tenzim_mehish_foto“İqtisadiyyatın tənzimlənməsi» kafedrasının müdiri i.e.d., prof. Məhiş Alış oğlu Əhmədov

e-mail: m.ahmedov@unec.edu.az

1945-ci ildə anadan olub.
1951-1961-ci illərdə orta təhsil alib.
1963-cü ildə ADU-nin İqtisad fakultəsinin «Xalq təsərrüfatının planlaşdırılması» ixtisasına daxil olub, 1969-cu ildə həmin ixtisası bitirib.

1970-1977-ci illərdə Az.İEA-nın «İqtisadiyyat» institutunda kiçik elmi işçi, 1977-1980-ci illərdə baş elmi işçi vəzifələrində işləyib.

1980-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent, 1991-1996-cı illərdə ADİU-da kafedra müdiri olub.
1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. 1984-cü ildən dosentdir.

2005-ci ildən iqtisad elmləri doktoru, 2011-ci ildən professor vəzifəsinə layiq görülüb. Əməkdar elm xadimidir.

2006-cı ildən «İqtisadiyyatın tənzimlənməsi» kafedrasının müdiridir.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının «İqtisadiyyat və hüquq elmləri üzrə» ekspert şurasının üzvi olub.

2008-ci ildən ADİU-nun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Azərbaycanda «Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi»nin «İqtisad bölməsi» üzrə Problem Şurasının, Universitetin Elmi Şurasının, İqtisad elmləri: «Nəzəriyyə və praktika» jurnalının redaksiya heyətinin üzvü, universitetin Tədris-Metodiki Şurasının bölmə rəhbəridir.

150 elmi-metodiki əsərin, 3 dərslik, 4 dərs vəsaitlərinin, çoxsaylı tədris proqramlarının, dövlət orqanlarına təqdim olunmuş 5 təhriri məruzənin, 100 çap vərəqindən çox olan rus dilindən azərbaycan dilinə tərcümə olunmuş 3 dərsliyin elmi redaktoru olub.

DSC_482720160921_123635DSC_6536DSC_6564DSC_0287xalq222

Azərbaycan iqtisadiyyatı kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsindədir

Azərbaycan iqtisadiyyatı kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsindədir (AzərTAC – 12.04.2017)
“Novruz mühazirələri” UNEC-də davam edib
 (06.03.2017)
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyasıdır (Xalq qəzeti – 06.03.2017)
Ekspert: Strateji Yol Xəritəsi üzrə reallaşdırılacaq tədbirlər ölkəmizin mövcud potensial imkanlarına əsaslanır (AzərTAC – 30.12.2016)

UNEC professorları beynəlxalq elmi seminara qatılıblar (27.09.2016)

1290 3