**

Departamentin direktoru Şərifov Rasim Arif oğlu

.              Əlaqə tel: +(994) 12 497-58-63

.                                  +(994) 12 437-10-84

Bölmələr:

İctimaiyyətlə Əlaqələr şöbəsi
Yaradıcılıq Mərkəzi
Rəqəmsal Media bölməsi 
Daxili Media bölməsi
Təşkilati məsələlər üzrə texniki xidmət bölməsi

DSC_4816DSC_9878DSC_8597

Modern.az saytının əməkdaşı imtahanların gedişini izləyib (19.01.2017)
UNEC-in “Qərargah”ı Lent.az-ın əməkdaşına həvalə edilib (17.01.2017)
CBC televiziyasının əməkdaşı imtahanların gedişini izləyib (16.01.2017)
“AtaHolding”in şöbə rəisi imtahanların gedişini izləyib (12.01.2017)
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşları imtahanlara nəzarət etdilər (12.01.2017)
“Qaynar Xətt” Sputnik BİA-nın əməkdaşına həvalə edilib (10.01.2017)
Baş redaktor tələbələrin müraciətlərini dinlədi (06.01.2017)
Tələbələrin suallarını jurnalist cavablandırdı (29.12.2016)
UNEC tələbələri ön cəbhədə əsgərlərlə birgə
 (08.11.2016)
Videoçarx: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” (18.10.2016)
UNEC X Beynəlxalq Təhsil sərgisində təmsil olunub
 (07.10.2016)
UNEC-də “Oriyentasiya Günü” keçirilib (14.09.2016)
UNEC-də “Məzun Günü” keçirilib (30.06.2016)
UNEC mobil-tətbiqetmə proqramını təqdim edib (27.05.2016)

UNEC-də yeni layihə: “Oxu saatı” (05.05.2016)
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olub (18.03.2016)
UNEC-də Novruz: müsabiqə, yarış (17.03.2016)
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir (15.03.2016)

rasim-1024x683b6-66  sayt20845qaynar xet

“UNEC Khojaly outreach” müsabiqəsinin qalibi əcnəbi tələbə olub (23.02.2016)
“Azərbaycan müəllimi” qəzetinin yaradıcı kollektivinin UNEC-ə mediaturu (15.02.2016)
Universitetə ilk səfər: məktəblilər UNEC-lə tanış olublar (27.01.2016)
Rektor Radio UNEC-də ictimaiyyət qarşısına çıxdı (24.01.2016)
UNEC-in əməkdaşı “Təhsil Açarı” mükafatına layiq görülüb (29.12.2015)
UNEC müəllimi Beynəlxalq Sosial Marketinq Asossasiyasına üzv olub (09.12.2015)
Biznesdə uğur qazanmağın yolları: Radio UNEC-də yeni layihə (18.11.2015)
“Radio UNEC”-də daha bir layihəyə start verilib (23.10.2015)
İqtisad Universitetinin yeni saytı: unec.edu.az (25.05.2015)

2551 1

Departament haqqında

Marketing və Kommunikasiya Departamenti bir neçə bölmədən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi. Şöbə ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Mətbuat konfransları, brifinqlər, qəbullar, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq, konfrans və simpoziumları təşkili şöbənin fəaliyyətinə daxildir. Mədəni tədbirlərin təşkili, universitetin nüfuzunun artırılması istiqamətində silsilə fəaliyyətlərdə struktur bölmənin səlahiyyətinə daxildir. Şöbə həmçinin, universitetin rəsmi internet saytı üçün məlumatları hazırlayır.

Yaradıcılıq Mərkəzi. Departamentin nəznində Yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Yaradıcılıq mərkəzi tələbələrinin asudə vaxtlarının səmərəli formada keçməsini təşkil edir, habelə ali təhsil müəssisəsinin daxili və xarici tədbirlərinin bədii hissəsini həyata keçirir.

Mərkəzin tərkibində 6 dərnək fəaliyyət göstərir:

  • Rəqs dərnəyi
  • Rəsm dərnəyi
  • Teatr dərnəyi
  • Vokal dərnəyi
  • İnstrumental ifaçılıq dərnəyi
  • Tarix dərnəyi

Mərkəz universitetin istedadlı və həvəsli tələbələrini müvafiq dərnəklərə cəlb edir, mütəmadi şəkildə gənclərin məşqlərini təşkil edir. Mərkəz universitet tələbərini dərnəklərin fəaliyyəti barədə məlumatlandırır, tələbələri dərnəklərə cəlb edərək əlavə bacarıqlar qazandırır, ədəbi-bədii yaradıcılıq tədbirlərini təşkil edir, tələbələrin iştirakı ilə bədii əsərləri səhnələşdirir, tələbələrdən ibarət rəqs ansamblı yaradır və təkmilləşdirir, universitet tələbələrindən ibarət həvəskar musiqi ansamblı, rəssam qrupu, aparıcı və müğənni qrupu yaradır. Mərkəz tərəfindən tələbələrin əl işlərindən ibarət sərgilər açılır, tələbələrin iştirakı ilə konsert və bədii proqramlar təşkil edilir.

UNEC-in rəsmi saytı. 2015-ci ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılaraq universitetin yeni rəsmi saytının – unec.edu.az saytının təqdimatı olub. Rebrendinq çərçivəsində universitetin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb saytının təqdimatı keçirilib. UNEC (University of Economy) saytın domain adında da öz əksini tapıb. İstifadəçilərin unec.edu.az saytında lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. Üç dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib.

 

*

HTML5, jQuery, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub. Universitetin rəsmi veb saytının dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb.

Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı elektron kitabxana, sınaq imtahanı, elektron apellyasiya haqqında informasiyalar yer alıb. Saytın əlavəsi kimi iOS və Android platformaları üçün mobil tətbiq də istifadəçilərə təqdim olunması nəzərdə tutulub.

Radio UNEC 2015-ci ildən fəaliyyətə başlayıb. Radio UNEC tələbələrin asudə vaxtını səmərəli keçirməsini, məlumatlandırılmasını təmin edir. Universitetimizin həyatında baş verən yenilikləri və digər məlumatları Radio UNEC-də dinləmək imkanı var.

Radio UNEC-in əsas proqram təşkilatçıları tələbələrdir. Radioda hər iki saatdan bir təqdim olunan xəbərlər informasiya proqramında iqtisadi yenilikləri dinləmək, tələbə və müəllimlərimizin iştirakı ilə maraqlı layihələrlə tanış olmaq, əyləncəli viktorinaların iştirakçısına çevrilmək mümkündür. Radioda gün ərzində zövqlü musiqini dinləmək olar.

“Qaynar xətt” xidməti. Azərbaycan Dövlət İqtisad Universitetinin “Qaynar Xətt” 2014-cü il may ayının 12-də fəaliyyətə başlayıb. “Qaynar xətt”in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı təmin etməkdir.  “Qaynar Xətt”-lə əlaqə saxlamaq üçün 146-1-3 düyməsini yığmaqla universitet haqqında olan sual, şikayət və təkliflərinizi bildirmək mümkündür. Daxil olan müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən müraciətlər isə araşdırılaraq, universitetin aidiyyatı  strukturlarına yönəldilir.

«İqtisadçı» qəzeti. «İqtisadçı» qəzeti 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun orqanı kimi (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi illər ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir. «İqtisadçı» qəzetinin universitetdə ideya-tərbiyə işinin düzgün qurulması, tələbə məişətinin və istirahətinin təşkili sahəsində xüsusi rolu vardır. Bununla əlaqədar qəzetin rubrikalarında tələbə həyatı, tələbə həmkarlar və tələbə şuralarının fəaliyyəti, hərbi vətənpərvərlik, universitetin idman həyatı, şən və hazırcavablar klubu, bilik yarışları, mədəni-kütləvi tədbirlər və s. haqqında olan məqalələr tərbiyəvi xarakter daşıyır.