UNEC-də “Strateji Yol Xəritəsi” müzakirə edilib

27 YANVAR 2017 | VIEWS:

1-DSC_0003 (3)UNEC-in Texnologiya və dizayn fakültəsində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

Seminarda “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva iqtisadiyyatın fərmanda öz əksini tapmış bütün istiqamətləri haqqında ümumi məlumat verib. Bildirib ki, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistemli tədbirlər həyata keçirilməlidir. T.Əliyeva sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasında fərmandan irəli gələn əsas prioritet vəzifələri də seminar iştirakçılarının nəzərinə çatdırıb.

Kafedranın dosenti Arzu Hüseynova respublikada İKT-nin inkişafı istiqamətində görülən tədbirlərin perspektivlərindən danışıb. Azərbaycanda ilk telekommunikasiya peykinin orbitə çıxarılması, yüksəksürətli genişzolaqlı şəbəkə xidmətlərindən istifadənin iki dəfədən çox artırılması, ölkənin İKT üzrə gələcək perspektivlərinə görə Dünya Bankının sıralamasında dünya ölkələri arasında ilk onluqda qərarlaşması faktlarını şərh edib.

Kafedranın dosenti, SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər üzrə müəyyən edilən indikatorlar, strateji məqsəd və hədəfləri sadalayıb. Eyni zamanda bu strateji hədəflərə nail olmaq üçün nəzərdə tutulan tədbirlərin icrasının maliyyələşdirilmə mənbələri, qərarların qəbul edilməsinin sürətləndirilməsi, resurslardan səmərəsiz istifadənin və hədəflər arasında yarana biləcək ziddiyyətlərin qarşısının alınmasına imkan verən səmərəli icra prosesinə nail olmaq məqsədilə Strateji Yol Xəritəsinin sektorlar üzrə digər planlara və mövcud büdcələrə tam inteqrasiya olunacağı barədə məlumat verib. 

Müzakirələrdə kafedranın əməkdaşları Ülviyyə Rzayeva və baş müəllim Vəkil İbrahimov İKT sahəsində yarana biləcək problemlərin aradan qaldırılması, insan kapitalının inkişafına təsiri və biznes fəaliyyətindəki əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Seminarın sonunda Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov mühüm sənədin ayrı-ayrı istiqamətlərinin geniş auditoriyalarda müzakirəsinin əhəmiyyətini vurğulayıb. Strateji Yol Xəritəsinin ölkə iqtisadiyyatının inkişafında müsbət rolundan danışıb.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol