Mərkəzin rəhbəri: prof. Elşən Mahmud oğlu Hacızadə

Ünvan: UNEC-in I tədris korpusu
Əlaqə tel: +(994) 12-492-57-31
e-mail: [email protected]

logo

HAQQIMIZDA:

Enerji İqtisadiyyatı Mərkəzi – EİM Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 6 Dekabr 2018-ci il tarixli iclasının EŞ-162 №-li Qərarı və UNEC Rektorunun 21 dekabr 2018-ci il tarixli 1124/3/2018 №-li əmrinə əsasən yaradılmışdır.

UNEC Rektorunun 29 may 2019-cu il tarixli 365/3/2019 №-li əmrinə əsasən Mərkəzə ictimai əsaslarla rəhbərlik iqtisad elmləri doktoru, professor Hacızadə Elşən Mahmud oğluna həvalə edilmişdir.

 

MƏQSƏDİMİZ:

Enerji sektorunun aktual problemlərinin həlli istiqamətində araşdırmalar aparmaq, enerji resurslarından səmərəli istifadə əsasında innovativ texnologiyaların tətbiqi üzrə elmi işləmələr yerinə yetirmək, UNEC-in professor-müəllim heyətinin və tələbələrinin müvafiq istiqamətdəki fəaliyyətlərində dəstək olmaq, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlar ilə əlaqələrini inkişaf etdirmək, ekspert və konsaltinq xidmətlərini göstərmək, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji effektivliyinin artırılması üzrə layihələr, inkişaf ssenariləri hazırlamaq və təkliflər vermək.

 

VƏZİFƏLƏRİMİZ:

  • enerji iqtisadiyyatı sahəsində fundamental və tətbiqi elmi işləmələr yerinə yetirmək, layihələr hazırlamaq və onların nəticələrini təşviq etmək, müvafiq istiqamətdə qarşıya çıxan problemlərin həlli üzrə təkliflər vermək, ekspert qiymətləndirmələri aparmaq və konsaltinq xidmətləri göstərmək;
  • beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlim və treninqlər təşkil etmək;
  • müxtəlif dillərdə jurnallar, kitablar, məqalələr, bülletenlər, hesabatlar, tədqiqat sənədləri hazırlamaq və nəşr etdirmək;
  • ölkə daxilində və xaricində tədqiqat mərkəzləri, universitetlər, institutlarla, habelə özəl sektor təmsilçiləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək;
  • UNEC-in inkişaf konsepsiyasının həyata keçirilməsinə, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlarla əlaqələrinə dəstək olmaq.

 

ÜZVLƏR:

Tədqiqatçı – Cəfərov Tahir Dəmir oğlu Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri professoru;

Tədqiqatçı – magistr Sultanov Samir Əzim oğlu Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsi, Sektor müdiri;

Tədqiqatçı – biznesin idarə olunması üzrə fəlsəfə doktoru İsazadə Namik Ağaheydər oğlu, Azərbaycan-Fransız Universiteti, texniki mühəndis;

– Tədqiqatçı – fəlsəfə doktoru, iqtisadiyyat üzrə dosent Debasmita Basak, Birləşmiş Krallıq Nottingham Universiteti Sənaye İqtisadiyyatı Departamentinin baş müəllimi;

– Tədqiqatçı – dos. George İke – Girne Amerika Universitetinin İqtisadiyyat fakültəsinin dosenti; Nigeriya vətəndaşı (Kipr, Girnə);

– Tədqiqatçı – dos. Bülent Yanıktepe – TC Osmaniye Korkut Ata Üniversitetinin dosenti (Osmaniye/Türkiyə).

HƏDƏFİMİZ (Görəcəyimiz işlər):

1.İqtisadiyyat və energetika sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar yerinə yetirmək, onların nəticələrini təşviq və tətbiq etmək;

2.Enerji effektivliyinin artırılması istiqamətində yeni innovativ texnologiyaların konsepsiyasının hazırlanması, habelə müvafiq sahədə ekspert qiymətləndirməsi və konsaltinq xidmətlərinin göstərilməsi üzrə əsas mərkəzlərdən birinə çevrilmək;

3.Enerji sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsində, onun institusional sisteminin genişləndirilməsində fəal iştirakçılar və təşəbbüsçülər sırasında mövqe tutmaq;

4.Həyata keçirilən sənayeləşmə və enerji siyasətinin səmərəli reallaşmasına, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçidlə, enerji auditi, enerji effektivliyi xidmətlərinin göstərilməsi, enerji menecerlərinin hazırlanmasında və strateji yol xəritələrində müəyyən olunmuş müvafiq hədəflərə yetişmədə davamlı elmi dəstəyi təmin etmək;

5.UNEC-in inkişaf konsepsiyasının həyata keçirilməsində Mərkəzin töhfələrini artırmaq;

6.Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə fəal əməkdaşlıq qurmaq;

7.Beynəlxalq sferada universitetin elmi mərkəzləri sırasında öncül mövqelərə çıxmaq;

8.“ENECO” (Enerji iqtisadiyyatı) jurnalının yüksək bibliometrik göstəricilərdə sitatlılıq səviyyəsini əks etdirən kvartil reytinqini artırmaq və onun dünyanın ən nüfuzlu elmi nəşrlər kateqoriyasında yer almasına nail olmaq.

 

ÜNVANIMIZ: AZ1001 Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6.

ƏLAQƏ TELEFONLARI: + 994-12492-00-03, + 994-55-314-40-35

*image888image_mebb

JURNALLAR

№6 ENECO
№5 ENECO
№4 ENECO

№3 ENECO
№2 ENECO
№1 ENECO

TƏDBİRLƏR

UNEC-də “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda III beynəlxalq elmi-praktik konfrans

zoom – videolink (Passcode: &z.Re56U)
 

UNEC-də “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilib (15.03.2022)

UNEC-də “Enerji təhlükəsizliyi və enerji səmərəliliyi” mövzusunda I Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib (24.06.2021)

Energy Security-2021-21.05.2021-Eng – Konfrans

“Elektroenergetika sektorunda islahatlar və milli enerji təhlükəsizliyinin davamlı təminatı strategiyası” (11.06.2020)

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol