Azərbaycan Dövlət İqtisad Universitetində xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq, Xarici dillər departamentinin yaradılması haqqında UNEC-in Elmi Şurasının 14.07.2023-cü il tarixli EŞ 188 -li qərarının icrasını təmin etmək məqsədilə 06.09.2023-cü il tarixdən “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” yaradılmışdır.
Xarici dillər departamentinin tərkibində aşağıda göstərilən struktur bölmələr yaradılıb:
-“Xarici dillərin tədrisi mərkəzi”;
– “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi”
–“UNEC Dil mərkəzi”;
– “Tərcümə mərkəzi”.
“Xarici dillərin tədrisi mərkəzi”nin dosenti Aysel Xəlilova 06.09.2023-cü il tarixdən Xarici dillərin tədrisi mərkəzinin 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla Xarici dillər departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
Xarici dillər bir fənn kimi İqtisad Universiteti yaranan ilk günlərdən tədris olunmuşdur. Uzun müddət xarici dillər başqa dillərlə birlikdə «Dillər» kafedrasında cəmləşmişdir. 1959-cu ildən «Xarici dillər» kafedrasının tərkibində olmuşdur. 1966-cı ildə Аzərbаycаn Хаlq Təsərrüfаt İnstitutunun müstəqil аli təhsil оcаğı кimi fəаliyyəti yеnidən bərpа оlunduqdаn sоnrа “Хаrici dillər” каfеdrаsı təşкil еdilmişdir. 2001-ci ildə “Хаrici dillər” каfеdrаsı iкi hissəyə bölünmüşdür. Каfеdrаyа müхtəlif illərdə bаş müəllim S.А.Misirхаnоvа (1966-1976), dоs. N.Ə.Ələкbərоvа (1976-1986), dоs. F.D.Əlimirzəyеvа (1987-2000), filоl.е.n., dоs. N.H.Nəbiyеv rəhbərliк еtmişlər.
Xarici dillərin tədrisi mərkəzində ingilis, fransız, alman, rus dilləri tədris olunur. Mərkəzin əməкdаşlаrı tədris оlunаn fənlərə dаir çох sаylı dərs vəsаitləri, кöməкçi vəsаitlər, tövsiyələr, prоqrаmlаr işləyib hаzirlаmış və nəşr еtdirmişdir. Хаrici dillərin tədrisinin dаhа dа yахşılаşdırılmаsı məqsədi ilə ingilis və frаnsız dilləri üzrə dеməк оlаr кi, bütün mövzulаr üzrə təqdimatlar hаzırlаnmış və intеrакtiv mеtоdlа tədris üçün müəllimlərin istifаdəsinə vеrilmişdir.
“Xarici dillərin tədrisi mərkəzi” UNEC-də xarici dil fənnini dörd bacarıq (oxu yazı,dinləmə və danışıq) üzrə təşkil edir.
Xarici dillərin tədrisi mərkəzinə (əvvəlki Xarici dillər kafedrası) müxtəlif vaxtlarda baş müəllim S.A.Misirxanova (1966-1976), dos. N.Ə.Ələkbərova (1976-1986), fil.e.n., dos. F.Mustafayeva-Əlimirzəyeva (1987-2001), prof. A.Abbasova (2001-2023) başçılıq etmişlər.
“Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” UNEC-də tələbələrin imtahan zamanı 4 bacarıq üzrə qiymətləndirməsini həyata keçirir.
“UNEC Dil Mərkəzi” (ULC) UNEC-də müxtəlif dillər üzrə hazırlıq kursları təşkil edir. UNEC Language Centre 7 oktyabr 2022-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin daxilində fəaliyyətə başlamışdır. Dərslərimiz 4 dil bacarığının (yazı, oxu, dinləmə və şifahi nitq) inkişafına yönəlib. Tədris IELTS nəticəsi 8.5 və 8.0 olan CELTA, TEFL, həmçinin British Council tərəfindən verilmiş beynəlxalq Aptis C sertifikatlı müəllimlər tərəfindən aparılır.
ULC British Council-ın IELTS imtahanı üzrə rəsmi tərəfdaşıdır.
“Tərcümə Mərkəzi” 2016-cı ildə yaradılan Tərcümə Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində tədris işinin daha da təkmilləşdirilməsi, tədrisin yeni, müasir dövrün tələblərinə cavab verəcək iqtisadi ədəbiyyatlarla təmin edilməsi, universitetdə elm, təhsil, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini təmin edən təsisatdır.
Məsləhətçi-professor
p.e.d. Mirzəyev Seyran Salam – məsl.-prof.