Ümumi şöbənin səlahiyyətlərinə aiddir: keçirilmiş tədbirlərin statistikasının və sənədlərinin, təqdimatların, əmrlərin, ərizələrin, aktların, daxil olan və göndərilən sənədlərin, iş planlarının, hesabat-seçki konfranslarının protokollarının, keçirilmiş tədbirlərin protokollarının, hər ay İdarəetmə Şurasının iclasının keçirilməsi və həmin iclasların protokollarının hazırlanması.
2) İnsan resursları departamenti
İnsan resursları departamentinin səlahiyyətlərinə aiddir: TGT üzvlərinin siyahısının və üzvlük blanklarının, fakültə sədrlərinin, qrup nümayəndələrinin, İdarəetmə Şurasının, Nəzarət – Təftiş Komissiyasının üzvlərinin siyahısının və onların şəxsi işlərinin, ehtiyat blanklarının təminatı.
3) Beynəlxalq əlaqələr departamenti
Beynəlxalq əlaqələr departamenti yerli tələbələrlə xarici universitetlərin tələbələri arasında əlaqələr qurmağa şərait yaradır. Bundan əlavə, departament tələbələrin xarici təlimlərdə və buradakı konsulluqların layihələrində iştirakını təşkil edir.
4) Layihələr departamenti
Layihələr departamenti tələbələrin ən yaxşı ideyalarını seçərək müxtəlif layihələri həyata keçirir. Departament universitetdə və universitetdən kənarda yeni layihələrin keçirilməsini təmin edir. Bundan əlavə, qurum ideyaların reallaşmasını görmək, yaratmaq, dəyişmək, fəal olmaq və öz layihələrinə dəstək görmək istəyən tələbələri özündə birləşdirir.
5) İctimaiyyətlə əlaqələr departamenti
İctimaiyyətlə əlaqələr departamenti TGT-nin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrini qurur, divar qəzetlərinin çıxarılmasını təşkil edir, təşkilatı sosial şəbəkələrdə və ümumiyyətlə, virtual şəbəkədə təmsil edir.
6) Elm-təhsil departamenti
Elm-təhsil departamenti tələbələrin intellektual səviyyələrinin inkişafına kömək göstərir. Departament, əsasən, təhsil mövzusunda layihələr həyata keçirir. Bundan əlavə, qurum bir çox təlim və elmi konfranslar təşkil edir. Departament Tələbə Elmi Cəmiyyətlə sıx əməkdaşlıq edir.
7) İntellektual oyunlar klubu
İntellektual oyunlar klubunun məqsədi universitetimizdə intellektual potensiala malik olan tələbələri aşkar etmək və onların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təmin etməkdir. Klub elm-təhsil departamentinin daxilində fəaliyyət göstərir.
8) Vətənpərvərlər klubu
Vətənpərvərlər klubu tələbələr arasında vətənpərvərlik mövzusunda tədbirlər təşkil edir və bu mövzuya aid olan layihələri həyata keçirir. Qurum universitetdə olan vətənpərvərlik birliyini yaradır. Vətənpərvərlər klubu elm-təhsil departamentinin daxilində fəaliyyət göstərir.
9) Debat klubu
Debat klubu keçirdiyi təlim və yarışlarla tələbələrin natiqlik qabiliyyətini, liderlik keyfiyyətlərini inkişaf etdirməklə yanaşı komplekslərdən azad olmalarına köməklik göstərir. Klub elm-təhsil departamentinin daxilində fəaliyyət göstərir.
10) Mədəniyyət klubu
Mədəniyyət klubu musiqi, rəqs, rəsm, yazıçılıq və digər incəsənət növləri ilə məşğul olan tələbələrin bir yerə yığışması və onların özlərini inkişaf etdirmək üçün müxtəlif cür dərslərin təşkil olunması ilə məşğul olur. Klub Layihələr departamentinin daxilində fəaliyyət göstərir.
11) Ekologiya klubu
Ekologiya klubu ekoloji sahəyə aid tədbirlər və layihələr təşkil edir. Klub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq münasibətlərindədir. Ekologiya klubu layihələr departamentinin daxilində fəaliyyət göstərir.
12) İnformasiya texnologiyaları mərkəzi
İnformasiya texnologiyaları mərkəzi TGT-nin virtual fəaliyyətinə aid olan məsələlərlə məşğul olur. Mərkəz saytın və digər rəsmi səhifələrin texniki işlərini idarə edir. İnformasiya Texnologiyaları Mərkəzi İctimaiyyətlə əlaqələr departamentinin daxilində fəaliyyət göstərir.
13) Xarici dillər mərkəzi
Xarici Dillər Mərkəzi universitet daxilində dil kurslarının və həmçinin mütəxəssislər tərəfindən danışıq klublarının keçirilməsi ilə məşğul olur. Mərkəz Elm-təhsil departamentinin daxilində fəaliyyət göstərir.
14) Təlim mərkəzi
Təlim mərkəzi tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək və biliklərinin, dünyagörüşlərinin artırılması üçün müxtəlif mövzularda təlimlər keçirir. Mərkəz Elm-təhsil departamentinin daxilində fəaliyyət göstərir.