Kafedra müdiri: prof. Əhmədov Natiq Qarakişi oğlu

Ünvan: Bakı, A.Səhhət, 45 (IV korpus)
Telefon: +(994) 12 541-56-93; 440-79-85
e-mail: [email protected] 

Kafedra haqqında

UNEC-in Elmi Şurasının 09.10.2019-cu tarixli iclasının EŞ-167 № qərarının icrasını təmin etmək məqsədilə 03.02.2020-ci il tarixdən “Riyaziyyat” və “Statistika və ekonometrika” kafedraları birləşdirilərək “Riyaziyyat və statistika” kafedrasının yaradılıb.

“Riyaziyyat” kafedrası 1966-cı ildə yaradılmışdır. Lakin riyaziyyat fənni ötən əsrin 30-cu illərindən “Fizika və riyaziyyat” kafedrasının tərkibində tədris edilmişdir. Riyaziyyat kafedrasında Azərbaycanın tanınmış alimləri akademik Cəlal Allahverdiyev, AMEA-nın müxbir üzvləri Qoşqar Əhmədov, Arif Babayev və professor Əmir Həbibzadə çalışmışlar. Riyaziyyat kafedrasına prof. Tofiq Kərimov (1966-1977), dos. Adelaida Babayeva (1977-1987), prof. Hamlet İsaxanlı (1987-1991), prof. Nazim Musayev (1991-2009),  fəxri professor Mustafa Qarayev (2009-2016) rəhbərlik etmişlər. Kafedranın professoru, Əməkdar elm xadimi Məmməd Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və İqtisadi siyasət daimi komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Kafedranın keçmiş əməkdaşları prof. Hamlet İsaxanlı Xəzər Universitetinin,  prof. Əhməd Vəliyev Odlar Yurdu  universitetinin rektorudur.

2016-cı ildən kafedraya riyaziyyat elmlər doktoru, prof. Natiq Əhmədov rəhbərlik edir. Professor Natiq Əhmədov AMEA-nın «Transactions» issue mechanics series of physical-technical and mathematical science” jurnalının redaksiya heyətinin, Bakl Dövlət Universitetində fəaliyyət göstərən FD 2.17 saylı dissertasiya şurasının üzvüdür və həmin dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədridir.

Kafedranın müəllimləri tərəfindən iqtisadçılar üçün riyaziyyat üzrə onlarla dərs vəsaiti, metodik vəsait və proqram hazırlanmış və çap edilmişdir. Bir sıra xarici müəlliflərin dərslikləri kafedranın müəllimləri tərəfindən azərbaycan dilinə tərcümə edilmişdir. Kafedranın əməkdaşlarının elmi tədqiqat işləri riyaziyyat və mexanika üzrə nüfuzlu jurnallarda çap edilmiş, beynəlxalq konfranslarda məruzə edilmişdir. “Riyaziyyat” kafedrasının yerinə yetirdiyi  elmi tədqiqat işlərinin bir çox nəticələri “Web of Sciense” və “Scopus” bazasına daxil olan impakt faktorlu jurnallarda dərc edilmişdir.

Kafedrada “Xətti cəbr və riyazi analiz”, “Xətti cəbr və analitik həndəsə” , “Xətti cəbr” , “Riyazi analiz”, “Riyazi analiz-1”, “Riyazi analiz-2”, “Kompleks analiz”, “Tətbiqi riyaziyyat”, “Mühəndis riyaziyyatı”, “Diferensial tənlik”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” fənləri tədris edilir.

Statistika ixtisası üzrə ayrıca kadr hazırlığı universitetimizin fəaliyyət göstərdiyi bütün mərhələlərdə mövcud olmuşdur. XX əsrin 30-cu illərində bu ixtisas “Ümumiqtisad” kafedrasının tərkibində olsa da, 1938-ci ildən 2020-ci ilə qədər müstəqil “Statistika” kafedrası fəaliyyət göstərmişdir. “Statistika”  kafedrasında tanınmış alimlər Qriqori İssakoviç Qonçarski, Əlibəy Rüstəmbəy oğlu Sultanov, Ələkbər Quliyev, Şirzad Səfərov, Hacıbaba Ramazanov, Soltan Ələkbərov, Əli Kazımov, Nağı Tağızadə , Səid Ağamirzəyev Əlibəy Sultanov çalışmışlar. 1964-1969-cu illərdə kafedraya Sədi Hacıyev rəhbərlik etmişdir. S.M. Hacıyev Zaqafqaziyada statistika üzrə ilk elmlər dok­torudur. “Statistika” kafedrasına sonrakı illərdə dos. Q.H.Məmmədov (1969-1974), dos. R.S.Seyidov (1974-1979), dos. O.İ.İbrahimov (1979-1988), dos.R.Ş.Məm­mədov (1988-1993), dos. S.C.Əliyev (1994-2000) rəhbərlik  etmişlər.

2000-ci ildən 2017-ci ilə qədər  i.e.d., professor  Sakit Məmədi oğlu Yaqubov “Statistika” kafedrasına, 2017-ci ildən 2018-ci ilədək “Statistika və ekonometrika” kafedrasına rəhbərlik etmişdir. S.M.Yaqubov 120 adda dərc olunmuş elmi əsərin, dərslik, dərs vəsaitləri və metodik göstərişlərin müəllifidir. Prof.S.M. Yaqubovun rəhbərliyi ilə 19 nəfər elmlər namizədi, 1 nəfər elmlər doktoru alimlik dərəcəsi almışdır. Sakit Məmədi oğlu Yaqubov ADİU-nun elmi işlər üzrə prorektorudur. O, hazırda Azərbaycan Respublikasında statistika üzrə yeganə elmlər doktorudur.

Beynəlxalq standartların tədris prosesinə gətirilməsi və bunun üçün zəruri sayılan tədris-metodiki vəsaitlər ölkə miqyasında bilavasitə  “Statistika” kafedrasının professor-müəllim heyəti tərəfindən hazırlanmışdır. Bu vəsaitlərdə statistika xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının konseptual əsasları öz əksini tapmışdır. “Statistika” kafedrasının hazırladığı  tədris proqramları, metodiki vəsaitlər və dərsliklər respublikanın bütün dövlət və özəl ali və orta ixtisas məktəblərində istifadə olunur.

*

Kafedrada “Statistika”,  “Tətbiqi statistika”, “Əhali statistikası”, “Sosial statistika”, “Maliyyə və bank statistikası”, “Əmtəə və xidmətlər bazarı statistikası”, “Müəssisələr statistikası”, “İqtisadiyyatda əməliyyatların tədqiqi”,  “Ekonometrika”, “Statistik modelləşməyə giriş”, “Nəqliyyat və rabitə statistikası”, “Statistik proqram paketləri”, “Ev təsərrüfatı büdcələri statistikası” fənləri tədris edilir.

“Statistika” kafedrasının yetirmələri hazırda müxtəlif rəhbər vəzifələrdə çalışırlar: Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının “İqtisadi siyasət və sənaye məsələləri” şöbəsinin müdiri, Prezidentinin köməkçisi, i.e.n. Rauf Səlimov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini, i.f.d. Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini, i.e.n.  MaisYusifov – Atatexnologiya Şirkətinin  sədridir.

“İqtisadi kibernetika” kafedrası 1967-ciildə yaradılmışdır. Yarandığı vaxtdan “İqtisadi kibernetika” kafedrası prof. B.S.Musayevin rəhbərliyi altında iqtisadi kibernetika və iqtisadi sistemlərin optimal idarəedilməsi,iqtisadi və sosial sistemlərin fəaliyyətinin iqtisadi-riyazi modelləşdirilməsi, riyazi proqramlaşdırma və əməliyyatların tədqiqi istiqamətində tədris-metodiki və elmi-tədqiqat işləri aparmışdır. Prof. B.S.Musayev xalq təsərrüfatının və onun sahələrinin optimal idarə edilməsi istiqamətində apardığı elmi-tədqiqatlara görə 1984-cü ildə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.Sonralar “İqtisadi kibernetika” kafedrasının adı dəyişdirilərək “Ekonometrika” adlandırılmışdır. 2011-ci ildən 2017-ci ilədək kafedraya dos. Y.İ.Hacızalov rəhbərlik etmişdir. Bu illər ərzində kafedra “Ekonometrika” adlı dərslik, “Riyazi proqramlaşdırma” adlı dərs vəsaiti , “EXCEL paketində iqtisadi-riyazi modellərin həlli” metodik vəsaiti nəşr etdirmişdir.

2017-ci ildə “Ekonometrika” kafedrası “Statistika” kafedrasına birləşdirilmiş və “Statistika və ekonometrika” adlandırılmışdır.2020-ci ildə “Statistika və ekonometrika” kafedrası “Riyaziyyat”  kafedrası ilə birləşdirilmiş və  “Riyaziyyat və statistika” kafedrası adlandırılmışdır.

“Riyaziyyat və statistika” kafedrası Rusiya Cənub Federal Universitetinin (keçmiş Rostov Dövlət Universiteti) riyaziyyat, mexanika və kompüter elmləri fakultəsi və Don Texniki Universitetinin “Riyaziyyat” və “Mexanika” kafedraları, Rusiyanın Plexanov adına Rusiya iqtisad Universitetinin “Situasiya mərkəzi”, Türkiyyənin Sakarya Universitetinin “Ekonometri” bölümü, Türkiyyənin İstanbul Universitetinin “Ekonometri” bölümü ilə əməkdaşlıq edir

Riyaziyyat və statistika” kafedrası  1)  Funksional analiz və onun tətbiqləri,   2)  Riyazi modellər və onun tətbiqləri, 3)Rəsmi statistika məlumatlarının   istehsalında inzibati və irihəcmli məlumat mənbələrindən istifadə edilməsi və respodentlərə düşən statistik hesabat yükünün azaldılması perspektivləri.

“Riyaziyyat və statistika”  kafedrasında hal-hazırda 37 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 2 nəfəri  elmlər doktoru, professor, 1 nəfər elmlər doktoru, dosent, 19 nəfər fəlsəfə doktoru, dosent, 3 nəfər fəlsəfə doktoru, baş müəllim, 4 nəfər baş müəllim, 2 nəfər fəlsəfə doktoru,  müəllim, 5 nəfər isə müəllimdir.
*

“Riyaziyyat və statistika” kafedrasının xəbərləri UNEC NEWS-da

 

Professor-müəllim heyəti:

  1. r.e.d., prof. Əhmədov Natiq Qarakişi (kafedra müdiri) (0.5)
  2. i.e.d., prof. Yaqubov Sakit Məmməd
  3. i.e.n., dos. Teymurova Vüsalə Eynulla (ixtisas rəhbəri)
  4. f.-r.e.d., prof. Alməmmədov Musa Səməd (UNEC-in Fəxri prof.)
  5. f.-r.e.n., dos. Şıxlinskaya Gülnarə Teymur
  6. i.e.n., dos. Quluzadə Tapdıq Həsən oğlu
  7. p.e.n., dos. Zamanova Sevinc Azad
  8. f.-r.e.n., dos. Aslanov Xaliq Məhər
  9. i.e.n., dos. Əliyev Alxan Hümbət
  10. r.f.d., dos. Əkbərova Sevda Bəkir
  11. f.-r.e.n., dos. Cəfərova Səadət Arif
  12. f.-r.e.n., dos. Sərdarova Rita Əmrah
  13. f.-r.e.n. dos. Axundova Pərvanə Elman
  14. tex.e.n., dos. Mehdiyev Mahir Əliqulu (0.5)
  15. i.e.n., dos. Əliyev Əli İmaş
  16. i.e.n., dos. Cabbarova Aynur İmran
  17. i.e.n., dos. Dünyamalıyeva Vəfa Rəşid
  18. i.e.n., dos. Hüseynli İlham Qəşəm
  19. b/m. Səmədov Bəhruz Yaqub
  20. r.f.d., dos. Həsənova Solmaz Ədalət
  21. b/m. Kətanova Validə İsa
  22. b/m. Ələkbərova İlhamə Tarvedi
  23. b/m. Hüseynova Lalə Ernis
  24. r.f.d., b/m. Məmmədova Afaq Faiq qızı
  25. f.-r.e.n., b/m. Dəmirov Xançoban Həsən 
  26. i.f.d., b/m. Muradova Xalidə Firdovsi
  27. müəl. Abbasova Gülnarə Adil
  28. müəl. Qələndərova Şəhla Məcnun
  29. müəl. Məmmədova Həqiqət Rza (0.5 şt.)
  30. müəl. Babayeva Gülnarə Ağamusa
  31. i.f.d. Abdullayeva Samirə İntiqam
  32. müəl. Məmmədzadə Güldanə Sədi
  33. müəl. Məmmədova Nigar Rza

*

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏRİ

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol