Kafedra müdiri: prof. Əhmədov Natiq Qarakişi oğlu

Ünvan: Bakı, A.Səhhət, 45 (IV korpus)
Telefon: +(994) 12 541-56-93
e-mail: natig_ahmadov@unec.edu.az 

8604 21

Kafedra haqqında

«Riyaziyyat» kafedrasının müstəqil tədris bölməsi kimi tarixi 1966-cı ildən başlayır. Lakin riyaziyyat fənni hələ XX əsrin 30-cu illərindən «Fizika və riyaziyyat» kafedrasının tərkibində mütəmadi tədris olunmuşdur. Bu proses 1940-1950-ci illərdə də davam etmişdir. Yalnız 1966-cı ildə, AXTİ müstəqil ali məktəb kimi fəaliyyətə baş­ladığı dövrdən «Riyaziyyat» kafedrası da müstəqillik dövrünə qədəm qoymuşdur.

Kafedranın fəaliyyətinin ilk dövrlərində görkəmli Azərbaycan riyaziyyatçıları Azərbaycan EA-nın müxbir üzvləri Qoşqar Əhmədli, Cəlal Allahverdiyev, Arif Babayev, prof. Şamil Həbibzadə kimi alimlər çalışmışlar.

1966-cı ildən «Riyaziyyat» kafedrasına prof. Tofiq Kərimov (1966-1977), prof. Adelaida Babayeva (1977-1987), prof. Hamlet İsa­xanlı (1987-1991), prof. Nazim Musayev (1991-2009),  prof., əməkdar müəllim Mustafa Qarayev (2009-2016) başçılıq etmiş­lər.

«Riyaziyyat» kafedrasında aşağıdakı fənlər tədris edilir:

  1. Riyazi analiz (ümumi kurs);
  2. İqtisadçılar üçün riyaziyyat (xətti cəbr, ehtimal nəzəriyyəsi və riyazi statistika);
  3. Elementar riyaziyyat (hazırlıq şöbəsində);
  4. Tətbiqi riyaziyyat.

Kafedranın əməkdaşları tərəfindən dərs vəsaitiləri, metodik vəsaitlər, proq­ramlar, mü­hazirə mətnləri nəşr olun­muşdur. Tələbələrin seçim imkanlarını genişləndirmək məqsədilə bir sıra xarici müəlliflərin dərslikləri (V.İ.Malıxin «İqtisadiyyatda riya­ziyyat», E.M.Çetırkin «Maliyyə riyaziyyatı») dərslikləri Azərbaycan dilinə tərcümə edilmişdir. Tərcümə olunan dərsliklər Rusiyanın aparıcı universitetlərinin dərslikləri­dir.

Kafedrada tədris olunan fənlər:

  • Ali riyaziyyat
  • Ehtimal nəzəriyyəsi
  • Riyazi statistika

*

Əsas nəşrlər:

1) Musayev N., Gülməmmədov V. “Ali riyaziyyat”. 2 hissəli, azərb. və rus dillərində
2) Alməmmədov M., Qarayev M., Mikayılov N., Quluzadə T. “Ali riyaziyyatdan məsələ və misallar” 2010
3) Qarayev M., Möhbalıyev S., Quluzadə T.  “İqtisadçılar üçün ehtimal nəzəriyyəsi və riyazi statistika” 2008
4) Alməmmədov M.,  “Ali riyaziyyat kursu, ehtimal nəzəriyyəsi və riyazi statistikadan mühazirələr”. 2009
5) Qarayev M., Quluzadə T., Yusifova K., “Maliyyə riyaziyyatı” (ruscadan tərcümə) 2010
6) Qarayev M., Quluzadə T. Riyaziyyat II. Məsələlər, proqram və test nümunələri  2012
7) Qarayev M., Musayev N., Quluzadə T., Riyaziyyat I, Proqram və test nümunələri 2011
8) Qarayev M.,Musayev N.,Quluzadə T. Riyaziyyat II, Proqram və test nümunələri 2011