Mərkəzin rəhbəri: Əhmədova Esmira Mirməmməd qızı

ÜNVAN: UNEC-in I tədris korpusu (Bakı, İstiqlaliyyət küçəsi 6)
Əlaqə tel: +(994) 12 492-60-45
e-mail: airmerkezi@unec.edu.az

395 2

logo_analitikHAQQIMIZDA:

Analitik İnformasiya Resursları UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 19 mart 2015-ci il tarixli iclasının 136.4 №-li Qərarı və UNEC rektorunun 598/3/2015 №-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 460/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik  Əhmədova Esmira Mirməmməd qızına həvalə edilmişdir.

 

MƏQSƏDİMİZ:

Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmaq, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etmək

*
VƏZİFƏLƏRİMİZ:

  • statistik məlumat bazası üçün göstəricilər sisteminin tərtib olunması;
  • müvafiq informasiya mənbələrindən statistik məlumatların toplanması;
  • məlumatların müvafiq bloklar üzrə sistemləşdirilməsi;
  • mövcud məlumatlar əsasında analitik-statistik təhlillərin həyata keçirilməsi;
  • tədris proqramları və tədqiqatların məzmununa müvafiq olaraq ünvanlı elektron resursların formalaşdırılması;
  • kənar istifadəçilər üçün ödənişli əsaslarla informasiya resurslarının, göstəricilər sisteminin, məlumat bazalarının, təhlillərin və müvafiq informasiya sistemlərinin hazırlanması;
  • hüquqi və fiziki şəxslərə ödənişli əsaslarla statistik xidmətlərin göstərilməsi, təsərrüfat subyektlərinin fəaliyyətinin təhlili, proqnozlaşdırılması, müxtəlif istiqamətlərdə statistik-sosioloji sorğuların təşkili, bazar araşdırmalarının və marketinq təhlillərinin aparılması;
  • müxtəlif məlumat bazalarının hazırlanmasında və analitik təhlillərin aparılmasında ödənişli əsaslarla iştirak etmək;
  • çıxış cədvəlləri, yayım formatları və s. ilə bağlı proqram vasitələri üçün təkliflərin hazırlanması;
  • informasiya bazasının strukturu, analitik təhlillər və s. üçün proqram təminatları üzrə məqsədlərin müəyyələşdirilməsi.

C140EF62-D02F-4D67-94C8-64267C3ADBF4561170B3-8EF4-4ED0-894E-732F982E834F30ABB46F-AFD6-4B79-8BCD-44ACF937439426D57CE3-FC02-4464-BF37-C743E5916B33

KOMANDAMIZ:

TM rəhbəri – Əhmədova Esmira Mirməmməd qızı

Üzvlər:

– Teymurova Vüsalə Eybulla qızı – i.e.n., dosent, UNEC

– Rüstəmov Elnur Şahismayıl oğlu – müəllim, UNEC

*

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:

  1. «Azərbaycanın ali təhsil müəssisələrinin və təhsil proqramlarının reytinqlərinin tərtib edilməsi metodologiyası» texniki tapşırıqı hazırlanması

*

HƏDƏFİMİZ: (Görəcəyimiz işlər)

  1. İşçi qrupların yaradılması;
  2. Könüllü tələbə qruplarının formalaşdırılması;
  3. Bənzər daxili və xarici qurumlar ilə təcrübə əməkdaşlığı və mübadiləsi;
  4. Regional və dünya aparıcı trendlərinin təhlilinin hazırlanması;
  5. İnformasiya texnologiyalarının dəstəyi və s.
  6. əmək bazarı ilə Ali Təhsil müəssiləri arasında monitorinqin aparılması, elmi-tədqiqatı, ixtisas tələblərinin uyğunlaşdırılması.
  7. Ali təhsil sisteminin araşdırılması
  8. İnformasiya və Analitik – informasiya məhsullarının hazırlanması
  9. Yuxarıda göstərilənlərə əsasən unikal məlumat bazası yaradılması

*
UNEC üçün faydalar

  • Praktik əhəmiyyəti – nəzəriyyə və təcrübə arasındakı əlaqə
  • Universitetin ARM mərkəzi vasitəsilə müəssisə və müəssisələrlə ünsiyyəti
  • Universitetin təhsil müəssisəsindən təhsil-tədqiqat müəssisəsinə çevrilməsi
  • Gəlirlərin əldə edilməsi
  • Universitetin reytinqinin yüksəldilməsi
  • Universitetin yalnız təhsil xidmətləri istehsal etməsi kimi deyil, həm də informasiya və analitik məhsulların istehsalçısı kimi təqdim edilməsi.

*
TƏDBİR:

12-14 fevral 2020-ci il tarixlərində Türkiyənin Ankara şəhərində Hacı Bayram Veli Universitetində ekonometrika, statistika və əməliyyat araşdırmaları mövzusunda beynəlxalq simpozium keçirildi. Bu simpoziumda Əhmədova Esmira və Teymurova Vüsalə UNEC Analitik Resurlar Tədqiqat Mərkəzi tərəfindən məruzələrlə çıxış etdilər.

5C71F027-28AB-40BD-A121-4627730686435F380EDF-14C1-45AD-8FF1-059E391D3EC85F701ED5-731E-401D-865C-C1CE4607A59F024B9574-6150-453C-A33A-008798326EA2