UNEC-in Zaqatala filialı barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
*
Direktor: i.f.d., dos. Raqif Qasımov e-mail: [email protected] |
Tədris və elm işlər üzrə direktor müavini: dos. Qədimova Həqiqət Kərim qızı e-mail: [email protected] |
İnzibati və təşkilati məsələlər üzrə direktor müavini: dos. Xəyyam Cavadzadə * e-mail: [email protected] telefon: +994 50 255 31 30 |
Katib: Nazlı Bayramova [email protected] |
e-mail: [email protected]
……….[email protected]
telefon: +994 24 22 5 21 57
“İqtisadiyyat və idarəetmə” bölməsi: b.m. Pərvanə İsmayılova
e-mail: [email protected]
telefon: +994 55 598 39 69
“Texniki və texnoloji” bölməsi: dos.Səfər Raziyev
e-mail: [email protected]
telefon: +994 55 627 83 99
Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdıır.
2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub.
Filialda 2016/2019-cu illərdə 1 fakültə, 1 kafedra və 2020/2023-cü illərdə Zaqatala İqtisadiyyat Məktəbi fəaliyyət göstərmişdir.
Zaqatala İqtisadiyyat Məktəbinin rəhbəri Babək Alıyev olmuşdur.
2019/2023-ci illərdə ZİM tərkibində Zaqatala İqtisadiyyat Məktəbinin Katibi, İqtisadiyyat və İdarəetmə kafedrası olmuşdur.
1 mart 2024-cü il tarixində 03/16 əmrə əsasən Zaqatala İqtisad Məktəbi ləğv edildi, UNEC Zaqatala filialının idarə edilməsində səmərəliliyin artırılması məqsədilə yeni ştat cədvəlinə uyğun olaraq struktur dəyişikliyi olmuşdur. Struktur uyğun olaraq “İqtisadiyyat və menecment” departamenti, Katiblik, Maliyyə və təminat şöbəsi, Təsərrüfat şöbəsi yaradılmışdır. Filialda “İqtisadiyyat və idarəetmə”, ”Texniki və texnoloji” bölmələrdən ibarət “İqtisadiyyat və menecment” departamenti fəaliyyət göstərir.
“İqtisadiyyat və idarəetmə” bölməsinin rəhbəri baş müəllim İsmayılova Pərvanə Məhəmməd qızı, “Texniki və texnoloji” bölmənin rəhbəri dosent Raziyev Səfər Əmin oğludur.
Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasiyalarının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.
Filialda əyani təhsil formasında aşağıdakı ixtisaslar üzrə ali təhsilli peşəkar iqtisadçı mütəxəssislərın hazırlanması həyata keçirilir. Verilmiş ixtisaslar üzrə təhsil haqları və keçid balları müvafiq olaraq göstərilmişdir.
İqtisadiyyat – 1400 AZN; 200 keçid bal
Maliyyə – 1450 AZN; 200 keçid bal
Menecment – 1400 AZN; 200 keçid bal
Marketinq – 1400 AZN; 150 keçid bal
Biznesin idarə edilməsi – 1400 AZN; 150 keçid bal
Mühasibat – 1400 AZN; 200 keçid bal
Turizm işinin təşkili – 1400 AZN; 150 keçid bal
İnformasiya texnologiyaları – 1400 AZN; 250 keçid bal
Dövlət və bələdiyyə idarəetməsi – 1400 AZN; 200 keçid bal
*
Filialda tədrisin təşkili
UNEC-in Zaqatala filialında 9 ixtisas üzrə tədris prosesinin təşkili Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Bakalavriat Səviyyəsinin İxtisas üzrə Təhsil Proqramı”na uyğun hazırlanmış və UNEC Elmi Şurası tərəfindən təsdiq edilmiş Tədris Planları əsasında həyata keçirilir.
UNEC-in Zaqatala filialında tədris olunan ixtisaslar üzrə təhsil proqramı və tədris planları verilmişdir:
*
Universitetimizin bakalavr səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Qəbul qaydaları hər il Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent” jurnalının müvafiq saylarında yerləşdirilir.
24 dekabr 2013-cü il tarixli № 348 sayılı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.
Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir.
UNEC-də olduğu kimi filialda da yeni təhsil proqramları üzrə təhsil alan tələbələrə 4 günlük iş rejimi nəzərdə tutulmuşdur ki, bu da təhsilalanların əlavə olaraq dərsdənkənar məşğələlərə vaxt ayırmasına imkan yaradır.
İqtisadiyyat və menecment departamentinin “İqtisadiyyat və idarəetmə” bölməsində olan Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Fəlsəfə, Azərbaycan tarixi fənlərinin tədrisi onlayn aparılır.
Online dərslərdə isə EDUMAN sisteminin tərkibində elektron jurnal bölməsi Zoom platforması ilə inteqrasiya edilmiş və tələbələrin dərsə qoşulma davamiyyəti avtomatik sistem tərəfindən qeydə alınır, qiymətləndirməni isə müəllim kabinetində mövcud olan distant jurnal vasitəsi ilə həyata keçirir. Əlavə olaraq, 2023-cü tədris ilindən “UNEC-in Zaqatala filialının tədris binasına giriş-çıxışı təmin edən turniket” modulu istifadəyə verilmişdir.
UNEC Elektron Universitet Modeli (EDUMAN)
UNEC Elektron Universitet Modeli (EDUMAN) kredit sisteminin effektiv şəkildə tətbiq edilməsi üçün qurulmuş elektron platformadır. Bu platforma vasitəsi ilə UNEC-in və UNEC Zaqatala filialının tələbələri www.kabinet.unec.edu.az keçidinə daxil olmaqla aşağıdakı məlumatları əldə edə bilərlər:
Tələbə EDUMAN sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrəsini fakültə tyutorlarından əldə edə bilər.
“Bir Pəncərə” xidməti
Layihənin məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərini ən qısa müddətdə əldə edə bilməsidir.
“Bir Pəncərə” sistemi vasitəsilə tələbə, ona lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir.
Bir pəncərə xidməti tələbələrə akademik transkript, təhsil almaq, təhsil haqqı, hərbi xidmətlə bağlı arayış, məzun arayışı, eləcə də qiyabi təhsil alanlar üçün arayış və təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş surəti verilir.
Hazırlanmış sənəd imza və möhürlə təsdiq olunaraq, QR kodla PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.
Sənədlər tələbənin istəyindən asılı olaraq, azərbaycan və ingilis dillərində verilir.
İngilis dilində arayışlar 2022/2023-cü tədris ilindən verilməyə başlanılıb. Bu yenilik tələbələri sənədlərin ingilis dilinə tərcümə və təsdiqi üçün notarius xərclərindən azad edir.
Elektron Apellyasiya
Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər. Bunun üçün “erize.asue.edu.az” saytına daxil olmaq kifayətdir. Sistem imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə, həmçinin tələbənin vaxtına qənaəti təmin edir.
*
UNEC-100 İnkişaf Strategiyası əsasında hazırlanmış Strateji Fəaliyyət Planı
UNEC Zaqatala filialının Keyfiyyət Təminatı Siyasəti
UNEC Zaqatala filialının Beynəlmiləlləşmə Siyasəti
*
Filialda əyani və qiyabi təhsilalma forması üzrə 1492 tələbə təhsil alır.
UNEC Zaqatala filialında 48 nəfər professor-müəllim, 58 nəfər inzibati, tədris-köməkçi və xidmətedici heyət fəaliyyət göstərir.
*
Fakültənin e-mail ünvanı: [email protected]
2023/2024-cü tədris ilinin Yaz semestrinin Yekun imtahan cədvəli
*
XƏBƏRLƏR
UNEC-in Zaqatala filialında “Yaşıl inkşaf” mövzusunda seminar keçirilib
UNEC Zaqatala filialının tanıtımı məqsədilə görülən işlər
UNEC Zaqatala filialında 2023/2024-cü il üçün yayımlanmış elmi və tədris metodiki işlər
*
Telefon: +(994) 24-22-5-21-57
E-mail: [email protected]; [email protected]
Ünvan: Zaqatala şəhəri, Əhməd Rəcəbli küçəsi, 4.