UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu

16 FEVRAL 2017 | VIEWS:

UNEC-in 18 nəfərlik professor-müəllim heyəti Türkiyənin nüfuzlu ai təhsil müəssisələrində təcrübə mübadiləsi aparıblar. Səfər çərçivəsində UNEC müəllimləri 6 nəfərdən ibarət 3 qrupla Süleyman Dəmirəl, Uludağ və Sakarya universitetlərində olublar. Professor-müəllim heyəti səfər barədə təəssüratlarını unec-edu.az saytı ilə bölüşüb.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov: Türkiyə universitetlərində təcrübə mübadiləsi bizim üçün çox faydalı oldu. Oradan hər birimiz böyük təəssüratlarla qayıtdıq. UNEC-in Biznes və menecment fakültəsi ilə Sakarya universitetinin müvafiq fakültəsi arasındabirgə dərs vəsaitləri və proqramların yazılması üçün danışıqlar aparıldı. Eyni zamanda marketinq ixtisası üzrə birgə dərsliklərin hazırlanması barədəilkin razılığa gəlindi. Qeyd edim ki, Türkiyə tərəfi də bizim marketinq nümunələrinin dərsliklərə daxil edilməsində maraqlıdır.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev: Süleyman Dəmirəl Universitetində (SDU) fakültələrin idarəetmə strukturu, distant təhsil sistemi ilə maraqlandıq, eləcə də texnoparkla tanış olduq. Universitetin fakültələrinin katiblik təcrübəsini öyrəndik. Fikrimcə, katiblik sisteminin UNEC-də tətbiqi fakültə və kafedralar arasında mobilliyin təmin edilməsində mühüm rol oynayacaq.

Əmtəəşünaslıq fakültəsinin dekanı, dosent Tofiq Osmanov: Süleyman Dəmirəl  Universitetində fakültə katibliyinin fəaliyyəti ilə maraqlandıq. UNEC-də də bu katibliyin yaradılması istiqamətində danışıqlar aparılır, çox gərəkli bir sistemdir. Süleyman Dəmirəl Universitetində yararlandığımız daha bir təcrübə də müəllimlərin fakültə və kafedralar tərəfindən seçilməsidir. Yüksək göstəriciləri, tələbə məmnuniyyətinə cavab verən müəllimlər dərslərə cəlb edilir. Universitetin nəzdində texnoparklar da fəaliyyət göstərir ki, onlar da müasir tələblərə cavab verən laboratoruyalarla təchiz edlib. Ümid edirəm ki, UNEC-də də gələcəkdə belə bir texnopark yaradılacaq.

Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov: Sakarya Universitetində istehsalat təcrübələrinin təşkili, məzunların həmin müəssislərdə işlə təmin olunması sistemli şəkildə aparılır. Doğrudur, UNEC-in Karyera mərkəzi tələbələrin istehsalat müəssisələrində təcrübəsi keçməsi üçün imkanlar yaradır. Amma bu, uzunmüddətli olmur. Sakarya Universitetində isə tələbələrin müəssisələrdə bir ilə yaxın müddətdə təcrübə keçmək imkanı olur. Məzun olduqda isə həmin tələbələrin 50%-i orada işlə təmin olunur.

Rus dilində tədris mərkəzinin direktoru, dosent Mənsur Barxudarov: Səfərimiz son dərəcə səmərəli oldu. Sakarya Universitetində tədris və elmi-tədqiqat işlərinin aparılması prosesi ilə tanış olduq. Eyni zamanda Katiblik İnstitutnun iş mexanizmini öyrəndik. Sakarya Universitetində akademik heyətlə, inzibati heyət arasında iş bölgüsü çox mükəmməl aparılıb. Belə ki, akademik heyət fakültənin, kafedraların, ixtisasların strateji inkişafı zamanı mövcud olan problemlərlə, katiblik isə gündəlik cari məsələlərlə məşguldur. Katiblik İnstitutunun UNEC-də tətbiqi universitet üçün faydalı olacaq.

Rektorun köməkçisi Ramil CabbarovSakarya Universitetinin zəngin və innovativ kitabxana sistemi ilə yaxından tanış olduq və tələbələrin resurslardan səmərəli istifadəsi üçün yaradılan imkanları izlədik. Distant təhsil və uygulama mərkəzinin maddi-texniki bazası, onliye dərslərin yaradılması mexanizmini öyrəndik.Tələbə təşkilatlarının idarəedilməsi təcrübəsi ilə tanış olduq. Eyni zamanda texnopark və inkubatorlarda startapların cəlbi və inkubasiya prosesini araşdırdıq.

Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov: “Gənc doktorlar” layihəsinə uyğun olaraq, gənc doktorantların Sakarya və digər universitetlərin nəzdində yazılmış doktorluq dissertasiyaları ilə tanış olduq. Müvafiq sahələr üzrə professor-müəllim heyəti ilə müzakirələr apardıq.

“Fizika və kimya” kafedrasının müdiri, professor Rövnəq Rzayev: Uludağ Universiteti ilə UNEC müəllimlərinin birgə elmi tədqiqatlar aparması, elmi məqalələrin, dərs vəsaitlərinin hazırlanması və birgə konfransların keçirilməsi barədə ilkin razılaşmalar əldə olundu.

“Xarici dillər” kafedrasının müdiri, professor Afət Abbasova: Uludağ Universitetində ixtisas fənlərinin 30%-i ingilis dilində tədris olunur. İxtisas fənnini tədris edən xarici dil müəllimləri kifayət qədər olmadığı üçün onlar UNEC müəlilmlərinin tədrisə cəlb olunmasında maraqlı olduqlarını bildirdilər. Eyni zamanda UNEC-də ingilis dilinin tədris səviyyəsini yüksək qiymətləndirdilər.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli:  Sakarya universitetinin İşlətmə fakültəsində katiblik institutunun strukturu barədə məlumat əldə etdik. Kafedralarda katibliyin iş mexanizmi ilə tanış olduq. Fənn və ədəbiyyat fakültəsinin tədris metodları, sillabus və fənn proqramları ilə maraqlandıq. Tələbələrlə də görüşmək imkanımız oldu. Dərslərdə iştirak etdik, onlara Azərbaycan dilinin tarixi, klassiklərimizin əsərləri barədə məlumat verdik. Onlara kitablar və dərs vəsaitləri də hədiyyə etdik.

“Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının müdiri, professor Məzahir Fərzəliyev:Uludağ Universitetinin tədris prosesi ilə tanış olduq. Eləcə də onlarda telekommunikasiya texnologiyaları laboratoriyasına baxış keçirdik. Müasir tələblərə cavab verən laboratoriyadır. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin öyrədilməsində belə laboratoriyaların mövcudluğu əvəzsizdir. Düşünürəm ki, tələbələrimizin həmin laboratoriyalarda təcrübə keçməsi onlar üçün faydalı olar.

“Rus dili” kafedrasının müdiri, dosent Gülnarə RzayevaSüleyman Dəmirəl Universitetinin (SDU) rus dilindən tədris planları ilə tanış olduq. Orada rus dilini tədris edə biləcək kadr kifayət qədər olmadığı üçün UNEC-in rus dili müəllimlərinin mübadilə proqramı ilə SDU-da həmin fənni tədris etməsi üçün danışıqlar aparılıb. Distant təhsil alan tələbələr üçün də rus dili müəllimlərimiz, Türkiyəyə getmədən, onlara həmin fənni tədris etmək imkanı əldə edə bilər. Eləcə də əcnəbi tələbələr üçün hazırlıq kurslarında da kafedra müəllimlərinin elmi potensialından istifadə etmək barədə razılığa gəlindi. Fikrimcə, bu həm bizim, həm də Süleyman Dəmirəl Universiteti üçün əhəmiyyətli olacaq.

“Standartlaşma və sertifikasiya” kafedrasının müdiri, dosent Zabit AslanovSakarya Universitetinin kitabxana sistemi mükəmməldir. Müəllim və tələbələr gününün demək olar ki, hamısını burada keçirirlər. Onlar kitabxanada həm dərslərini çalışa, həm də istirahər edə bilirlər. Eləcə də bilmədikləri mövzu barədə müəllimlərindən yardım almaq imkanı da olur. Belə bir səmimi mühit müəllim-tələbə münasibətinə də müsbət təsir edir. Düşünürəm ki, UNEC-də də kitabxana sisteminin yaradılmasında Sakarya Universitetinin təcrübəsindən  yararlanmaq faydalı olardı.

SABAH qruplarının rəhbəri, dosent Aida Quliyeva: SABAH layihəsi Uludağ Universitetində çox bəyənildi. Gələcəkdə həmin universitetdə belə bir layihəni reallaşdırmaq istədiklərini bildirdilər. Eyni zamanda, İqtisadiyyat fakültəsində ingilis dilində ixtisas fənlərini tədris etmək üçün SABAH qruplarının müəllimləriniUludağ Universitetində tədrisə cəlb etməkdə maraqlı olduqlarını söylədilər. Biz də SABAH qruplarında Azərbaycan dilində təhsil alan tələbələr üçün dərslərin 30%-nin ingilis dilində tədris etmək təcrübəsini öyrəndik. Bu, dünya təcrübəsində də var.

“Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Gülnisə Abbasbəyli:Uludağ Universitetinin müvafiq kafedraları ilə bizim kafedralar arasında əlaqələrin qurulması üçün razılıqlar əldə olunub. Hər iki universitetin müəllimlərinin mühazirə aparması, birgə məqalələrinin çap olunması və  konfranslarda iştirak etmələri qərara alındı. Uludağ Universitetində tətbiqolunan tədris planının “Qida məhsulları mühəndisliyi” ixtisası üçün qismən uyğunlaşdırılması, ixtisasın və kafedranın adının “Qida mühəndisliyi” olması fikrimcə, daha məqsədəuyğundur.“Qida mühəndisliyi” kafedrasının tədqiqat laboratoriyasında bir çox sahələr üzrə elmi işçilər və müəllimlər tədqiqat işləri aparır. Hətta məhsullar hazırlayaraq satışa da çıxarırlar. Kafedramızda da yeni texnologiya və reseptlər üzrə qida məhsullarının hazırlanması sahəsində işlərin aparılması universitet üçün faydalı olacaq.

“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri, dosent Validə MehdiyevaSüleyman Dəmirəl universitetinin təcrübəsini öyrəndik. İqtisadiyyat fakültəsində iqtisadi coğrafiya fənni tədris olunur. Əvvəllər bu fənn UNEC-də də tədris olunurdu. Fikrimcə, fənn yenidən tədris olunsa daha faydalı olar. Tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmi də orada da mükəmməldi. İmtahanlar yazılı aparılır və iki saat ərzində 10 mindən çox tələbənin imtahan cavabları açıqlanır.

“Dizayn” kafedrasının müdiri Lalə Məmmədova: Uludağ Universitetində texnoloji ixtisaslar üzrə tədris laboratoriyalarına baxış keçiridik. Universitetin idarəetmə sistemi, tədris planları, müəllim-tələbə münasibətləri, tədris prosesi ilə  tanış olduq.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle