Kafedra müdiri: i.e.n., dos. Abbasova  Sevinc  Ağaməmməd

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 564-37-10
.              +(994) 12 564-67-98
E-mail: sevinjabbasova@ unec.edu.az

*

“Tətbiqi iqtisadiyyat”  kafedrasının xəbərləri UNEC NEWS-da

Rusiyalı rektor: “UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək” (07.12.2017)
Braziliya universitetləri UNEC-lə əməkdaşlıqda maraqlıdır (23.11.2017)
Rus İqtisad Məktəbində “Elm aylığı” (02.11.2017)

23464 2

Kafedra haqqında

UNEC-in Elmi Şurasının 16 sentyabr tarixli iclasının qərarına əsasən “İqtisadiyyat” (rus dilində) kafedrasının adı dəyişdirilərək “Tətbiqi iqtisadiyyat” kafedrası adlandırılmışdır.

Yaranma tarixi

UNEC-in Qlobal Ali Təhsil sistemində beynəlxalq rəqabətliliyinin artırılması məqsədilə aparılmış köklü islahatların əsas istiqamətlərindən biri 2016-ci ildən etibarən Rus İqtisad Məktəbinin fəaliyyətə başlamasıdır. UNEC-in Elmi Şurasının 28.02.2017-ci il tarixli EŞ-150 saylı iclasının qərarı və Rektorun 206/3/2017 saylı 04.04.2017-ci il tarixli əmrinə uyğun olaraq Rus İqtisad Məktəbinin nəzdində bakalavr pilləsi üzrə rus dilində mütəxəssis hazırlığının həyata keçirilməsini nəzərdə tutan “İqtisadiyyat” kafedrası yaradılmışdır.

Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının yaranmasında əsas məqsəd rusdilli tədris məkanına inteqrasiya olunması və bunun üstünlüklərindən faydalanmasıdır.

Kafedranın missiyası – XXI əsrin qlobal innovasiya dəyişiklikləri və çağırışları şəraitində milli və beynəlxalq səviyyədə səmərəli praktiki tətbiqini həyata keçirə biləcək, peşəkar biliklərə, müasir bacarıqlara və zəruri səriştələrə malik olan yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.

“İqtisadiyyat” kafedrası öz fəaliyyətində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı və “UNEC-100” İnkişaf Strategiyasının əsas hədəflərini rəhbər tutur.

Kafedranın tədris və təlim işləri

“İqtisadiyyat” kafedrasında müxtəlif ixtisaslar üzrə tədris həyata keçirilir. Kafedrada bakalavr təhsil pilləsində “Maliyyə”, “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Dünya iqtisadiyyatı”, “Kommersiya”, “Menecment”, “Marketinq”, “Biznesin idarəedilməsi”, “Sənayenin təşkili və iqtisadiyyatı” ixtisasları üzrə mütəxəssislər hazırlanır, 2020/2021 tədris ilindən isə “Beynəlxalq ticarət və loqistika”, “Sosial iş” ixtisasları üzrə mütəxəssis hazırlığı başlamışdır.

Kafedrada səmərəli və çevik idarəetmə strukturu yaradılıb. İxtisas rəhbərləri öz fəaliyyəti prosesində müəllimlər üzrə dərs yükünün bölgüsü, büdcə təyinatlı elmi-tədqiqat işlərinin, buraxılış işlərinin yerinə yetirilməsi, istehsalat təcrübəsinin keçirilməsi məsələlərinin icra olunmasına cavabdehlik daşıyır.

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: mütəmadi olaraq professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlər üçün kafedranın təcrübəli, aparıcı müəllmlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır. Elmi seminar və dəirmi masalar, yaradıcı diskusiyalar keçirilir, müxtəlif tanınmış şirkətlərin brend-menecerləri, marketoloqları, mühasibləri, auditorları, kommersiya bankların aparıcı mütəxəssisləri, dövlət təşkilatların vəzifəli şəxsləri tərəfindən tələbələrə maraqlı mühazirələr oxunur, debatlar təşkil edilir.

“İqtisadiyyat” kafedrasında, keyfiyyətin menecmenti sistemi çərçivəsində, təcrübəli müəllimlərdən və ixtisas rəhbərlərindən ibarət olan xüsusi nəzarət komissiyası yaradılmışdır.

“İqtisadiyyat” kafedrasının əməkdaşlarının bir qismi xarici universitetlərin məzunudur, bir neçə müəllimləri isə doktorantura və aspiranturanı Rusiya Federasiyasının və Ukraynanın ali məktəblərində bitirmiş və alimlik dərəcəsini almaq üçün dissertasiyalarını orada müdafiə etmişlər.

Fəaliyyətini davamlı təhsil prinsip əsasında həyata keçirərək, “İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə təlim, vebinar və seminarlarda iştirak edir və ixtisas səviyyələrini artırır (o cümlədən, UNEC-də bakalavr səviyyəsi üzrə Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti, Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramının reallaşdırılırması çərçivəsində). “İqtisadiyyat” kafedrasının müəllimlərinin bir qismi müxtəlif beynəlxalq tədbirlərdə, “Mevlana” və “Erasmus+” beynəlxalq mübadilə proqramlarında iştirak edir.

Elmi-tədqiqat fəaliyyəti

“İqtisadiyyat” kafedrasının professor-müəllim heyətinin makroiqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, vergi və vergiqoyma, sahə iqtisadiyyatı, dünya iqtisadiyyatı, menecment, marketinq, kommersiya işi istiqamətlərdə olan elmi tədqiqatların nəticələri  əsasən  elmi məqalələrdə, respublika  daxili  və xaricdə keçirilən  konfranslarda öz əksini tapmışdır. Kafedranın fəaliyyət göstərdiyi müddətdə professor-müəllim heyəti tərəfindən hazırlanmış dərslik, dərs vəsaiti, metodik vəsait, monoqrafiya, kifayət qədər elmi məqalə və konfrans materialları çap olunmuşdur, o cümlədən, Web of Science, Scopus və РИНЦ elmi platformalarına daxil olan nüfuzlu nəşrlərdə.

2017/2018 tədris ilində  kafedranın 10 üzvü, 2018/2019 tədris ilində  16 üzvü, 2019/2020 tədris ilində 6 üzvü UNEC-in differensial əmək haqqı reytinq cədvəlində birinci 100-lükdə qərarlaşmışdır.

Müasir çağırışları nəzərə alaraq,  “İqtisadiyyat” kafedrasının elmi fəaliyyətinin əsas istiqamətlərindən biri tələbələrdə  tədqiqatçı yanaşmanın formalaşdırılması və inkişaf etdirilməsidir. Bu məqsədlə, onların böyük bir qismi elmi tədqiqatlara cəlb olunur, bu da Respublika daxili, UNEC, Rus İqtisad Məktəbində mütəmadi təşkil olunan tələbə elmi konfranslarda fəal istiraklarında, buraxılış işi  mövzularının  aktuallığı və hər il sayının müsbət dinamikasında öz əksini  tapır.

“İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti bir sıra xarici universitetlərlə əlaqələrin qurulmasında fəal iştirak edir. Belə ki, Belqorod Dövlət Milli Elmi Tədqiqat Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində 16.11.2017 il tarixli Д-2843/7 saylı müqaviləyə uyğun olaraq, Şərqi Avropa elmi və təhsil klasterini yaratmaq və qurumlararası əlaqələri gücləndirmək məqsədi ilə UNEC-in Rus İqtisad Məktəbi və Belqorod Dövlət Milli Elmi Tədqiqat Universiteti nəzdində İqtisadiyyat və İdarəetmə İnstitutu nümayəndələrinin iştirakı ilə UNEC ilə birgə bir sıra müxtəlif elmi, tədris, mədəniyyət tədbirlərinin və layihələrin təşkili və həyata keçirilməsini nəzərdə tutan Plan qəbul olunmuşdur. Həmin Planın reallaşması üçün tərəfdaş olan hər iki Universitetin tələbələri üçün on-line rejimində mühazirələrin təşkili; iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə birgə tədqiqat proqramları və layihələrinin hazırlanması və reallaşması; birgə simpoziumların, seminarların və konfransların təşkili; “məkan iqtisadiyyatı və rəqəmsal transformasiya” beynəlxalq laboratoriyası çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

“İqtisadiyyat” kafedrasının  əməkdaşları tərəfindən Q.V. Plexanov adına Rusiya İqtisad Universiteti, Moskva Humanitar sosial-iqtisadi Universiteti, Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Astraxan Dövlət Universiteti və s. ali məktəblərin professor-müəllim heyətilə elmi əlaqələr qurulub və inkişaf etməktədir. Eyni zamanda elmi-tədqiqat sahəsində iqtisadi profilli nüfuzlu aparıcı xarici universitetlərlə sıx əməkdaşlığın daha da intensivləşləşdirilməsi nəzərdə tutulub.

İctimai-sosial fəaliyyət

“İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti ictimai-sosial fəaliyyətinin müxtəlif istiqamətlərini uğurla həyata keçirərək, abiturientlərin UNECə cəlb edilməsi məqsədilə, orta məktəblərdə və kolleclərdə hər il təşviqat işləri aparır;  milli televiziya kanallarında, KİV mütəmadi olaraq dünya və milli iqtisadiyyatın müxtəlif sahələrinin mövcud problemləri və nailiyyətləri ilə bağlı maraqlı müsahibələrlə çıxış edir.

“İqtisadiyyat” kafedrasında tələbələrin auditoriyadan kənar vaxtlarının səmərəli istifadə edilməsi, onların vətənpərvərlik ruhunda tərbiyyələndirilməsi, sosial məsuliyyətliliklərinin artırılması, həmçinin təhsil prosesində qarşılaşacaqları çətinliklərin aradan qaldırılması, gələcək karyera istiqamətlərinin düzgün seçilməsi və s. məqsədi ilə 12 müəllim mentorluq fəaliyyətini həyata keçirir. Kafedranın mentorları tələbələrlə birgə “Özgə uşaq olmur“ layihəsi çərçivəsində mütamadi olaraq “Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində” xeyriyyəçilik aksiyalarla iştirak edir.

Tələbə elmi dərnəklərinin işi hər zaman kafedra rəhbərliyinin diqqəti mərkəzindədir: kafedra müəllimlərinin iştirakı ilə, Rus İqtisad Məktəbinin tələbələrinin maraq və tələbatlarını nəzərə alaraq, müxtəlif ixtisaslar üzrə 10 tələbə elmi dərnəyi fəaliyyət göstərir.

“UNEC-100” İnkişaf Strategiyasının müddəalarına uyğun olaraq       İqtisadiyyat“ kafedrasının Strateji inkişaf planının əsas istiqamətləri aşağıdakılardır:

Tədris və təlim(1.2; 1.3; 1.5; 1.6; 2.1 Strateji məqsədlər üzrə)

  • İxtisas fənnləri üzrə müasir tələblərə və yeni trendlərə cavab verən (xüsusilə distant təhsil prosesində) yenilənmiş sillabusların hazırlanması, mühazirə materialların, elektron dərsliklərin praktiki yönümlülüyinin artırılması;
  • Kafedrada professor – müəllim heyətinin gəncləşdirilməsi, gənc müəllimlərin diqqətini distant təhsilə cəlb etməklə, onların innovativ, kreativ düşüncələrini bu sahədə yaranan çətinliklərin həllinə yönəldilməsi;
  • Rəqamsal iqtisadiyyatı və postpandemiya şəraitində beynəlxalq və yerli əmək bazarlarının tələblərinə cavab verən yeni ixtisasların açılması üçün təkliflərin hazırlanması;
  • Aparıcı xarici universitetlərdən məzun olan gənclərin, o cümlədən orada çalışan azərbaycanlı mütəxəssislərin kafedraya cəlb edilməsi; professor – müəllim heyətinin tərkibində xarici mütəxəssislərin, o cümlədən, “qonaq professor” və “qonaq dosent”lərin xüsusi çəkisinin artırılması;
  • Kafedra müəllimləri arasında müasir tədris texnologiyalardan, ən qabaqcıl elmi nailiyyətlərdən və innovativ təlim metodlardan istifadənin kütləviləşdirilməsi və bunlardan yararlanaraq, daha çevik və rəqabətqabiliyyətli yeni nəsil mütəxəssislərin yetişdirilməsi;
  • Dərslərin formatını və keyfiyyətini Avropa və dünya standartlarına uyğunlaşdırılması;
  • Azərbaycanda və postsovet respublikaları məkanında rus dilində təhsil verən ali təhsil müəssisələri arasında keyfiyyətli təhsil və tələbələrin sayına görə rəqabət üstünlüklərinə malik olmaq (liderliyi əldə etmək)

Elmi fəaliyyət (2.1;2.2; 2.3; 2.4 Strateji məqsədlər üzrə)

  • Milli, regional və beynəlxalq səviyyələrdə reallaşdırılan elmi-tədqiqat və innovasiya lahihələrində iştirak etmənin sistemləşdirilməsi və gənc müəllimlərin bu tədqiqatlara geniş cəlb edilməsi; yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;
  • Kafedra əməkdaşlarının elmi tədqiqatların nəticələrinin dövlət təşkilatları və müəssisələri, biznes strukturlarının fəaliyyətində tətbiqinin və belə tədqiqatlara tələbatın artmasının təmin edilməsi (UNEC tərəfindən bağlanan müqavilə üzrə)
  • Kafedranın professor-müəllim heyətinin elmi-tədqiqat fəallığının gücləndirilməsi və akademik reytinlərinin yüksəldilməsi üçün Web of Science, Scopus və РИНЦ elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə elmi məqalələrin və onlara istinadların sayının maksimum artırılması; tələbələri və doktorantları bu işə aktiv cəlb edilməsi;
  • Kafedrada “tədqiqatçı-professor”, “tədqiqatçı-dosent, “tədqiqatçı-müəllim”lərin sayının artırılması.

İctimai, sosial və özünüinkişaf etdirmək istiqamətləri (1.1; 1.6;4.; 4.4  Strateji məqsədlər üzrə)

  • Kafedra əməkdaşlarının ixtisas səviyyələrinin sistemli və kompleks şəkilində davamlı artırılması, onların keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi;
  • Beynəlxalq mübadilə proqramlarında “İqtisadiyyat“ kafedrasının daha çox müəllimlərinin cəlb edilməsi;
  • Abiturientlərin UNECə cəlb edilməsi məqsədilə peşə orientasiyalı proqramların işlənib hazırlanması və bununla əlaqədar olaraq orta məktəblərdə və kolleclərdə təşviqat işlərinin gücləndirilməsi;
  • Kafedra müəllimlərinin UNEC-in sosial məsuliyyətlilik layihələrinin reallaşdırmasında aktiv iştirakının təmin edilməsi, o cümlədən tələbələrin sosial şəraitinin yaxşılaşdırılmasına, onların arasında vətənpərvərlik, multimədəniyyət dəyərlərinin geniş təbliğinə dair;
  • Dövlət və özəl sektorların təmsilçiləri ilə əməkdaşlığın daha da genişləndirilməsi;
  • “İqtisadiyyat” kafedrasının məzunları ilə elektron resurslar vasitəsilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi.

*

«İqtisadiyyat» kafedrasının strukturu

“Tətbiqi iqtisadiyyat” kafedrası üzrə ixtisasların bölgüsü

adada

Professor-müəllim heyəti:

“Mühasibat uçotu” və ““Maliyyə” ixtisası 
1. Abbasova Sevinc Ağaməmməd
Kafedra müdiri 
i.e.n., dos. 0.5
2. Əliyeva Mehriban Şaban
İxtisas rəhbəri
i.e.n., dos. 1
3. Kərimov Atik Ehsan i.e.d., prof. 1
4. Babayev Azər Alim i.e.n., dos. 1
5. Quşxani Rauf Nəsir i.e.n., dos 1
6. Salayev Rauf Arif i.e.n., dos. 1
7. Məmmədova Aida Qasım  i.e.n., dos.  1
8. Əliyeva Nailə Rauf i.e.n., dos. 1
9. Qubadova Aybəniz Ənvər i.e.n., dos. 1
10. Cavadova Mehriban Alim i.e.n., dos.  1
11. Cavadov Ramiz Cavad i.e.n., dos. 1
12. Babaşirinova Esmira Məmmədşirin i.e.n.,  dos. 1
13. Aşurbəyli-Hüseynova Nigar Pirverdi i.ü.f.d., dos. 1
14. Qasımova Lalə Fərman i.ü.f.d., b/m. 1
15. Ağabeyova Gülnarə Şükrəddin i.e.n., dos. 1
16. Rəfiyev Aydın Ağaəli i.e.n., b/m 0.5
17. Tağıyeva Nigar Sabir i.e.n., dos. 1
18. Məmmədova Leyla Vaqif i.ü.f.d., müəl. 1
19. Hüseynova Leyla Nizaməddin i.ü.f.d., müəl. 1
20. Dəmirov Yaşar Rafael i.ü.f.d., b/m 1
21. Əhmədova Esmira Mirməmməd müəl. 1
22. Əsgərova Fidan Əlinazim i.ü.f.d., b/m. 1
İqtisadiyyat ixtisası 
23. Hüseynova Şəhla Akif
İxtisas rəhbəri
dos. 1
24. Əzizova Gülənbər Arif i.e.d., prof. 1
25. Məmmədov Elşad Yaqub i.e.d., prof. 0.5
26. Sadıqov Mustafa Məmmədsadıq i.e.n., dos. 1
27. Abasova Samirə Təhməz i.e.n., dos. 1
28. Babayeva Səidə Cəbi i.e.n., dosent 1
29. Əkbərov Rövşən Məmməd i.e.n., dos. 0.5
30. Məmmədova Svetlana Yevgenyevna b/m. 0.5
31. Hüseynova Vəfa Arif i.f.d., dos. 1
32. Mikayılzadə Gülnarə Şükür i.e.n., dos. 1
33. Qocayeva Elmira Məhəmməd  dos.  1
34. Nəcəfova Zümrüd Bəbir b/m. 1
36. Əliyeva Ruhiyyə Oqtay müəl. 0.5
“Sosial iş və idarəetmə” fənləri
(“Menecment” və “Biznesin idarəedilməsi”) ixtisasları
37. Həmidova Lalə Adil
İxtisas rəhbəri
i.e.n., dos. 1
39.  Qurbanov Natiq Hüseyn  i.e.n., dos.  1
40. Axundova Nailə Fariz  i.e.n., dos.  1
 41.  Əlixanova Leyla Huseyn  i.e.n., dos.  1
42. Mehdiyeva İradə Şərafəddin i.e,n., dos.  1
43. Novruzova Zenfira Ramiz i.e,n., dos.  1
44. Bayramova Sevinc Rafiq  i.e.n., dos.  1
45.  Amanova Lalə Səmədxan  i.e,n., dos.  1
46.  Səmədova Elnarə Robert  i.ü.f.d., dos.  1
47.  Xanlarzade Sərvinaz Məmmədhəsən  i.ü.f.d., dos.  1
48.  Kaşiyeva Ləman Aydın  i.ü.f.d., dos.  1
49.  Kərimova Tahirə Hüseyn  b\m  1
50. Məmmədova Sevda Kərim i.e.n., b/m 1
51. Cəfərova Dünyaxanım Ağakazım b/m 0.5
52. Əlizadə Günay İntiqam müəl. 1
53. Rəhmanı Fərəh Polad müəl. 1
54. Xosrovlu Fikrət İsrail müəl. 1
55. Rəhmanov Fərhad Pənah məsləhətçi
“Beynəlxalq ticarət”, “Logistika” və “”Marketing ixtisasları
56. Səmədova Mehriban Tofiq
İxtisas rəhbəri
i.e.n., dos. 1
57. Bərxudarov Mənsur İsa i.e.n., dos. RİM-n direktoru
59. Əzizov Ramiz Nəhməd i.e.n., dos.  0.25
60.  Hacıyeva Leyla Arif  i.e.n., dos.  1
61. Quliyev Eldar  Nadir  i.e.n., dos.  1
 62. Muradova Səbinə Xaliq b\m  1
63. Həşimov Hüseyn İbrahim i.e.n., dos.  1
65. Hacıqayıbova Aliya Şair müəl. 0.5
66. Əliyev Elnur  Sirac b/m 0.5
67. Hüseynova Nəzirə Yunus i.ü.f.d., müəl. 0.5

 

sevinc22rus11tt3tt4tt22tt11

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏRİ

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno