UNEC-də idmana böyük önəm verilir. Bu sahədə tələbələrin fiziki hazırlığı və universitetin idman uğurları diqqət mərkəzindədir.
Tələbələrin asudə vaxtı – həm fiziki, həm də psixoloji sağlamlığın qorunması, şəxsi inkişafın təmin edilməsi və təhsil prosesində yüksək nəticələrin əldə olunması üçün mühüm amildir. Düzgün planlaşdırılmayan boş vaxt isə gənclərin motivasiyasının azalmasına, stressin artmasına və sosial aktivliyin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan tələbələrin asudə vaxtını səmərəli keçirməsinin ən təsirli yollarından biri idmanla məşğul olmaqdır. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC İdman Klubu idmanın müxtəlif növlərindən tələbələrdən ibarət yığma komandaları fəaliyyət göstərir.
Universitetdə idmana olan diqqət və qayğının nəticəsi özünü ali təhsil ocağının idman sahəsində ilbəil artmaqda olan uğurlarında büruzə verir. Belə ki, UNEC-də tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirimiş və müvafiq maddi-texniki baza və infrastruktur yaradılmışdır. Universitetin II tədris binasında yerli və beynəlxalq yarışların keçirilməsi üçün tələb olunan ən müasir standartlara uyğun olan voleybol və basketbol zalı, IV tədris binasında ən müasir avadanlıqlarla təchiz olunmuş əl oyunları idman zalı, trenajor zalları, lazımi avadanlıq və texniki vasitələrlə təmin edilmiş şahmat klubu, yeni inşa olunmuş 3 saylı tədris binasında müasir standartlara uyğun voleybol, basketbol, stolüstü tennis üçün nəzərdə tutulmuş idman zalı kollektivin istifadəsinə verilmişdir. Quba rayonunda Quba tədris, idman və istirahət mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş trenajor zalı, üzgüçülük hovuzu, beynəlxalq standartlara uyğun voleybol meydançası ilə təmin edilmiş 1500 tamaşaçı yeri olan İdman-sağlamlıq kompleksi, açıq futbol meydançası vardır.
UNEC-in qadın voleybolçuları gümüş medal qazanıb (09.04.2018)
Badminton turnirinin lideri – UNEC (21.02.2018)
Azərbaycan çempionatının I liqa yarışlarının ən uğurlu komandaları – UNEC tələbələri (05.02.2018)
UNEC voleybolçuları qalib olub (23.01.2018)
RİM komandası qalib olub (25.12.2017)
Dünya çempionatının üçüncüsü – UNEC tələbəsi (11.12.2017)
Tələbələr arasında futbol yarışı (05.12.2017)
UNEC komandası badminton yarışlarının qalibi olub (24.11.2017)
“UNEC Payız Kuboku-2017”: Qələbəyə bərabər heç-heçə (27.10.2017)
Stolüstü tennis turnirinin qalibləri: İqtisadiyyat fakültəsinin tələbələri (20.10.2017)
“UNEC Kuboku – 2017″ həyəcanı davam edir: 8-2 (20.10.2017)
UNEC Kuboku – 2017: İlk oyunun qalib komandaları (10.10.2017)
“UNEC Kuboku – 2017” uğrunda mübarizə aparacaq komandaları tanıyın (04.10.2017)
“UNEC Kuboku – 2017”yə start verilir (21.09.2017)
IV İslam Həmrəyliyi Oyunlarının qalibi, UNEC tələbəsi: Yarışlarla imtahanlarla bərabər hazırlaşırdım (17.05.2017)
UNEC voleybolçularına diplomlar təqdim olunub (15.05.2017)
Rus İqtisadiyyat Məktəbinin tələbələri beyin yarışının qalibi olublar (12.04.2017)
Fakültələrarası voleybol yarışının qalibi məlum olub (12.04.2017)
Maliyyə və mühasibat fakültəsinin tələbələri dama yarışının qalibi olub (10.04.2017)
UNEC voleybolçuları finalda (06.04.2017)
UNEC komandası Fəxri Fərmanla təltif olunub (05.04.2017)
UNEC komandası yenə qalib oldu (31.03.2017)
UNEC voleybolçuları qalib olub (28.03.2017)
UNEC-in voleybol komandası finalda (17.03.2017)
I kurs tələbələri şahmat turnirinin qalibi olub (10.03.2017)
UNEC-in badmintonçuları qüvvələrini sınayıblar (26.12.2016)
“Sağlam müəllim – sağlam tələbə” layihəsi çərçivəsində ilk yarış: 3-2 (21.12.2016)
“TUDİFAK” – “UNEC Stuff” mübarizəsi davam edir (14.11.2016)
UNEC-in müəllim və inzibati heyəti futbol meydançasında (31.10.2016)
UNEC tələbəsinin növbəti uğuru (12.10.2016)
UNEC tələbələrinə diplomlar təqdim edilib (01.07.2016)
UNEC müəllimləri təltifolunma mərasimində iştirak edib (01.07.2016)
UNEC-in voleybol komandası birinci yeri qazanıb (20.05.2016)
UNEC müəllimləri finalda (19.05.2016)
UNEC müəllimləri qalib gəlib (18.05.2016)
UNEC voleybolçularından növbəti qələbə (03.05.2016)
Voleybol və futbolçularımızdan yeni qələbə (28.04.2016)
UNEC-in “İqtisadçı” komandası qalib olub (27.04.2016)
Universitetin tələbələri voleybol, şahmat, futbol, basketbol, həndbol, yüngül atletika, stolüstü tennis, güləş və digər idman növləri üzrə bölmələrə müraciət edərək beynəlxalq dərəcəli idman ustaları tərəfindən aparılan məşqlərdə iştirak edirlər. Universitetdə idmana marağı daha da stimullaşdırmaq üçün hər il mütəmadi qaydada həm tələbələr, həm də universitet əməkdaşları arasında müxtəlif idman növləri üzrə yarışlar, turnirlər keçirilir. Qaliblər mükafatlandırılmaqla yanaşı, ali təhsil ocağımızı ümumrespublika və beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanırlar.
Universitetdə idmana olan diqqət və qayğının nəticəsi özünü ali təhsil ocağının idman sahəsində ilbəil artmaqda olan uğurlarında büruzə verir. Belə ki, UNEC-in mini-futbol üzrə komandası respublika universiadalarının qalibi, eləcə də Milli Qəhrəman Mübariz İbrahimov adına keçirilən turnirin ilk qalibi olmuşdur. Universitetin tələbələri və məzunları arasında dünya və Avropa çempionları, beynəlxalq idman ictimaiyyəti tərəfindən tanınmış idmançılarımız da çoxdur.
Onların sırasında yunan-roma güləşi üzrə dəfələrlə Azərbaycan və Olimpiya çempionu olmuş Fərid Mansurovu, cüdo üzrə Avropa çempionu olmuş və Dünya kubokunda 3-cü yer tutmuş Elmar Qasımovu, Azərbaycanın gənclərdən ibarət qadın voleybolu üzrə milli yığmasının üzvləri İndira Abdullayeva və Firuzə Dürüstkarini, cüdo üzrə dəfələrlə universiadaların qalibi, respublika çempionu olmuş Qabil Qurbanovu, İlqar Ağarəhimovu, Nadir Məmmədlini, Kənan Nağıyevi, Avropa və respublika çempionu, dünya birinciliyinin gümüş mükafatçısı Rafiq Hüseynovu, şahmat üzrə beynəlxalq qrossmeysterlər, dünya şahmat reytinqinin gənc favoritləri hesab edilən Şəhriyar Məmmədyarovu, Eltac Səfərlini və başqalarını göstərmək olar.
UNEC-in tələbələri bir sıra Beynəlxalq yarışların qalibi olmuşlar: Şəhriyar Məmmədyarov 2010-cu ildə Moskvada keçirilən “Tal Memorial”ının, Eltac Səfərli Sankt-Peterburqda keçirilən “Çiqorin Memorial 2010” turnirinin, Fidan Ağasıyeva Turkiyədə keçirilən Türkdilli ölkələrin ali məktəbləri arasında Şahmat Olimpiadasının qalibi olmuşlar.



UNEC-də futbol çempionatı başa çatıb (29.12.2015)
“İqtisadçı” futbol komandası II oldu (10.12.2015)
UNEC tələbəsi: “Bu döyüşü qazansam, dünya çempionatına lisenziya qazanmış oluram” (03.12.2015)
UNEC tələbəsi dünya çempionu olub (26.11.2015)
UNEC tələbələri “Səmti müəyyən etmə” idman növü üzrə Fəxri Fərmanla təltif olunublar (11.11.2015)
Dağçılıq idman növü UNEC tələbələrinin marağına səbəb olub (05.11.2015)
“UNEC TGT CUP 2015” futbol turnirinin püşkatma mərasimi keçirilib (30.10.2015)
UNEC İDMAN KLUBU
| Mustafayev Mahmud Nəccar | Klubun müdiri |
| Ağayeva Əfsanə Nəsrulla | Operator-kargüzar |
| Talıbov Mustafa Cavanşir | İnzibatçı |
| Titovets Sergey Vasilyeviç | məşqçi-müəllim (Voleybol bölməsi üzrə) |
| Qasımov Etibar Əmirxan | məşqçi-müəllim (Voleybol bölməsi üzrə) |
| Qaracayev Nazim Rəcəb | məşqçi-müəllim |
| Hüseynov Rüfət Rzabala | məşqçi-müəllim |