Mərkəzin rəhbəri: Nərgiz Üzeyir qızı HacıyevaÜnvan: İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu |
Xanım tədqiqatçılar şurası Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157№-li Qərarı və UNEC rektorunun 219/3/2018-li əmrinə əsasən yaranmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Xanım Tədqiqatçılar Şurası ictimai elmlər, o cümlədən siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elmi və təhsil layihələri üzrə kampus daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir.
Xanım Tədqiqatçılar Şurasının əsas məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları və alimləri bir araya gətirərək elmə akademik töhfələr verməkdir.
XTŞ sosial elmlər sahəsində konfranslar/simpoziumlar, seminarlar və tədqiqat seminarlarına ev sahibliyi etmək üçün qadın tədqiqatçılar, siyasət ekspertləri və peşəkarlarla intellektual əlaqəni təşviq edir.
UNEC Xanım Tədqiqatçılar Şurası kampusda və ondan kənarda qadın alimlərə və tədqiqatçılara müxtəlif beynəlxalq proqramlar, seminarlar, konfranslar və tədqiqat təqaüdləri üçün müraciət etməkdə kömək etmək üçün çalışır. Bundan əlavə, o, qadın tədqiqatçıların və alimlərin tədqiqat maraq sahələrinə aid materialları UNEC icmasına təqdim edir. Xanım Tədqiqatçılar Şurası qadınların yaratdığı akademik təşəbbüslərə və layihələrə böyük diqqət yetirməklə qadın mərkəzli tədqiqat fəaliyyətlərini dəstəkləyir.
*
Biz tədqiqat şəbəkəmizə qoşulmaq üçün müxtəlif ölkələrdən sosial elmlər üzrə qadın alimlər və tədqiqatçıların müraciətlərini alqışlayır və yüksək qiymətləndiririk.
Əgər siz UNEC Xanım Tədqiqatçılar Şurasına tədqiqatçı kimi üzv olmaq istəyirsinizsə, UNEC XTŞ-ın üzvü olmaqda maraqlı olduğunuzu bildirərək, öz CV-nizi və tədqiqata marağınız barədə niyyət məktubunu [email protected] ünvanına göndərməyinizi xahiş edirik.
XTŞ icmasına siz də qoşulun və elmə birgə faydalı töfhələr verək! XTŞ “qadınlar elmdə” sloqanı ilə fəaliyyət göstərir və qadınların elmi fəaliyyətinə və elmdə qadınların səlahiyyətlərinin artırılmasına dəstək göstərməyə hazırdır.
Üzvlük şərtləri haqqında ətraflı öyrənmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.