UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Ticarət və gömrük işinin təşkili” və “Menecment” kafedraları ləğv edilərək onların bazasında “Biznesin idarə edilməsi” kafedrası yaradılmışdır.
UNEC-də “Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi” mövzusunda seminar keçirildi (24.01.2017)
UNEC müəllimləri “IV Beynəlxalq Elmi-praktik internt” konfransına qatılıblar (16.12.2016)
Peşəkar menecerlər UNEC tələbələri ilə görüşüb (14.10.2016)
UNEC müəllimi beynəlxalq konfransda çıxış edib (12.07.2016)
1988-ci ildən fəaliyyət göstərən “Menecment” kafedrasına təşkil edildiyi gündən i.e.d., prof. Kamil Ağazaman oğlu Şahbazov rəhbərlik edir. İlk dövrlərdə, “İqtisadiyyatın idarə edilməsi” daha sonra “Menecment və sahibkarlıq fəaliyyəti” adlanan kafedra 2004-cü ildən “Menecment” adı ilə fəliyyət göstərir.
Kafedra öz fəaliyyətinə “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə iqtisadçı kadrlar hazırlanması ilə başlasa da sonradan kafedra “Biznez üzrə menecment”, “Menecment”, “Biznesin təşkili və idarə eidlməsi”, “Dövlət və bələdiyyə idrəetməsi” ixtisasları üzrə iqtisadçı kadrlar hazırlamaqla davam etmişdir. Hazırda isə kafedra “Menecment” və “Dövlət və bələdiyyə idrəetməsi” ixtisasları üzrə Bakalavr; “Strateji menecment”, “Heyətin idarə eidlməsi”, “Menecment (sahələr üzrə)”; “Dövlət strukturlarında menecment” və “Bələdiyyə menecmenti” ixtisasları üzrə magistr kadrlar hazırlanmaqdadır.
Menecment kafedrasında tədris olunan 30-dan artıq fənn üzrə 3 dərslik, 18 dərs vəsaiti, çoxlu sayda proqram və metodik göstərişlər hazırlanmışdır. Bundan başqa kafedra əməkdaşları tərəfindən 12 monoqrafiya nəşr etdirilmişdir. Bu əsərlər içərisində 2005-ci ildə prof. K.A Şahbazov, dos. M.H.Məmmədov, dos. H.S.Həsənov tərəfindən hazırlanmış “Menecment” (2007-ci ildə təkrar nəşr) və 2011-ci ildə prof. Ş.H.Hacıyevin ümumi rəhbərliyi altında, prof. K.A.Şahbazov, dos. M.H.Məmmədov, dos. H.S.Həsənov və başqaları tərəfindən hazırlanmış “Dövlət və bələdiyyə idarəçiliyi” prof. K.A Şahbazov, prof. H.S. Həsənov, dos. M.H.Məmmədov – “İdarəetmə qərarları” adlı dərslikləri prof. H.S.Həsənov “İri shibkarlıq strukturları” və “Korporativ idarəetmənin təməl daşları” prof. S.B.Musayeva “İqtisadi tarazlıq sistemləri”, i.e.d. Ş.T.Quliyeva “Maliyyə riskləri və onların idarə edilməsi” adlı monoqrafiyaları xüsusilə qeyd etmək lazımdır. “Menecment” adlı dərslik 2010-cu ildə İran İslam Respublikasında fars dilinə tərcümə olunmuşdur.
Kafedranın elmi istiqaməti Azərbaycanda menecmentin aktual probleminin tətqiqi təşkil edir. Son beş ildə kafedranın professor-müəllim heyəti tərəfindən “Qloballaşan və yeniləşən Azərbaycan şəraitində menecmentin nəzəri və praktiki məsələləri”; “Riskin idarə edilməsi”; “Qloballaşan və yeniləşən Azərbaycan şəraitində regional iqtisadiyyatın idarə eidlməsi”; “Azərbaycanda innovasiya menecmentinin müasir vəziyyəti və səmərəliləşdiirlməsi istiqamətləri”; “Müasir dövrdə menecmentin etik problemləri”; “İqtisadiyyatın yeniləşməsinin müasir mərhələsində heyətin idarə edilməsinin təşkili xüsusiyyətləri” və s. mövzular üzrə elmi-tədqiqat işləri yerinə yetiirlmişdir. Elmi-tədqiqat işlərində əldə olunan nəticələr, təklif və tövsiyyələr respublika və beynəlxalq elmi-praktiki konfranslarda Moskva, Sankt-Peterburq, Kiyev, Alma-Ata, Tibilisi İstanbul, Ankara, Kişinyov, Sinqapur və sairə şəhərlərdə simpoziumarda mərüzə edilmiş və tezis şəklində çap olunmuşdur. Kafedranın əməkdaşları tərəfindən ötən beş il ərzində 400-dən artıq elmi məqalə ölkəmizdə və xarici ölkələrdəki nüfuzlu jurnallarda nəşr edilmişdir. Həmçinin kafedranın əməkdaşları zərbaycan Respublikasının bir sıra Nazirlik, Dövlət Komitəsi, İdarələr və bir sıra icra strukturları ilə elmi-tədqiqat sahəsində fəal əməkdaşlıq edirlər.
*
Kafedranın nəzdində tədris biznes-inkubatoru, elmi-metodik laboratoriya və ixtisaslaşdırılmış auditoriya fəaliyyət göstərir.
Kafedra bir sıra nüfuzlu xarici ölkələrdəki ali məktəblərlə, o cümlədən M.V Lomonosov adına Moskva Dövlət Universiteti, Q Plexanov adına Moskva Xalq Təsərrüfatı Akademiyası, Sankt-Peterburq Maliyyə-İqtisad Akademiyası, Kiyev Dövlət Universiteti, Alma-Ata Dövlət Universiteti, Tibilisi Dövlət Universiteti və s. ilə yaxında əməkdaşlıq edir.
Menecment kafedrasının əməkdaşları müntəzəm olaraq Respublika və beynəlxalq əhəmiyyətli konfranslarda, simpozumllarda və seminarlarda maraqlı məruzələrlə çıxış edirlər.
*