hidayat_IMG_5827-300x236

İctimai Birliyin təsisçisi və sədri Hidayət Kərimov

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
Telefon: +(994) 12 497-58-71
e-mail:   hidayat.karimov@unec.edu.az

logo_genc7153

*

itefy-ib.org

1-DSC_6573IMG_2661DSC_0445 _DSC0436_DSC0401_DSC0428

“Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi tələbələrin müzakirəsində (18.01.2017)
“Gənc Bankir Məktəbi” yenidən UNEC-də
 (18.11.2016)
SUES-in Azərbaycan Dövlət Aqrar Universitetində filialı təsis edilib
 (08.11.2016)
UNEC-də “Gənc Bankir Məktəbi-2” layihəsinə start verilir
 (27.10.2016)
“İqtisadçı Expert”in qalibi bəlli oldu
 (24.05.2016)
“UNEC Liga”nın qalibləri bəlli olub (11.05.2016)
UNEC-də elmi seminar: “İqtisadi inkişaf və ali təhsildən gözləntilər” (02.05.2016)
Memorandum imzalanma mərasimi (22.04.2016)
UNEC-də “Beyin həftəsi” keçirildi (18.03.2016)
“Dostluq Kuboku”nun qalibi bəlli oldu
 (14.03.2016)
“Dostluq Kuboku”nun seçim turu keçirilib (07.03.2016)
Tələbələr memorandum imzalayıb
 (04.03.2016)
UNEC-də “Lingo Gladius” layihəsinin seçim turu keçirilib (02.03.2016)
UNEC-lə ADA universitetinin tələbələri əməkdaşlıq edəcək
 (22.02.2016)
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi qeydiyyatdan keçib
 (11.02.2016)
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin saytı yaradılıb
 (09.02.2016)
Qiyabi tələbələr ilk dəfə olaraq “Nə? Harada? Nə zaman?”da yarışdılar
 (28.01.2016)

UNEC “Gənc Bankirlər”ini seçib
 (29.12.2015)
“HR School” layihəsi  (25.12.2015)
Kimsəsizlər evini ziyarət (22.12.2015)
Gömrük Akademiyasının tələbələri ilə görüş (16.12.2015)
“Ağac Əkən Adamlar” layihəsi (14.11.2015)
“Financial Instruments” layihəsi  (30.10.2015)
“UNEC I Tələbə İdman Oyunları” Azərbaycan universitetlərinin tarixində bir ilkdir – MÜSAHİBƏ (19.10.2015)
I UNEC Sinxron İntellektual Çempionatı-Final  (13.10.2015)

IMG_4726 IMG_4725 IMG_4722 IMG_4648 IMG_4596 IMG_4611

3412 3

“İqtisadçi Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İCTİMAİ BİRLİYİ haqqında

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi 18 sentyabr 2015-ci il UNEC-in Elmi Şurasının qərarı ilə yaradılmış, 28 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Birlik “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  Nizamnaməsində müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirini üzvlər arasında bölməyən, daimi əsaslarla fəaliyyət göstərən  ictimai birlikdir.

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

Birliyin  əsas  məqsədi  iqtisadçı  tələbələrin biliklərinin artırılmasına və onların elmi araşdırmalarına kömək etməkdən ibarətdir.

Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • elmin və təhsilin inkişafı, gənclər siyasəti sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
  • tələbələr arasında əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək;
  • iqtisadçı tələbələr arasında yaradıcılığın inkişafına yardım etmək.

Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

  • elmi araşdırmalar aparır, müxtəlif kuslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
  • ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.

Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

 

Telefon: 497-58-71
İnternet səhifəsi: itefy-ib.org

“İqtisadçı Tələbələrin Elmi fəaliyyətinə Yardım” İctimai Birliyinin Strukturu:

  • Birliyin sədri-həmtəsisçi
  • Birliyin baş katibi-həmtəsisçi
  • Birliyin baş katibinin müavini-həmtəsisçi
  • Birliyin sədrinin müşaviri
  • Birliyin sədrinin müavinləri
  • Nəzarət – Təftiş Kommisiyası
  • Birliyin Beynəlxalq Əlaqələrlə iş üzrə katibi
  • Birliyin Təhsil müəsisələri və QHT-lərlə iş üzrə katibi
  • Birliyin mətbuat katibi
  • Birliyin mərkəz və departamentlərinin rəhbərləri
  • Birliyin fakültələr üzrə koordinatorları
*

İctimai Birliyin nəznində aşağıdakı mərkəz və departamentlər fəaliyyət göstərir:

Mərkəzlər:

1) Elmi-tədqiqat mərkəzi
2) İntellektual Oyunlar mərkəzi
3) İnformasiya Texnologiyaları mərkəzi
4) Təlim mərkəzi
5) Xarici Dillər mərkəzi
6) Karyera Mərkəzi

 

Departamentlər:

1) Layihələr departamenti
2) İctimaiyyətlə Əlaqələr departamenti
3) İnsan Resursları departamenti