Mərkəzin rəhbəri:

Ünvan: UNEC-in I tədris korpusu
Əlaqə tel: +(994) 012 492-00-03, 055-314-40-35
e-mail: 

26 1

enerji0111

HAQQIMIZDA:

Enerji İqtisadiyyatı Mərkəzi - EİM Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 6 Dekabr 2018-ci il tarixli iclasının EŞ-162 №-li Qərarı və UNEC rektorunun 21 dekabr 2018-ci il tarixli 1124/3/2018 №-li əmrinə əsasən yaradılmışdır.

UNEC rektorunun 29 may 2019-cu il tarixli 365/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik iqtisad elmləri doktoru, professor Hacızadə Elşən Mahmud oğluna həvalə edilmişdir.

 

MƏQSƏDİMİZ:

Enerji sektorunun aktual problemlərinin həlli istiqamətində araşdırmalar aparmaq, enerji resurslarından səmərəli istifadə əsasında innovativ texnologiyaların tətbiqi üzrə elmi işləmələr yerinə yetirmək, UNEC-in professor-müəllim heyətinin və tələbələrinin müvafiq istiqamətdəki fəaliyyətlərində dəstək olmaq, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlar ilə əlaqələrini inkişaf etdirmək, ekspert və konsaltinq xidmətlərini göstərmək, milli enerji təhlükəsizliyinin möhkəmləndirməsi və enerji effektivliyinin artırılması üzrə layihələr, inkişaf senariləri hazırlamaq və təkliflər vermək.

 

VƏZİFƏLƏRİMİZ:

  • enerji iqtisadiyyatı sahəsində fundamental və tətbiqi elmi işləmələr yerinə yetirmək, layihələr hazırlamaq və onların nəticələrini təşviq etmək, müvafiq istiqamətdə qarşıya çıxan problemlərin həlli üzrə təkliflər vermək, ekspert qiymətləndirmələri aparmaq və konsaltinq xidmətləri göstərmək;
  • beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlim və treninqlər təşkil etmək;
  • müxtəlif dillərdə jurnallar, kitablar, məqalələr, bülletenlər, hesabatlar, tədqiqat sənədləri hazırlamaq və nəşr etdirmək;
  • ölkə daxilində və xaricində tədqiqat mərkəzləri, universitetlər, institutlarla, habelə özəl sektor təmsilçiləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək;
  • UNEC-in inkişaf konsepsiyasının həyata keçirilməsinə, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlarla əlaqələriniə dəstək olmaq.

KOMANDAMIZ:

____________________

____________________

____________________

 

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:

1.“Enerji effektivliyi” adlı elmi jurnal hazırlamaq və nəşr etdirmək;

2.İqtisadiyyat sahəsində Nobel mükafatının təsis edilməsinin 50 illiyinə həsr edilmiş monoqrafiya hazırlamaq və nəşr etdirmək;

3.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı magistrantlar arasında “Enerji iqtidasiyyatının aktual problemləri” adlı referat müsabiqəsi keçirmək.

 

HƏDƏFİMİZ (Görəcəyimiz işlər):

1.İqtisadiyyat və energetika sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar yerinə yetirmək, onların nəticələrini təşviq və tətbiq etmək;

2.Enerji effektivliyinin artırılması istiqamətində yeni innovativ texnologiyaların konsepsiyasının hazırlanması, habelə müvafiq sahədə ekspert qiymətləndirməsi və konsaltinq xidmətlərinin göstərilməsi üzrə əsas mərkəzlərdən birinə çevrilmək;

3.Enerji sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsində, onun institusional sisteminin genişləndirilməsində fəal iştirakçılar və təşəbbüsçülər sırasında mövqe tutmaq;

4.Həyata keçirilən sənayeləşmə və enerji siyasətinin səmərəli reallaşmasına, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçidlə, enerji auditi, enerji effektivliyi xidmətlərinin göstərilməsi, enerji menecerlərinin hazırlanmasında və strateji yol xəritələrində müəyyən olunmuş müvafiq hədəflərə yetişmədə davamlı elmi dəstəyi təmin etmək;

5.UNEC-in inkişaf konsepsiyasının həyata keçirilməsində mərkəzin töhfələrini artırmaq;

6.Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə fəal əməkdaşlıq qurmaq;

7.Beynəlxalq sferada universitet elmi mərkəzləri sırasında öncül mövqelərə çıxmaq.