Kafedra müdiri əvəzi: f.e.d., prof. Zahid Məmmədov İsmayıl oğlu

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
Telefon: +(994) 12 492-59-25
e-mail: zahid.mammadov@unec.edu.az


DSC_9166humanitarок*

UNEC-də elmi seminar: Tolerantlığın Azərbaycan modeli (16.11.2016)
UNEC müəllimi Akdeniz Universitetində Azərbaycan tarixindən danışıb

4436 5

Kafedra haqqında

UNEC-in Elmi Şurasının 18.09.2015-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedralarının bazasında 13.07.2016-cı il tarixdən “Humanitar fənlər” kafedrası yaradılmışdır.

«Politologiya» kafedrası «Elmi kommunizm» adı altında 1971-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən sonra müasir dövrün tələblərinə uyğun olaraq «Polito­logiya və sosiologiya» kafedrası adlandırılmışdır. 1995-1999-cu illər­də «Hüquq» kafedrası «Politologiya» kafedrası ilə birləşmiş və o, «Politologiya və hüquq» kafedrası kimi fəaliyyətdə olmuşdur. Sonra­dan hüquq ixtisası «İqti­sa­diyyatın dövlət tənzimlənməsi» kafedrası ilə birləşdiyindən «Polito­logiya və sosiologiya» ayrıca kafedraya çevrilmişdir.

Kafedraya 1971-1981-ci illərdə prof. Z.İ.Məmmədov, 1981-1986-ci illərdə prof. V.Paşayev, 1986-1993-cü illərdə prof. Z.İ.Məmmədov, 1993-1995-ci illərdə O.Əfəndiyev rəhbərlik etmişlər. 1996-cı ildən kafedraya prof. Z.İ.Məmmədov rəhbərlik edir.

Kafedra müəllimləri son illərdə 200-dən çox elmi məqalə dərc etmişlər. Onlar politologiya və sosiologiya fənlərinin təd­risində qabaqcıl üsul və metodlardan istifadə edirlər.

“Fəlsəfə” kafedrası 1966-cı ildə yaradılmışdır.

1966-1976-cı illərdə kafedraya fəl­səfə elmləri doktoru, professor Cəmil Əhmədli, 1976-2008-ci illərdə kafedraya fəl­səfə elmləri doktoru, professor Maqsud Cəlilov rəhbərlik etmişlər. 2007-ci ildən kafedraya professor Zakir Məmmədəliyev rəhbərlik edir.

Kafedra təşkil olunandan bu günədək burada müasir fəlsəfə elminin ən müxtəlif istiqamətləri-dialektik materializm və idrak nə­zəriyyəsi, fəlsəfə tarixi, sosial fəlsəfə, məntiq-psixologiya, etika, este­tika, mədəniyyətşünaslıq və dinşünaslıq istiqamətləri və s. üzrə geniş elmi-tədqiqatlar aparılmış, çoxlu sayda əsərlər nəşr edilmişdir. Həmin əsərlərdən prof. C.Əhmədlinin «Qanun kateqoriyasının ma­hiy­yətinə dair», «Dialektikanın qanun kateqoriyası», «ETİ və sosial inkişaf», prof. V.Paşayevin «İctimai qanunlar, onlardan istifadə edil­məsi», «Sosial idrakın xüsusiyyətləri», prof. M.Cəlilovun «Fəl­sə­fənin əsasları», «ETİ və şəxsiyyətin dünyagörüşü», «Məişət, ənənə və din», «Azərbaycan fəlsəfəsi», dos. O.Əfəndiyevin «Aşıq poeziyasında es­te­tik ideal», dos. D.Alməmmədovun «Sənin mənəvi gözəlliyin» və s. xüsusilə qeyd etmək olar.

Kafedrada hazırlanmış dərslik, dərs vəsaitləri, metodik işlər və proqramlardan respublikamızın bütün ali məktəblərində geniş isti­fadə olunur. Bunlardan prof. M.Cəlilovun «Fəlsəfənin əsasları» və «Din­şünaslığıın əsasları» dərsliklərini, prof. V.Paşayevin «Fəlsəfə» və «Mədə­niyyət fəlsəfəsi» adlı dərs vəsaitlərini və s. xüsusilə qeyd etmək olar.

Kafedra müəllimləri son illərdə 200-dən çox elmi məqalə dərc etmişlər.

«Azərbaycan tarixi» kafedrası 1989-cu ilin oktyabr ayında, institut Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialı olan vaxt yara­dılmışdır. 1989-1992-ci illərdə kafedra «Azərbaycan tarixi və xalq təsərrüfatı tarixi» adlanmış, 1992-ci ildən indiyədək isə «Azər­baycan tarixi» adı ilə fəaliyyətdədir.

1966-cı ildən fəaliyyət göstərmiş, t.e.n., dosent Qaçay Nəzər oğlu Heydərovun (1920-1990) rəhbərlik etdyi «İqtisadi tarix» kafedrasında 60-cı illərin sonu, 70-ci illərin əvvəl­lərində «Azərbaycan tarixi» kursu da keçirilmişdir. 1980-ci illərin birinci yarı­sında «İqtisadi tarix» kafedrasına i.e.d., professor Ə.Dilb­a­zov başçılıq etmişdir.

Kafedrada 2006-cı ilə qədər iki fənn – Azərbaycan tarixi və İqtisadi tarix kursları tədris olunurdu. Hər iki fənn universitetin bütün ixtisaslarında keçilirdi. Həm Azərbaycan tarixi, həm də İqtisadi tarix kursları üzrə proqram, dərslik, dərs vəsaiti, metodik göstərişlər nəşr olunmuşdur.

Kafedrada tədrisin keyfiyyətinin yaxşılaşdırılması, onun günün tələbləri səviyyəsinə qaldırılması məqsədilə çoxlu sayda  dərslik, dərs və metodik vəsaitlər yazılmış və nəşr edilmişdir. Kafedrada dos. N.Süleymanovun «İqtisadi tarix» və «Azərbaycanın iqtisadi tarixi» adlı dərs vəsaitləri, prof. Ə.Dilba­zovun, prof. H.Cəfərovun, dosentlər V.Hə­sə­no­vun, M.Paşayevanın, R.Axundovun, O.Salmanovanın yazdıqları metodik vəsait­lər, gös­tə­riş və proqramlar tələbələrin tədris vəsaitləri ilə tam təmin olunma­sına imkan vermişdir.

“Azərbaycan istehsal təsərrüfatı və dövlətçiliyin inkişafı tarixinin problemləri» mövzusunda çoxsaylı elmi-tədqiqat işləri aparılır. Kafedra əməkdaşları Azərbaycan tarixinin müxtəlif sahələrinin tədqi­qində universitetin profilinə uyğun olaraq iqtisadyönümlü problemlərin işıq­landırılmasına üstünlük verirlər. Buraya tarixi aspektdən istehsal təsərrüfatının forma­laşması, mülkiyyət formaları, vergi sistemi, maliyyə, büdcə məsələləri, mə­dəni-iqtisadi əlaqələr, ilkin pul vahidlərinin tətbiqi, pul dövriyyəsi və s. kimi aktual problemlər daxildir. Tədqiqatların nəti­cələri respublika və xarici nəşriyyatlarda işıqlandırılıb, respub­lika, regional və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda məruzələr edilib.

*

Tədris olunan əsas fənlər:

Politologiya, Sosiologiya, Fəlsəfə, Mədəniyyətşünaslıq, Məntiq, Ali məktəb pedaqogikası, Ali məktəb psixologiyası, İqtisadiyyat fəlsəfəsi.

Əsas nəşrlər:

“Politologiya” – dərs vəsaiti, “İqtisadiyyat Universiteti” nəşriyyatı, 2004.
“Sosiologiya” – dərslik. “İqtisadiyyat Universiteti” nəşriyyatı, 2004.
“Politologiya” (qiyabi təhsil alan tələbələr üçün dərs vəsaiti),
Bakı, “İqtisadiyyat” nəşriyyatı, 2006
“Demokratik cəmiyyət şəraitində şəxsiyyət və siyasət”, Bakı, “Nurlan”-2000.

*
Professor-müəllim heyəti:

  1. fəl.e.d., professor Məmmədov Zahid İsmayıl (kafedra müdiri)
  2. tar.e.d., prof. Cəfərov Hidayət Fərrux
  3. fəl.e.d., prof. Məmmədəliyev Zakir Qurban
  4. tar.e.d., prof. Seyidov Abbas Qadir
  5. tar.e.d., prof. Paşayeva Məhəbbət Tofiq
  6. tar.e.d., prof. Həsənov Vəkil Səfiyar
  7. tar.e.d., prof. Süleymanov Nizami Məmməd
  8. tar.e.n., dosent Fərzəliyev Yusif Bahadur
  9. tar.e.n., dosent Axundov Rafiq Sabir
  10. fəl.e.n., dos. Səmədov Rauf Nabil
  11. psix.e.n., dos. Əliyeva Validə Rəcəb
  12. tar.e.n., dosent Salmanova-İsmayılova Ofeliya Fərhad (0.5 şt.)
  13. fəl.e.n., dos. Hümmətova Lətafət Ələsgər
  14. fəl.e.n., dos. Məmmədova Afaq Sultan
  15. fəl.f.d., dos. Mustafayeva Hümeyrə Teymur
  16. fəl.f.d., dos. Piriyeva Günay Rza
  17. sos.f.d., dos. Niftaliyev Telman Əlimusa
  18. fəl.e.n., b/m. Məmmədova Nazilə Mürsəl
  19. tar.e.n., b/m. Həmidova Leyli Əli
  20. tar.e.n., b/m. Abbaslı Xədicə İsmayıl
  21. sos.f.d., b/m. Əhmədov Bədəl Əsədulla (0.5 şt.)
  22. fəl.f.d.,b/m. Əliyeva Gülbahar Rəhman (0.5 şt.)
  23. b/m. Sultanova Gülnarə İmran
  24. b/m. Babayev İbrahim Məmməd
  25. b/m. Paşazadə Ənvər Mənsur (0.5 şt.)
  26. fəls.f.d., müəl. Nəzirzadə Leyla Nəzir
  27. müəl. Həsənova Cəmilə Vaqif
  28. müəl. Musayeva Zəkiyyə Surxay
  29. müəl. Behbudova Aygün Vəliş (0.5 şt.)
  30. müəl. Əliyeva Günay Qüdrət (0.5 şt.)
  31. müəl. Mirzəbəyova Şəhla Saməddin (0.5 şt.)

*
Məsləhətçilər:

  1. fəl.e.d. Əfəndiyev Osman Nəsrəddin (məsləhətçi-professor)
  2. fəl.e.n. Məmmədov Ağaəli Ağaqulu  (məsləhətçi-dosent)
  3. fəl.e.n. Əhmədov Camal Əmirxan  (məsləhətçi-dosent)
  4. fəl.e.n. Əhmədova Aliyə Yusif  (məsləhətçi-dosent, e/a-sız)

Məsləhətçi- ictimai əsaslarla

tar.e.n., dosent Paşayev Məmmədəli İsmayıl (UNEC-in fəxri prof.)

 

 

*
KAFEDRA ÜZRƏ MÜHAZİRƏ MƏTNLƏRİ