Mərkəzin rəhbəri: i.e.d., professor Ə.C.Muradov 

Ünvan: UNEC-in I tədris korpusu
Əlaqə tel: +(994) 012 497-62-67;  012-492-57-31
e-mail: [email protected]

1677 1

HAQQIMIZDA:

İnkişaf iqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universite­ti­nin Elmi Şurasının 28 iyun 2019-cu il tarixli iclasının 166 №-li Qərarı və UNEC rektorunun 598/3/2015 № əmrinə əsasən yaranmışdır.

UNEC Rektoru, professor, i.e.d. Ədalət Cəlal oğlu Muradovun 758/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik öz üzərinə götürülmüşdür.

MƏQSƏDİMİZ:

Öz vəzifələri və hüquqları çərçivəsində UNEC-in struktur böl­mə­ləri, dövlət orqanları, elm və təhsil qurumları və digər yerli və beynəlxalq təş­ki­lat­larla qarşılıqlı əlaqədə  fəaliyyət  göstərmək

VƏZİFƏLƏRİMİZ:

– Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;

– Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;

– Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;

– Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;

–  Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;

–  Fəaliyyət  istiqamətləri  üzrə  daxil  olan  müraciətlərə  və  sorğulara qanun­ve­ri­ci­liyə  uyğun olaraq  baxılmasını  təmin etmək;

– Səlahiyyətləri  çərçivəsində  universitetin  inkişaf  konsepsiyasının həyata keçirilməsini təmin etmək;

– Laboratoriyanın  iş  planını və fəaliyyəti  ilə bağlı hesabatlar  hazırlamaq;

– Laboratoriya tərəfindən  fəaliyyət  prosesində  qanunvericiliyə  uyğun  olaraq  xidməti  məlumatların qorunmasını  təmin  etmək;

  • Fəaliyyət istiqamətlərinə  uyğun  olaraq  qanunvericilkdə  nəzərdə tutulmuş  digər  vəzifələri yerinə yetırmək.

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:

Azərbaycan neftinin dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün proqnoz­laşdırılması

Layihənin icra müddəti: başlama-bitmə tarixi:01.08.2015- 31.07.2016

 

HƏDƏFİMİZ:

  • iqtisadi və sosial-iqtisadi tədqiqatların aparıl­ma­sını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq etmək;
  • professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək vermək;
  • yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirmək.

*

ÜZVLƏR:

– Həsənli Yadulla Həmdulla oğlu – i.e.d., İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru;

Hacıyev Nazim Özbəy oğlu – i.e.n., UNEC Biznes məktəbinin direktoru, “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının dosenti

*

TƏDBİRLƏR:

Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş içtimai müzakirələr keçirilib (17.03.2022)

video link: https://youtu.be/p2jhrjR3Hlw 

image66