Kafedra müdiri: fizika elmləri doktoru, prof. Rövnəq Mirzə oğlu Rzayev

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 492-59-03 (13-24)
e-mail: rovnaq.rzayev@unec.edu.az

14001 4

“Mühəndislik və tətbiqi elmlər”  kafedrası  “Mühəndislik” fakültəsinin nəzdində UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli iclasının EŞ-172 saylı və 14 sentyabr 2020-ci il tarixli iclasının EŞ-173 saylı qərarlarının icrasını təmin etmək məqsədilə UNEC rektorunun  13 oktyabr 2020-ci il tarixli, 487/3/2020 saylı əmri əsasında yaradılmış və 19 oktyabr 2020-ci il tarixindən etibarən fəaliyyətə başlamışdır.

“Ekspertiza və standartlaşdırma” fakültəsinin “İstehlak mallarının ekspertizası”, Standartlaşdırma və sertifikasiya, “Qida məhsullarının texnologiyası”“Texnoloji maşınlar və sahə avadanlıqları” və “Fizika və kimya” kafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.

Kafedrada 2020/2021-ci tədris ilindən başlayaraq təhsilin bakalavr pilləsində “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və  “Qida mühəndisliyi” ixtisasları üzrə və eyni zamanda təhsilin bakalavr pilləsində II, III və IV kurslarda, eləcə də magistratura pilləsində “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Qida məhsulları mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “İstehlak mallarının ekspertizası və marketinqi” və “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Mühəndislik ixtisasına mükəmməl yiyələnən kadrlar bu günkü müasir dünyamızın təməl texnologiyalarını idarə edir. Enerji təchizatı və ötürülməsi, tibb və səhiyyə sahələrindən tutmuş sənayedə tətbiq imkanlarına, qlobal ticarət, nəqliyyat, rabitə, əyləncə və təhlükəsizlik sahələrinə qədər həyatımızın hər sahəsi elektrik və elektron texnologiyalardan asılıdır.

Tələbələr bu ixtisasa  yiyələnməklə,  texnologiya sektorunda işləmək üçün lazım olan geniş bilik və bacarıqlar əldə edəcək, həm də müasir  peşəkar mühəndis tərəfindən tələb olunan daha geniş səlahiyyətlərə sahib olacaqlar.

Tədris prosesində tələbələr əsas mühəndislik bacarıqlarını yalnız mühazirələrə qatılaraq deyil, həm də konkret layihələr üzərində birgə işləməklə əldə edə bilirlər. Proqramda texniki fənlərlə yanaşı, sosial və ünsiyyət fənləri də yer alır. Tələbələr analoq və rəqəmsal avadanlıqlar, dizayn və mühəndislik kimi fənləri mənimsəyəcəklər. Üstəlik kursda proqramlaşdırma da var!

Bundan  başqa, bu ixtisasda texnologiyanın əsas prinsipləri ilə yanaşı,  yeni cihaz və qurğularla  da tanış olurlar. Burada müasir innovativ texnologiyalar haqqında  geniş məlumatlar verilir.

Proqram çərçivəsində təhsil alan tələbələr geniş texniki biliklər əldə etməklə yanaşı fənlərarası bir yanaşma da mənimsəyə bilərlər. Təcrübə dövründə isə tələbələr praktik və peşə keyfiyyətlərini inkişaf etdirmək imkanına malik olurlar.

DSC_7376DSC_7338ffffaf8c442e5403b8d2d9124080defffeda14541ef982cDSC_7518DSC_7515DSC_7510DSC_7267

Karyera imkanları: Bu  proqramların məzunları mühəndis və ya proqram və aparat dizaynerləri, texniki nəzarətçilər və satış nümayəndələri kimi əla perspektivlərə malikdirlər. Qazanılan yüksək texniki bacarıqlar, eləcə də problemləri anlamaq və təhlil etmək, nəticələr barədə məlumat vermək bacarığı sayəsində nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda belə sənayenin və kənd təsərrüfatının  müxtəlif sahələrində qabaqcıl və aparıcı dövlət və özəl sektorlarda əla karyera imkanlarına sahib ola bilərlər.

Kafedrada 99 nəfər professor-müəllim heyəti, onlardan 8 nəfər elmlər doktoru, professor, 57 nəfər elmlər namizədi və ya ixtisası üzrə fəlsəfə doktoru (1 nəfəri professor, 43 nəfəri dosent, 10 nəfəri baş müəllim və 3 nəfəri müəllim olmaqla), elmi dərəcəsi olmayan 22 baş müəllim və 9 müəllim, 3 nəfər məsləhətçi-professor və  6 nəfər tədris-köməkçi heyət çalışır.

Kafedraya fizika elmləri doktoru, professor Rövnəq Mirzə oğlu Rzayev rəhbərlik edir.

Kafedraya müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 11 tədris-metodiki laboratoriya xidmət göstərir.

– “Qida kimyası və mikrobiologiya” laboratoriyası;

– “Qida texnologiyaları” laboratoriyası;

– “Ekologiya” laboratoriyası;

– “Fizika 1” laboratoriyası;

– “Fizika 2” laboratoriyası;

– “Kimya 1” laboratoriyası;

– “Kimya 2” laboratoriyası;

– “Elektronika” laboratoriyası;

– “Elektrotexnika” laboratoriyası;

– “Materialşünaslıq” laboratoriyası;

– “Maşın və sənaye mühəndisliyi” laboratoriyası.

*

Müasir dünyada ali təhsil müəssisələri tərəfindən distant formada həyata keçirilən təhsil həm nəzəri, həm də praktik hissələrdən ibarət olmalıdır. Təhsil müəssisələri tərəfindən həyata keçirilən distant təhsil yalnız fənlər (modullar) üçün tədris və metodiki kompleksləri deyil, həm də peşəkar bacarıq və vərdişlərə  yiyələnməyə yönəlmiş proqram təminatını da əhatə etməlidir.  Bunun ən yaxşı yolu distant təhsil mühitində modelləşdirilmiş virtual laboratoriyalardır. COVID-19 pandemiyası dönəmində dünya təhsil sistemində distant təhsil forması alternativsiz təhsil forması kimi özünü təsdiqlədi. Bu məqsədlə artıq UNEC-də distant təhsil uğurla tətbiq edilir. Yeni yaradılmış  “Mühəndislik və tətbiqi elmlər” kafedrasında virtual laboratoriyalar yaradılıb və qısa zamanda bütün ixtisasları əhatə edəcək virtual laboratoriyalar bazasının yaradılması nəzərdə tutulur.

Kafedrada müxtəlif istiqamətlər üzrə büdcə təyinatlı elmi-tədqiqat işləri aparılır. Kafedra əməkdaşları tərəfindən alınmış elmi nəticələr çoxsaylı xarici və Respublika nəşrlərində, o cümlədən impakt faktorlu xarici  jurnallarda dərc olunmuşdur. Kafedra əməkdaşları Beynəlxalq və Respublika səviyyəli konfranslarda  dəfələrlə məruzə ilə iştirak etmişlər.

Bunun nəticəsidir ki, kafedranın əməkdaşları  UNEC Differensial əmək haqqı sistemi üzrə reytinq cədvəlində həmişə  qabaqcıl yerlər tuturlar. Təkcə 2019/2020 – ci tədris ilinin yekununa əsasən Differensial əmək haqqı sistemi üzrə reytinq cədvəlində kafederanın  30-dan artıq əməkdaşı ilk yüzlükdə yer almışlar.

Kafedra Respublikamızın və digər xarici ölkələrin bir sıra müxtəlif təhsil müəssisələri və elmi mərkəzləri ilə  sıx elmi və praktik əlaqə saxlayır.

Kafedranın nəzdində həmçinin Rektorun 29 mart 2019-cu il tarixli 188/3/2019- saylı əmri ilə yaradılmış “Kompozit materiallar” Elmi Tədqiqat Mərkəzi də fəaliyyət göstərir. Mərkəzə ictimai əsaslarla prof. R.M.Rzayev rəhbərlik edir. Tədqiqat Mərkəzində 13 nəfər (o cümlədən 6 elmlər doktoru, professor, 7 elmlər namizədi, dosent) ictimai əsaslarla tədqiqatçı kimi çalışırlar. Mərkəz yaradıldıqdan dərhal sonra elmi-tədqiqat işlərinin aparılmasına şirkətlər tərəfindən investisiya qoyuluşunun stimullaşdırılması və cəlb edilməsi məqsədilə respublikanın 6 müxtəlif elmi-təhsil müəssisəsinin – AMEA-nın Fizika İnstitutu, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AMEA Polimer Materialları İnstitutu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, habelə Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Laboratoriyaları ilə Birgə Elmi Texniki Əməkdaşlıq Haqqında Müqavilələr bağlanılıb. Bu, həmin işlərin daha yüksək səviyyədə yerinə yetirilməsinə şərait yaradır.

Kafedrada həm bakalavriat, həm də magistratura pilləsində tədris olunan fənlər üzrə mühazirə, məşğələ və laboratoriya dərsləri yüksək səviyyədə müasir təlim metodlarının tətbiqi ilə aparılır, tədris edilən fənlər üzrə tədris proqramlarının, metodik göstərişlərin, dərs vəsaiti və dərsliklərin hazırlanması, kafedraya yeni perspektivli gənclərin cəlb olunması və onlara pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması və bu işlərə rəhbərlik edilməsi, Tələbə Elmi Cəmiyyəti ilə sıx ünsiyyətdə olmaqla, kafedra tərəfindən tələbələrin elmi-tədqiqat  işlərinə nəzarət və dəstək üçün seçilmiş rəhbərlərin fəallığının artırılması istiqamətində işlərə xüsusi diqqət yetirilir.

“UNEC 100” İnkişaf Strategiyasını əsas götürməklə UNEC-in strateji inkişafının müasir dövrün tələbləri baxımından yenilənməsi, bu istiqamətdə məqsəd, hədəf və fəaliyyətlərin icrasını daha çevik və səmərəli həyata keçirmək məqsədilə görüləcək tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı “Mühəndislik və tətbiqi elmlər” kafedrasına təhkim edilmişdir:

“Sənaye mühəndisliyi”

“Materiallar mühəndisliyi”

“Maşın mühəndisliyi”

“Ekologiya mühəndisliyi”

“Elektrik və elektronika mühəndisliyi”

“Qida mühəndisliyi”

II, III və IV kurslarda “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Qida məhsulları mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “İstehlak mallarının ekspertizası və marketinqi” və “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı “Mühəndislik və tətbiqi elmlər” kafedrasına təhkim edilmişdir.

*

Professor-müəllim heyəti:

  1. f.e.d., prof. Rzayev Rövnəq Mirzə (kafedra müdiri) (0.5)
  2. tex.e.d., prof. Fərzəliyev Məzahir Həmzə
  3. tex.e.d., prof. Səidov Rasim Əzim
  4. tex.e.d., prof. Nuriyev Məhəmmədəli Nurəddin
  5. tex.e.d., prof. Vəliyev Fazil Əli
  6. f.-r.e.d., prof. Babayeva Rəna Fikrət
  7. f.e.d., prof. Tağıyev Mayıl Məsim
  8. tex.e.d., prof. Aslanov Zabit Yunus
  9. b.f.d., dos. Məhərrəmova Mehriban Həmid
  10. b.e.n., dos. Mirzəyev Gəray Surxay
  11. tex.e.n., dos. Hüseynov Azər Ədalət
  12. k.e.n., dos. Məmmədov Oqtay Əkbər
  13. tex.e.n., dos. Nəsirova Zemfira Hətəmxan
  14. tex.f.d., dos. Alverdiyeva Nazilə Fərman
  15. tex.e.n., dos. Abdullayeva Svetlana İdris
  16. tex.e.n., dos. Əfəndiyev Emin Musa (0.5)
  17. tex.e.n., dos. Seydəliyev İlham Məhəmməd (0.5)(Mühəndislik fak.dekan müavini)
  18. k.e.n., dos. Abbasbəyli Gülnisə Ağaqulu
  19. tex.e.n., dos. Qurbanov Nüsrət Heydər
  20. tex.e.n., dos. Omarova Elza Mədət
  21. tex.e.n., dos. Fərzəliyev Elsevər Baba
  22. tex.e.n., dos. Rəhimov Namiq Kərim
  23. b.e.n.. dos. Qurbanova Afilə Alı
  24. tex.e.n., dos. Qədimova Natəvan Səfər
  25. b.e.n.. dos. Axundova Nazilə Abdul
  26. t.f.d., dos. Hüseynov Mövlud Ərəstun
  27. tex.e.n., dos. İsmayıl-zadə Mətanət Həmzə
  28. tex.e.n., dos. Sultanov Elmar Çingiz
  29. fiz.f.d., dos. Kərimova Nurlanə Kərim
  30. f-r.e.n., dos. Aslanov Məmməd Səməd
  31. f-r.e.n., dos. Həsənov Nazim Eyvaz
  32. f-r.e.n., dos. Cəfərova Sevda Ziyad
  33. f-r.e.n., dos. Axundova Nailə Mubin
  34. k.e.n., dos. Həşimov Xalıq Məmməd
  35. k.e.n., dos. Quliyeva Xalidə Yadigar
  36. tex.e.n., dos. Osmanov Tofiq Ramazan
  37. k.e.n., dos. İbrahimova Dürdanə Əbil
  38. f.f.d., dos. Əhmədova Arzu Musa
  39. i.f.d., dos. Nəsrullayeva Günəş Məzahir
  40. i.f.d., dos. Dadaşova Kəmalə Seyfulla
  41. tex.f.d., dos. Rəcəbov İlqar Saleh
  42. b.ü.f.d., dos. Quliyeva Fəridə Rahib
  43. b.ü.f.d., dos. Quliyeva Lalə Vəkil
  44. tex.f.d., dos. Cəfərova Yeganə Nurəddin
  45. i.f.d., dos. Kərimova Maya Cavanşir
  46. i.e.n., dos. Məmmədova Nigar Oktay
  47. tex.e.n., dos. Səmədov Elçin Ələsgər (0.5)(Mühəndislik fak. dekanı)
  48. f.f.d.. dos. Ələkbərov Rəhim İbad (0.5)
  49. tex.f.d., dos. Cəfərov Elman Novruz (0.5) (Rəqəmsal iqt. fak. dekanı)
  50. tex.f.d., dos. Abbasova Sevinc Məhəddin
  51. tex.f.d., dos. Məmmədov Azər İsmayıl
  52. b.f.d., b/m. Babaşlı Aynur Əmirxan
  53. tex.f.d., b/m. Kazımova İlhamə Hüseyn
  54. b.f.d., dos. Yusifova Mehriban Rauf
  55. b.f.d., dos. Məhərrəmova Sevinc İsmayıl
  56. b.f.d. Məmmədəliyeva Məryam Xalıq
  57. b.f.d., b/m. Musayeva Vüsalə Hacı qızı
  58. b/m. Əliyeva Zənurə Həsrət
  59. b/m. Cəfərova Afət Məstan
  60. b/m. Quliyeva Sənubər Abdulla
  61. b/m. Cabbarova Qənirə Zərgər
  62. b/m. Allahverdiyeva İlhamə Fəxrəddin
  63. b/m. Həsənova Aynurə Fəxrəddin
  64. b/m. Neymətova Ülkər Vaqif
  65. b/m. Həsənova Gülnaz Gülağa
  66. b/m. Əhmədova Sevda Ömər
  67. b/m. Manafova Şəfa Şahid
  68. b/m. Hüseynova Aynurə Yadigar
  69. b/m. İmanova Gültəkin Musa
  70. b/m. Zeynalova Mehriban Süleyman
  71. b/m. Bəxtiyarova Sevda Heydər
  72. g-m.e.n., b/m. Məmmədov Vidadi Sabir
  73. tex.e.n., dos. Səfərova Təranə Qasım
  74. b/m. Novruzova Ulduzə Cümşüd
  75. b/m. Əliyeva Mətanət Əziz
  76. b/m. Süleymanova Adilə Yemilyan
  77. b/m. Məhərrəmova Samirə Sabir 
  78. b/m. Hüseynova Yazgüllü Süleyman (0.5)
  79. f.f.d., b/m. Nağıyev Tural Qulu (0.5)(LİTM-nin direktoru)
  80. k.f.d., b/m. Niyazova Aytən Ağaisa
  81. b/m. Əmiraslanova Lalə Tapdıq (UNEC-in fəxri dosenti) (0.5)
  82. tex.f.d., b/m. Məmmədova Gülnarə Əli
  83. tex.f.d., b/m. Rəhimova Könül Elburus
  84. r.f.d., b/m. Mustafayeva Esmira Musaifovna
  85. müəl. Abdullayeva Sevinc Müseyib
  86. müəl. Abbasova Sevda Elbrus
  87. b/m. Mahmudova Nigar Rəsul
  88. müəl. Hüseynzadə Elnur Məqsəd
  89. müəl. İslamov Fuad Əhmədağa
  90. b/m. Əkbərova Fəridə Akif
  91. b/m. Mustafayeva Kəmalə Əsgər
  92. assistent Musayeva Qəribə Teymurxan

*
Məsləhətçi-professorlar

Göyüşov Rövşən Cahandar – k.e.n., professor
Həsənov Əli Pənah – tex.e.n., professor
Hüseynov Vəkil Neymət –  tex.e.n., professor

*

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏRİ

Kafedra müəllimlərinin korporativ e-mail siyahısı

“Mühəndislik və tətbiqi elmlər”  kafedrası UNEC NEWS-da

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser