarla (Plan-iqtisad, Sosialist uçotu, Sovet quruculuğu və hüquq) yanaşı, Ma­liyyə İnstitutu da Azərbaycan Ticarət-Kooperativ İnstitutu ilə birləşdirilərək Sosial-İqtisad İnstitutu adı ilə fəaliyyət göstərmişdir. Maliyyə İnstitutu yenidən Maliyyə-kredit fakültəsi kimi Sosial-İqtisad İnstitu­tunun struk­turuna daxil olmuşdur. Bəzi dövrlərdə (məsələn, 1941-ci ildə) Mühasibat uçotu ixtisası da Maliyyə fakültəsinin tərkibində olmuşdur.

1959-cu ildən ADU ilə birləşdirildikdən sonra Maliyyə və kredit ixti­sasları İqtisadiyyat fakültəsində hazırlanmışdır.

1966-cı ildə AXTİ bərpa edilərkən sonra fakültə Maliyyə-statistika adı ilə yenidən fəaliyyətə başlamış, 1987-ci ildən Statistika ixtisasının Müha­si­bat uçotu fakültəsi ilə birləşdirilməsi ilə Maliyyə-kredit fakültəsi adlandırıl­mış­dır.

1966-cı ildən başlayaraq fakültəyə prof. Ə.M.Qaravəliyev (1966-1970), dos. R.Ə.Mustafayev (1970-1974), dos. A.C.Məmmədov, dos. R.M.Rza­yev (1977-1982), prof. Ə.H.Axundov (1982), dos. R.A.Bəşirov (1982-1987, 1995-2000, 2009-2010), dos. Ş.Bədəlov (1987-1995, 2000-2005), i.e.d., prof. D.A.Bağırov (2005-2009), dos. Z.İ.İbrahimov (2014-2015), G.Musayev (2016-2021) rəhbərlik etmişlər.

2004-cü ilin noyabr ayından başlanan struktur dəyişikliyi çərçivə­sində Maliyyə-kredit fakültəsi iki yerə bölünərək Maliyyə və Kredit-iqtisad adı ilə müstəqil fəaliyyət göstərən təhsil vahidlərinə çevrilmişdir.

Uçot-iqtisad. Uçot üzrə kadrların hazırlanması ilə müxtəlif illərdə İqtisad Universitetinin sələfləri olan Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət və Kooperasiya İnstitutun­da, Sosial-İqtisad İnstitutunda, AXTİ-də, ADU-da, LMİİ-nin Bakı filialında və s. başqa ali məktəblərdə məş­ğul olunmuşdur. Hazırda uçot kadrları hazırlayan ən böyük ali məktəb İqtisad Universitetidir.

1959-cu ildə K.Marks adına AXTİ ləğv edildikdən sonra bu institutun bazasında S.M.Kirov adına ADU-nun tərkibində müstəqil İqtisad fakültəsi yaradıldı. Həmin dövrdəki tələbə kontingentinin demək olar ki, yarısı Mühasibat uçotu üzrə ixtisaslaşırdı. O illərdə İqtisad fakültəsinə professor Ə.R.Qasımov rəhbərlik edirdi.

 Fakültənin strukturu

 

 

Hacıyev Hafis Əhməd oğlu Dekan vəzifəsini icra edən, i.e.n., dosent
Qarayev Azər İslam oğlu Elmi işlər üzrə dekan müavini, i.e.n., dosent
Sadıqov Abdulkərim Əkbər oğlu Tədris işləri üzrə dekan müavini

Əməkdaşlar (SİYAHI)

DSC_8523DSC_8533

DSC_1661 DSC_1665

2018-2019-ci tədris ilinin payız semestri üçün əyani şöbə üzrə Dərs Cədvəlləri (Maliyyə)

2018-2019-ci tədris ilinin payız semestri üçün əyani şöbə üzrə Dərs Cədvəlləri (Mühasibat və Statistika)

1966-cı ildə obyektiv zərurət üzündən yenidən AXTİ təsis ediləndə, onun ən böyük fakültələrindən biri məhz Uçot-iqtisad fakültəsi oldu. Fakültəyə müxtəlif dövrlərdə dos. L.Əh­mədov, dos. N.Adıgö­zəlov, dos. Ə.Cəfərov, dos. F.Quliyev, dos. T.Ba­ba­yev, dos. N.M.İsmayılov, qısa vaxt­larda isə prof. Q.Rzayev, dos. C.Zərbəliyev rəhbərlik etmişlər.

Fakültədə əvvəlki illərdə uçot kadrları 6 istiqamətdə, sonra isə 3 istiqamətdə hazırlanırdı: sənayedə mühasibat uçotu; kənd təsərrüfatında mühasibat uçotu; ticarətdə mühasibat uçotu.

1987-ci ildə D.Bünyadzadə adına AXTİ ləğv edildikdən və onun bazasında LMİİ BF yaradıldıqdan sonra baza institutunun struktu­runa uyğun gəlmək üçün statistika ixtisası Uçot-iqtisad fakültəsinin tərkibinə daxil olunmuşdur.

2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Azərbaycan Respublikası Na­zir­lər Kabinetinin iqtisadyönümlü ixtisaslarının yeni təsnifatına uyğun ola­raq Uçot-iqtisad fakültəsində 2 istiqamətdə («Mühasibat uçotu və audit», «Statistika») kadr hazırlığına başlanılmış və tədris proqramları bu istiqamətdə qurulmuşdur.

Hazırda fakültə Maliyyə və mühasibat adlanır.

“Maliyyə və mühasibat” fakültəsinə 2021-ci ildən i.e.n., dos. Hacıyev Hafis Əhməd oğlu rəhbərlik edir.

Hazırda fakültədə 2 dekan müavini çalışır: elmi işlər üzrə dekan müavini dosent Azər İslam oğlu Qarayev, tədris işləri üzrə dekan müavini iqtisad üzrə fəlsəfə doktoru Abdulkərim Əkbər oğlu Sadıqov.

“Maliyyə və mühasibat” fakültəsində inzibati fəaliyyətin təşkil edilməsi məqsədilə 2017-ci ildə fakültənin Elmi Katibliyi yaradılmışdır. Elmi Katiblik Fakültənin icraedici struktur vahididir və ona Elmi katib rəhbərlik edir.

Yarandığı vaxtdan (31.03.2017) 2020-ci ilin yanvar ayına qədər Fakültə Elmi Katibliyinə Murad Niyaz oğlu Ələkbərov rəhbərlik etmişdir. 2020-ci ilin yanvar ayından isə Fakültə Elmi Katibliyinə Kəmalə Rəfael qızı Həmidova  rəhbərlik edir.

“Maliyyə və mühasibat” fakültəsində hazırda 1649 tələbə təhsil alır. Onlardan 992 nəfəri “Maliyyə” ixtisası, 657 nəfəri “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alırlar.

“Maliyyə və mühasibat” fakültəsinə 2019/2020-ci tədris ilində 533 tələbə qəbul olunmuşdur ki, onların da 106 nəfəri 600-dən çox bal toplayan tələbələrdir.  Bu tələbələrin  304 nəfəri “Maliyyə”, 229 nəfəri “Mühasibat uçotu və audit” ixtisasını seçmişdir.

“Maliyyə və mühasibat” fakültəsinin  tərkibində hazırda 74 nəfər  professor-müəllim heyəti çalışır. Onlardan: 15 nəfəri (21,4%) elmlər doktoru, professor, 36 nəfəri (48,0%) elmlər namizədi, dosent, 10 nəfəri (13,3%) fəlsəfə doktoru, 13 nəfəri isə (17,3%) elmi dərəcəsi olmayan müəllimlərdir. Professor-müəllim heyətinin 82,7%-i  elmi dərəcəlidir.

Fakültə  AR Maliyyə Nazirliyi,  AR Mərkəzi Bankı, Kapital Bank, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət  Vergi Xidməti və digər qurumlarla sıx əlaqədə fəaliyyət göstərir. Maliyyə və mühasibat fakültəsində xarici əlaqələrə xüsusi diqqət yetirilir, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və s. ölkələrlə geniş elmi və təhsil əlaqələri saxlanılır.

Fakültə məzunları icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş qaydada ölkənin iqtisadi və sosial siya­sətini həyata keçirən dövlət strukturlarının müvafiq bölmələrində, təşkilati-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik təsər­rüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkət­lərdə və digər biznes strukturlarında, idarəetmə for­masından asılı olma­yaraq istehsal və qeyri-istehsal sferasında fəaliyyət göstərən kommersiya təşkilatlarında, ölkənin büdcə-vergi və maliyyə-kredit siyasətini həyata keçirən orqanlarda və onların yerlərdəki müvafiq bölmə­lərində, mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrinin uçot-hesabat bölmələrində və peşə ixtisasına uyğun strukturlarında fəaliyyət göstərirlər.

 *

Fakültə üzrə ixtisaslar:

Maliyyə
– Mühasibat
*

Maliyyə ixtisasında tədris olunan fənlər tələbələrə həm dövlət maliyyəsi üzrə (vergi inzibatçısı, maliyyə auditoru), həm də özəl sektor üzrə maliyyəçi (sığorta üzrə mütəxəssis, bank  mütəxəssisi, maliyyə meneceri) kimi  ixtisaslaşmaq üçün tələb olunan nəzəri bilikləri qazanmaq imkanı verir. İxtisas kafedrası  “Maliyyə və maliyyə institutları”  kafedrasıdır.

“Mühasibat uçotu və audit” ixtisasında tədris olunan fənlərin tədris proqramları (sillabusları) beynəlxalq peşəkar kvalifikasiyalar (ACCA, CIMA) üzrə tədris proqramlarına uyğunlaşdırılmışdır. Bu isə tələbələrə həm dövlət  təşkilatları, həm də özəl sektora aid biznes subyeklərində mühasib kimi çalışmaq üçün tələb olunan bilik və bacarıqları qazanmaq imkanı verir.   Qeyd olunan ixtisas üzrə ixtisas kafedrası “Mühasibat uçotu və audit” kafedrasıdır.
*

Fakültə üzrə təhkim edilən kafedralar:

  • Maliyyə və audit

*
Fakültənin FACEBOOK səhifəsi