AnarRzayev

Beynəlxalq İqtisadiyat Məktəbinin direktoru i.ü.f.d. Anar Yaşar oğlu Rzayev

e-mail: anar.rzayev@unec.edu.az

1973-cü il dekabrın 26-da Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri Nizami rayonu 251 saylı orta məktəbini bitirərək Xəzər Universitetinin «Hüquq və sosial elmlər» fakültəsinə daxil olub. 1994-1995-ci tədris ilində «ACTP» tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatını Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

1996-cı ildə Xəzər Universitetini fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək «Beynəlxalq İqtsiadi münasibətlər» ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasına dissertant kimi təkim edilib və 2013-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.

DSC_0330 1-20161216_101959 kollektiv_5643  IMG_1350IMG_1370iqtisadiyyatIMG_1378

1996-cı ildə Şotlandiyanın «OBC Transport» şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək «DİALOG Freigşt İNTL » ABŞ-Rusiya birgə müəssisəsinin Baş Meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın «Van der Вal Intl. Transport Bakı» Şirkətinin Baş Direktoru vəzifəsində çalışıb. 2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb.

2004-2015-ci ilin yaz semestrdən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin «Xüsusi İstedadlar Qruplarında» saat hesabı qaydada dərs deməyə başlayıb. 2010-2011-ci tədris ilindən 2013-2014-ci tədris ili daxil olmaqla Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında əvəzçiliklə yarım ştat müəllim vəzifəzsində çalışıb.

2014-cü fevral ayında İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müdiri təyin olunub.
2014-cü il oktyabr ayından İqtisad Universitetinin «İngilis dilində tədris mərkəzinin» direktoru vəzifəsinə təyin olunmub.

2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

Azərbaycan, ingilis, rus, fars dillərini bilir.

1-DSC_8786IMG_1352DSC_8282DSC_8242

Parisdə UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi ilə İCD Biznes Məktəbi arasında ikili diploma dair razılıq əldə edilib (24.04.2017)
FED-in qərarı dollar üçün nə vəd edir – MÜSAHİBƏ
 (16.12.2016)
Dünya bazarında neftin qiyməti: UNEC ekspertinin proqnozu – MÜSAHİBƏ
 (14.12.2016)
Элитное бизнес-образование — залог уверенности в себе – MÜSAHİBƏ
 (04.08.2016)
UNEC müəllimi Macarıstan universitetində mühazirə keçib (17.05.2016)

İqtisadçı ekspert: “Dolların devalvasiyası olmayacaq” (31.03.2016)
UNEC eksperti: “Yeni qurum daxili bazarda rəqabəti gücləndirəcək” (05.02.2016)
Azərbaycan şəraitinə uyğunlaşdırılmış “Dünya iqtisadiyyatı”dərsliyi (06.11.2015)
Anar Rzayev: “Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in qərb universitetlərinə açılan qapısıdır”- MÜSAHİBƏ (21.10.2015)
*

İqtisadiyyatın əsas sektorları üzrə yol xəritələri. Anar Rzayev XƏZƏR TV (VİDEO)
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələri. Anar Rzayev LİDER TV (VİDEO)

*

“ACCA ilə əməkdaşlıq UNEC-ə nə vəd edir” Radio UNEC-də müzakirə (14.10.2016)

UNEC-in differensial əmək haqqı sistemi ANS-də müzakirə edilib (05.05.2016)

3083 12